"Uşaqlarınıza tərbiyə verin" şüarı... Ramidə Yaqubqızı yazır
Cəmiyyət 01 Oktyabr 2026, 21:35
488
Ramidə Yaqubqızı yazır:
Son dövrlər baş verən məlum proseslər nəticəsində cəmiyyətdə müəyyən bir fikir formalaşıb. "Uşaqlarınıza tərbiyə verin" şüarı daha çox səslənməyə başlayıb. Yetişən nəsl ipə-sapa yatmır, lazımsız hərəkətlərə yol verir. Bəziləri hətta, ədəbsizlik göstərir. Misal üçün ictimai yerlərdəki davranışları və digər halları əsas gətirirlər. Avtobusda gənc bir yaşlıya yer vermədi, bu, ailə tərbiyəsindən irəli gəlir. Nə bilim məktəb biganəlik göstərib.
Yoldaşlar, vətəndaşlar, ay millət, əvvəla, marşrutda kiməsə yer vermək kimi bir məcburiyyət və yaxud da qanun yoxdur. Hamı gediş haqqı kimi 60 qəpiyini ödəyib, gedir. Özündən böyüklərə yer vermək, bizim mental dəyərdir. Hörmət əlamətidir.
Zamanla çox effektiv olub. Bir vaxtlar insanlar daha çox rahat, sakit həyat tərzi yaşayırdı. Doğrudur, problem və çətinliklər vardı. Amma bu günkü kimi, aqressivlik yox idi.
İndi yaşından və başından asılı olmayaraq əksəriyyət el dilində desək, darqursaq olub. Heç kimdə səbr deyilən əlamət müşahidə edilmir.
Həmçinin oxuyun
O ki, qaldı, avtobusda yer məsələsində, bizim də zəngin müşahidələrimiz var. Məsələn, bir neçə gün qabaq 18 nömrəli marşrut avtobusda gedirəm. O qədər də sıxlıq deyil. Səliqəli, təmiz və rahat avtobusdur. Növbəti dayanacaqda bir xala mindi. Yəqin ki, irəlidə cavan qızın əyləşdiyini gözaltı edibmiş. Öndə kifayət qədər geniş, rahatlıq vardı. Xanım elə bir sürətlə bizi itələyə-itələyə gəldi, elə bildim kiminləsə dava etməyə gedir.
Dayandı həmin gənc qızın başı üstündə. Bilmirsən, hirslənir, deyinir, ya neynir. Axırda, binəva qız durub, yer verdi. Xala isə heç sağ ol da demədi. Elə bil, belə də olmalı imiş.
Cavanlarda qüsur axtaran Xalalar, arada özünüzə də vaxt ayırın. Gənc bəyəm yorula, xəstələnə, ağrıya bilməz? Tələbə gənc yorula bilməz? Həm işləyən, həm də oxuyan cavan otura bilməz? Lütfən biraz anlayışlı olaq. Kimi isə nəyəsə məcbur etməyək. Mən avtobusa minəndə mütləq kənar bir yerdə dayanıram, əgər oturmağa boş yer yoxdursa. Utanıram, cavanlar oturan tərəfə getməyə. Elə bilirəm, deyəcəklər ki, qəsdən gəlib dayanır.
Bu gün kifayət qədər yüksək səviyyəli gənclərimiz yetişir. İstər təhsili, istərsə də, ədəb və tərbiyəsi ilə nümunədirlər. Onların elmdən başqa, yaşlı nəsildən də öyrənəcəyi çox şeylər, dəyərlər var. Bunun üçün isə harasa getmək lazım deyil. Elə öz aramızda nümunə olmaq, dəyərləri nümayiş etdirmək lazımdır. Gənclər böyüklərdən nə öyrənir, görüb-götürür, heç fikirləşmisiniz?
Bununla mən, bütün günah simptomlarını yaşlıların üzərinə yükləmək fikrim yoxdur. Amma "Cavanların Cavanlığı Onların Səhv Etmək Hüququdur". Bunu nəzərə alın.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Elnur Astanbəyliyə məktub... Günel Mövlud
Səndən sonra atam öldü xərçəngdənQardaşlarım həbs edildi, ikisi...Səndən sonra uşaq doğdum qürbətdəHeç üzümü güldürmədi birisiSəndən sonra Mövlud öldü, dinmədimSəndən sonra dindirmirdi heç məniSəndən sonra didərginəm vətəndənHələ neçə ölkə qalıb köçməli?Səndən sonra ingiliscə öyrəndimBir azca da kökəlmişəm, on kilo."Xalq düşməni" deyir mənə qohumlarAnam deyib: "Mənim qızım deyil o!"Roman yazdım, bu yaxında çıxacaqGözlərimin kənarları qırışıbSon zamanlar heç düzələ bilmirəmBaşağrısı diş dərdinə qarışıb...Hey gülürəm sən yadıma düşəndəÜrəkgetmən, gecə itdən qorxmağınBilirəm ki, darıxmırsan mənimçünKim neynəsin mənim kimi axmağı?Şəkillərdən görürəm ki, yaxşısanYerindədir sağlamlığın, səhhətin?Solmayıb ki, gözlərinin yaşılı?Sınmayıb ki, hələ qəddin-qamətin?Qurban olum, sən özünə yaxşı baxAğartmasın saçlarını acılarGözəl dostum, sən qocalma, qorxuram!Səndə mənim cavanlığım qocalır!...
