Sabah Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək
Cəmiyyət 27 Sentyabr 2026, 13:33
419
Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir, şimal-şərq küləyi əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, havanın temperaturu gecə 18-20° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.
Həmçinin oxuyun
Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz olacaq. Lakin axşam dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə qısamüddətli leysana keçəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Bu gün saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.CityPost.az xəbər verir ki, qeyd olunan saatda küçələrdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.
27 Sentyabr 2026, 12:07
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb.CityPost.az paylaşımı təqdim edir:Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub. pic.twitter.com/lLSIiCtupq— İlham Əliyev (@azpresident) September 27, 2026
27 Sentyabr 2026, 11:52
Lerikdə 3,2 maqnitudalı zəlzələ olub
Lerikdə 3,2 maqnitudalı zəlzələ olub.Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.Yerli vaxtla saat 11:14 Lerik stansiyasından 16 km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Ocağı 23 km dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
27 Sentyabr 2026, 11:43
Zəfərimizin 27 sentyabr tarixi -Ramidə Yaqubqızı İMZASI
2019-cu il idi. Oğlumla avtobusda gedirdik. Bu, o zamanlar idi ki, hər bir vətəndaş, vətən övladı yalnız qisas və qələbə əzmi ilə yaşayırdı. Qəlblərdə və düşüncələrdə olduğu kimi, bir çox elan xarakterli yazılarda da bu ruhda çağırışlar vardı. Oğlumun qəfil dediyi sözlərə əvvəlcə çaşdım. “Ana, ora bax, yazılıb ki, “Bütün yollar Qarabağa aparır”. Aparmır axı, biz ora gedə bilmirik. Ermənilər var"...Gözümü monitordakı cümlədən çəkmədən dedim:"Aparacaq, az qalıb, lap az".Bu əhvalat sentyabr ayında olmuşdur. Cəmi bir il sonra, bütün yollar, arzular, diləklər bizi Qarabağa apardı. Apardıkı, yarım qalan arzulara, həsrətli baxışlara, yurd-ocaq itkisinə son qoysun. İndi mənim oğlum da hərbçi olmaq istəyir,...
27 Sentyabr 2026, 10:56
“Operasyon”ların birini də bu zırcahil troll dəstəsinə qarşı keçirməlidirlər - Rəşad Məcid
Ən qorxulu trol cahil troldur.CityPost.az xəbər verir ki,bunu Mətbuat Şurasının sədri Rəşad Məcid yazıb."Türkiyənin obyektiv jurnalistlərinin ürəyi soyumur, belələrini zırcahil adlandırırlar. Bizdə “zırdəli” sözü olduğu kimi.İndi bu zırcahil trollar Azərbaycan-Türkiyə qardaşlığına zədə vurmağa, xələl gətirməyə çalışırlar. Öz küt düşüncələri ilə Azərbaycana yol göstərir, ağıl verirlər.Bu məqamda qardaş ölkənin rəsmi dairələri, hüquq-mühafizə orqanları, əgər səmimidirlərsə, dövlətlərarası münasibətləri zədələyən bu zırcahil troll dəstəsinə öz kəskin münasibətlərini göstərməlidirlər. Son vaxtlarda sosial media fenomenlərinə, influenserlərə, müğənnilərə və s. qarşı tez-tez şahidi olduğumuz “operasyon”ların birini də bu zırcahil troll dəstəsinə qarşı keçirməlidirlər.Belədə suyu bulandıranların kimlər olduğu aydınlaşar",-deyə R.Məcid fikrini yekunlaşdırıb.Nigar...
27 Sentyabr 2026, 10:40
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar.CityPost.az xəbər verir ki, dövlət başçısı Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla yad edib.Sonra birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini dərin hörmətlə anıb.
27 Sentyabr 2026, 10:30