Bizə yazın

Baku

-°C

USD

-

TALENİN, QİSMƏTİN, BƏXTİN ŞAİRİ!  

Cəmiyyət 30 Sentyabr 2026, 10:23

450

Azərbaycanın görkəmli şairi Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873-1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882-1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürmüşdür. 1952-ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957–1958-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. O, 1958–1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965–1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin, 1971–1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləmişdir. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətininrəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olmuşdur.

Nəbi Xəzrinin yaradıcılığı müasir Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən artıq ədəbiyyata xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Şairin müasirlərimizin, eləcə də tarixi şəxsiyyətlərin həyatından bəhs edən, lirik-epik lövhələrlə zəngin poemaları özünün dərin lirizmi, emosionallığı, orijinal üslubu və obrazlılığı ilə seçilir.

Nəbi Xəzri 2007-ci ilin yanvar ayının 15-də səhər saat 10:45-də kəskin işemik insultdan vəfat etmiş və 16 yanvar tarixində 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.

Sənət meydanında dən-dən olmuşuq,

Qohum-qonşularla xəndan olmuşuq,

Şeirdən olmuşuq, səndən olmuşuq,

Talenin, qismətin, bəxtin şairi!

Alın yazısının yaşın yaşadın,

Yıxılmış evlərin daşın yaşadın,

Vurulmuş başların başın yaşadın,

Talenin, qismətin, bəxtin şairi!

Nəğməli həyatın nağıl dalanı,

Gedir ürəklərdə sevgi talanı,

Dövran çıxarıbdı başa yalanı,

Talenin, qismətin, bəxtin şairi!

Zamanın kələyin gendən bilmisən,

Arxadan zərbəni öndən bilmisən,

Qocalıq gələndə birdən bilmisən,

Talenin, qismətin, bəxtin şairi!

Vətəndə vətənin yükün daşıdın,

Yazılı, şifahi hökmün yaşadın,

Sən oğlunla - Arzu ilə qoşaydın,

Talenin, qismətin, bəxtin şairi!

Vətən idi, şer idi, bir də sən,

İlhamın göylərdə, özün yerdəsən,

Bitməyən yollarda - sən səfərdəsən,

Talenin, qismətin, bəxtin şairi!

Bakında  payızın xəzəli əsir,

Titrəyir, çırpınır, Xəzəri əsir,

Üstündə millətin nəzəri əsir,

Talenin, qismətin, bəxtin şairi!

Sadə dilin, deyim tərzin gözəldi,

İlhamın, coşmağın, təbin - özəldi,

Fani dünya demə puçdu - əcəldi,

Talenin, qismətin, bəxtin şairi!

Əmir Pəhləvan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zakir Həsənov: Ordumuzun döyüş imkanları genişləndirilir

Azərbaycan Ordusunun arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur.Müdafiə Nazirliyindən Citypost.az-a verilən məlumata görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov ADEX-2026 sərgisinin iştirakçılarına müraciətində bildirib.Müraciətdə deyilir:"Hörmətli sərgi iştirakçıları, hörmətli qonaqlar!Sizi 6-cı ADEX-2026 Azərbaycan Beynəlxalq Müdafiə sərgisində salamlayır və dəvətimizi qəbul edərək sərgidə təmsil olunan bütün ölkələrin nümayəndələrinə uğurlar arzulayıram!Əminik ki, ölkəmizdə keçirilən 6-cı ADEX-2026 Azərbaycan Beynəlxalq Müdafiə sərgisi iştirakçı ölkələrin hərbi potensialının nümayişi, yeni müqavilələrin imzalanması və birgə layihələrin müzakirəsi üçün geniş imkanlar yaradacaqdır.Bu sərginin qabaqcıl texnologiyaların istehsalı sahəsində təcrübə mübadiləsi, müdafiə və təhlükəsizlik məsələləri üzrə perspektivlərin dəyərləndirilməsi üçün mühüm platforma olmaqla yanaşı, mövcud hərbi-texniki əməkdaşlığın inkişafına, yeni təşəbbüslərin...

