Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur

Cəmiyyət 02 Oktyabr 2026, 17:18

525

Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün təqribən 9 milyard manata yaxın vəsait nəzərdə tutulub.

Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, ölkənin ətrafında məkanlar alovlanıb, qaynayır. Müharibələr bitmir, əksinə, yeni müharibə, münaqişə ocaqları yaranır - həm Şimalda, həm Cənubda, həm də Yaxın Şərqdə:

"Yəni perimetr üzrə bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq".

İlham Əliyev vurğulayıb ki, buna səbəb beynəlxalq hüququn tamamilə sıradan çıxmasıdır. O bildirib ki, buna əhəmiyyət verənlərin sayı kəskin azalır.

"Ona görə biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək. Ona görə bu, birinci vəzifədir və təsadüfi deyil ki, bizim bu gün müzakirə olunan dövlət büdcəmizdə, gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur. Təbii ki, bizim başqa ehtiyaclarımız da var - ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpası, insanların sosial vəziyyətinin yaxşılaşdırılması. Biz bunu da edirik və müzakirə olunan büdcədə bütün bunlar nəzərdə tutulur. Ancaq əgər biz özümüzü qoruya bilməsək, onda bizim başqa hər hansı bir layihə tamamilə əhəmiyyətsiz olacaq", - İlham Əliyev deyib

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov sakinlərlə görüşdü

Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov oktyabrın 2-də Mingəçevirdə vətəndaşları qəbul edib. Tədbirə Goranboy, Mingəçevir və Yevlaxdan olan sakinlər qatılıb. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.Citypost.az xəbər verir ki, görüşdən əvvəl nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Mingəçevirdəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.Tədbir zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə...

02 Oktyabr 2026, 18:06

Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirildi

Bakının Binəqədi qəsəbəsi istiqamətində yaranan nəqliyyat sıxlığının azaldılması məqsədilə Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində zolaq sayı artırılıb.Modern.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.Bildirilib ki, xətlənmə işləri aparılmaqla yeni düzünə hərəkət zolağı təşkil edilib.Sözügedən yol kəsişməsində əvvəl düzünə hərəkət yalnız bir zolaqla mümkün idi. Dəyişiklikdən sonra nəqliyyat vasitələri hərəkətlərini artıq iki zolaqla davam etdirə bilirlər.Həyata keçirilən bu layihə nəticəsində kəsişmənin buraxılıcılıq qabiliyyəti artıb, nəqliyyat vasitələrinin daha rahat və fasiləsiz hərəkəti təmin edilib....

02 Oktyabr 2026, 18:00

Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib

Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayev həbs edilib."Unikal" Ermənistan mətbuatına istinadən xəbər verir ki, məhkəmə istintaqın vəsatətini təmin edib, Nəsimi Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.Qeyd edək ki, ötən gün Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılıb. Bildirilib ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib. Hadisənin...

02 Oktyabr 2026, 17:48

7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi onlayn formatda davam edir. Belə ki, test imtahanı mərhələsində uğur qazanmış 17 minə yaxın təhsilverən müsahibə mərhələsinə dəvət edilib.Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Citypost.az-a verilən məlumata görə, cari tarixə qədər 7 minə yaxın təhsilverənin müsahibəsi yekunlaşıb. Müsahibə nəticələri ilə bağlı məlumatlar isə mütəmadi qaydada təhsilverənlərin şəxsi kabinetlərinə göndərilir.Qeyd olunub ki, təhsilverənlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsinə 17 sentyabr tarixində başlanılıb və prosesin 20 oktyabr tarixinədək davam etdirilməsi nəzərdə tutulur....

02 Oktyabr 2026, 17:40

Aqil Qurbanov "ADEX 2026" sərgisində görüşlər keçirib

Müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisini ziyarət etmək məqsədilə Azərbaycana gəlmiş Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə Nazirliyinin nümayəndəsi Beynəlxalq təhlükəsizlik məsələləri və Müharibə siyasəti üzrə ABŞ müdafiə nazirinin müavininin ofisinin rəhbəri Qreq Soyerlə görüşüb.Citypost.az xəbər verir ki, Baş direktor A.Qurbanov görüşdə ölkənin ABŞ dövləti ilə bütün sahələrdə olduğu kimi hərbi quruculuq məsələlərində əməkdaşlığa önəm verdiyini, həmçinin hərbi qulluqçularımızın sülhməramlı əməliyyatlarda uğurlu iştirakını qeyd edib.Azərbaycana səfərindən və göstərilən qonaqpərvərlikdən məmnunluq bildirən cənab Q.Soyer iki ölkə arasına müdafiə, təhlükəsizlik və hərbi-texniki məsələlərdə əməkdaşlığın mövcud səviyyəsindən razılıq ifadə edib.Tərəflər yeni nəsil texnologiyalar bazalarının təkmilləşdirilməsi,...

02 Oktyabr 2026, 17:35

YAP-ın İdarə Heyətindən çıxarılanlar kimlərdi? - DOSYE

Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən VII Qurultayında İdarə Heyətinin yeni tərkibi seçilib.Citypost.az xəbər verir ki, əvvəlki tərkibdə İdarə Heyətinin üzvü olan 5 nəfər yeni siyahıda yer almayıb.Yeni tərkibdə olmayan şəxslər bunlardır:- Vasif Talıbov- Cavid Osmanov- Elşad Mirbəşir- Ramin Məmmədov- Rövşən BayramovVasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb. O, 27 ildən sonra - 2022-ci ilin dekabrında Ali Məclisin sədri vəzifəsindən istefa verib. Vasif Talıbov 1995–2024-cü illərdə Milli Məclisin deputatı olub.Elşad Mirbəşir (Mirbəşiroğlu) 2020–2024-cü illərdə Milli Məclisinin deputatı olub. 2019- 2024-cü illərdə Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini vəzifəsində çalışıb. Hazırda işsizdir.Cavid Osmanov 2016–2024-cü illərdə...

02 Oktyabr 2026, 17:27