01 Oktyabr 2026, 21:23
Səni zəmanə yetirməz dübarə, bir dənəsən!
Bu gün görkəmli şair, Azərbaycanda qəzəl janrının inkişafında misilsiz xidməti olan qəzəlxan Əliağa Vahidin (1895–1965) vəfatından 61 il keçir.CityPost.az bildirir ki,əsl soyadı İskəndərov olan Əliağa Vahid Azərbaycanın ilk Dövlət Mükafatı laureatı olub.Füzuli ənənələrinin davamçısı sayılan Ə.Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir.Bununla yanaşı, o, Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə məharətlə tərcümə etmişdir. Əliağa Vahidin yaradıcılığı bununla məhdudlaşmır. Şair satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etmişdir. Ə.Vahid haqqında 1991-ci ildə "Qəzəlxan" filmi çəkilmişdir. Deyilənə görə, Ə.Vahid əslində içki aludəçisi olmamış, repressiyaya görə özünü içki içən kimi göstərirmiş ki, ona toxunmasınlar. Bir dəfə Mircəfər Bağırova...
01 Oktyabr 2026, 21:21
Baş Prokurorluq: Hərbi qulluqçumuz Ermənistan ərazisində saxlanılıb
Laçın istiqamətində Azərbaycanın hərbi qulluqçusunun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb.Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, bəzi sosial media səhifələrində Azərbaycanın Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılıb:"Bildiririk ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib.Bununla yanaşı, hadisənin araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılıb və Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr...
01 Oktyabr 2026, 20:14
DYP-dən sürücülərə hava ilə bağlı XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.Bu barədə Citypost.az-a idarədən məlumat verilib.Bildirilib ki, oktyabr ayının 2-dən etibarən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə aşağı enəcəyi, fasilələrlə yağıntıların olacağı, bəzi yerlərdə yağışın leysan xarakterli intensiv, eləcə də küləyin ayrı-ayrı vaxtlarda güclənəcəyi gözlənilir.Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitində gözlənilən dəyişikliklərlə əlaqədar sürücüləri xüsusilə diqqətli olmağa çağırıb:"Yağıntılı hava şəraitində yol örtüyünün sürüşkənləşməsi, görünüş məsafəsinin azalması və güclü küləyin nəqliyyat vasitələrinin idarə olunmasına təsiri qəza riskini artıra bilər. Bu səbəbdən sürücülər sürət həddini mövcud yol və hava şəraitinə uyğun seçməli, ara məsafəsini artırmalı,...
01 Oktyabr 2026, 19:58
DOĞUM GÜNÜ MƏLUM OLMAYAN VAQİF
Günlərin bir günü, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində, özünün dediyinə görə nar və heyvanın yetişdiyi payız aylarında anadan olsa da, doğum tarixi şəhadətnaməsində avqustun 1-i qeyd olunan Vaqif: “Şəhadətnaməni almaq bir neçə ildən sonra yada düşdü deyə, anam doğum tariximi dəqiq xatırlamadı, avqust ayı şərti olaraq yazılıb”dedi və biz - Tərcümə Mərkəzinin yığcam yaradıcı heyəti Vaqifin doğum tarixini ümumi razılıqla oktyabrın 1-inə təsdiqlədik...Yəqin elə belə də olmalı idi... Hava ilə yeriyib küləklərin içi ilə uçan, yağışlardan asılıb, damlalarla göyə dırmaşan bu şəffaf adamın doğum günü də küləyin axını, havanın, yağışın rəngi kimi şəffaf və ələgəlməz olmalı idi. Poeziyası usanmaz...
01 Oktyabr 2026, 19:25
AQTA: Kütləvi zəhərlənməyə görə Kürdəmirdəki restoran bağlanıb
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb.Bu barədə Citypost.az-a agentlikdən məlumat verilib.Bildirilib ki, məclisdə istifadə olunan qida məhsulları toy sahibi tərəfindən restorana təqdim edilib.Araşdırma zamanı istehlaka təqdim olunan qida məhsullarından, restoranda qida ilə təmasda olan işçilərin əllərindən, bundan əlavə mətbəxdə olan səthlərdən, alət və avadanlıqlardan yaxma nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib.Araşdırma yekunlaşanadək "Günəş" restoranının fəaliyyəti məhdudlaşdırılıb.Xatırladaq ki, Kürdəmir rayonunda toyda zəhərlənən şəxslərin sayı 91 nəfərə çatıb. Ötən gün toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı Kürdəmir rayon prokurorluğu tərəfindən araşdırma aparılır....
01 Oktyabr 2026, 19:15