30 Sentyabr 2026, 10:55

Azərbaycan XİN Botsvananı Milli Günü münasibətilə təbrik edib 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Botsvananı Milli Günü münasibətilə təbrik edib.Citypost.az  xəbər verir ki, bu barədə naizrliyin "X" sosial media hesabında paylaşım edilib."Milli Günü münasibətilə Botsvana xalqına və Hökumətinə ən səmimi təbriklərimizi çatdırırıq!Milli Gününüz mübarək!" - paylaşımda qeyd olunub.

30 Sentyabr 2026, 10:49

Ermənistan Moskvanın qapısını döyür?  

Ermənistanda illərdir Rusiyadan siyasi və iqtisadi uzaqlaşmaq, Qərblə yeni əlaqələr qurmaq və alternativ bazarlar tapmaq barədə danışılır. Amma siyasətin şüarları ilə iqtisadi reallıq arasında fərq yarananda həqiqət daha aydın görünür. Bu gün Ermənistanın öz iqtisadçılarından biri ölkənin “real iqtisadi blokada və təhlükəsizlik vakuumu” qarşısında qaldığını yazır.“İravunk” nəşrində iqtisadçı Hrayr Kamendatyan Rusiyanın may ayının sonlarından Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətləri sadalayır. Söhbət meyvə-tərəvəz, içkilər, mineral su, balıq və süd məhsulları da daxil olmaqla müxtəlif ixrac məhsullarından gedir. Rusiya ərazisindən Ermənistan mallarının Avrasiya İqtisadi İttifaqının digər ölkələrinə tranziti ilə bağlı problemlərin də yarandığı bildirilir.Bu artıq yalnız ayrı-ayrı məhsulların ixracı məsələsi deyil. Avropa...

30 Sentyabr 2026, 10:40

Quba-Xınalıq yolunda sürüşmə olub, hərəkət dayanıb 

Quba-Xınalıq yolunda sürüşmə olub.APA-nın Şimal bürosunun məlumatına görə, sürüşmə yolun “Nazlı bulaq” kimi tanınan hissəsində baş verib.Sürüşmə nəticəsində yola qum və palçıq axıb. Bu səbəbdən avtomobillərin hərəkəti dayanıb.Hazırda yolun açılması istiqamətində tədbirlər görülür.

30 Sentyabr 2026, 10:27

"Real Ermənistan” məktəbə sığmır: erməni mediası Paşinyanın tarix siyasətinə qarşı çıxır   

Şəmsi Qocanın şərhi:Ermənistanda Nikol Paşinyanın irəli sürdüyü “Real Ermənistan” konsepsiyası ətrafında mübahisə yeni mərhələyə keçib. Sentyabrın 26-da “Aravot” nəşrində dərc olunan yazıda Paşinyanın məktəblərdə “Real Ermənistan” ideologiyasına zidd fikirlərin səsləndirilməməsi barədə mövqeyi tənqid edilir. Müəllifin ortaya qoyduğu sual sadədir: əgər Ermənistanın gələcək təsəvvürü yalnız bugünkü dövlət sərhədləri üzərində qurulacaqsa, onda erməni tarixinin keçmişi məktəblərdə necə izah olunacaq?Bu sual təsadüfi deyil. Çünki erməni tarixşünaslığı əsrlər boyu bugünkü Ermənistan Respublikasının sərhədlərindən kənarda yerləşən müxtəlif əraziləri erməni tarixi və mədəniyyəti ilə əlaqələndirib. İndi isə Paşinyan siyasi diskursu “real Ermənistan” anlayışı üzərində qurmağa çalışır. Belə vəziyyətdə tarixlə müasir dövlət anlayışının bir-birinə qarışdırılması Ermənistanın öz...

30 Sentyabr 2026, 09:59

Qaradağ Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib 

Qaradağ Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı kollektivə təqdim edilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Natiq Oruc oğlu Əliyev bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.Natiq Əliyev ona göstərilən etimada görə minnətdarlıq edib....

30 Sentyabr 2026, 09:58