Avtomobil alarkən etibarnamə ilə kifayətlənmək hansı risklər yaradır? – Vəkildən xəbərdarlıq
Dünya 02 Oktyabr 2026, 11:28
458
Avtomobil alarkən tərəflərin yalnız etibarnamə ilə kifayətlənməsi sonradan ciddi hüquqi problemlərə səbəb ola bilər. Xüsusilə avtomobili satan şəxsin vəfat etməsi halında etibarnamənin hüquqi qüvvəsini itirməsi alıcının əmlakla bağlı hüquqlarının müdafiəsini çətinləşdirə bilər. Belə vəziyyətdə mərhumun vərəsələri avtomobilin miras əmlakına daxil olduğunu əsas gətirərək nəqliyyat vasitəsini geri tələb edə bilərlər.
Məsələ ilə bağlı Citypost.az-a açıqlamasında vəkil Bəhruz Orucov bildirib ki, avtomobil alqı-satqısının etibarnamə ilə rəsmiləşdirilməsi alıcını tam hüquqi müdafiə ilə təmin etmir.
Vəkilin sözlərinə görə, vətəndaş avtomobilin pulunu ödəsə və nəqliyyat vasitəsini faktiki olaraq istifadə etsə belə, yalnız etibarnamənin mövcudluğu mülkiyyət hüququnun alıcıya keçdiyini təsdiqləmir.
“Bəzən vətəndaş avtomobil alır, pulunu tam şəkildə ödəyir, lakin alqı-satqı müqaviləsi bağlamaq əvəzinə ona baş etibarnamə verilir. Müəyyən müddət keçir və həmin etibarnaməni verən şəxs vəfat edir. Bu zaman etibarnamə hüquqi qüvvəsini itirir. Ardınca mərhumun vərəsələri ortaya çıxaraq avtomobilin miras əmlakına aid olduğunu bildirə və nəqliyyat vasitəsini alıcıdan tələb edə bilərlər”, – deyə Bəhruz Orucov qeyd edib.
Vəkil bildirib ki, belə vəziyyətə düşən şəxsin hüquqlarını müdafiə etmək üçün avtomobilin əslində alqı-satqı yolu ilə əldə edildiyini təsdiqləyən sübutların olması mühüm əhəmiyyət daşıyır. Bu sübutlara avtomobil üçün pulun ödənilməsini təsdiqləyən sənədlər, bank köçürmələri, yazışmalar, tərəflər arasında aparılmış elektron danışıqlar və digər materiallar daxil ola bilər.
Onun sözlərinə görə, avtomobilin alıcı tərəfindən istifadə olunması ilə bağlı faktlar da müəyyən hallarda əhəmiyyətli sübut kimi qiymətləndirilə bilər.
“İlk növbədə avtomobilin alqı-satqısının faktiki olaraq baş verdiyini təsdiqləyən sübutlar olmalıdır. Pulu verdiyinizi təsdiqləyən sənədlər, bank köçürmələri, avtomobilin saxlanılması və texniki vəziyyəti ilə bağlı çəkdiyiniz xərclər, sığorta, təmir və digər ödənişlər müəyyən hallarda sizin mövqeyinizi əsaslandırmağa kömək edə bilər”, – deyə hüquqşünas vurğulayıb.
Bəhruz Orucovun sözlərinə görə, belə hallarda şəxs məhkəməyə müraciət edərək tərəflər arasında yaranmış münasibətin faktiki olaraq alqı-satqı münasibəti olduğunu müəyyən etməyi və mülkiyyət hüququnun tanınmasını tələb edə bilər. Lakin məhkəmənin konkret iş üzrə hansı qərarı qəbul etməsi təqdim olunan sübutlardan və işin digər hallarından asılıdır.
Həmçinin oxuyun
Vəkil digər mümkün hüquqi variantın da olduğunu bildirib. Belə ki, avtomobili satan şəxsin vəfatından sonra onun əmlakı ilə yanaşı müəyyən borc öhdəlikləri də miras münasibətlərinin predmeti ola bilər.
“Fərz edək ki, siz avtomobilin pulunu həmin şəxsə ödəmisiniz, lakin avtomobil sizin adınıza rəsmiləşdirilməyib və sonradan satıcı vəfat edib. Bu halda məsələ başqa hüquqi müstəvidə də qiymətləndirilə bilər. Mərhumun sizə qarşı müəyyən pul öhdəliyinin olduğu sübut edilərsə, həmin tələb müəyyən hallarda vərəsələrə qarşı yönəldilə bilər. Burada artıq mirasın tərkibi, vərəsələrin məsuliyyəti və konkret hüquqi münasibətlər ayrıca araşdırılmalıdır”, – deyə vəkil bildirib.
Onun sözlərinə görə, vətəndaşların avtomobil alarkən ən çox yol verdiyi səhvlərdən biri etibarnaməni alqı-satqı sənədi kimi qəbul etmələridir.
“Etibarnamə alqı-satqı müqaviləsi deyil. Etibarnamə başqa şəxsin adından müəyyən hərəkətləri həyata keçirmək səlahiyyəti verir. Ona görə də avtomobil alan şəxs nəqliyyat vasitəsini öz adına rəsmiləşdirməli və alqı-satqı münasibətini qanunvericiliyin tələb etdiyi qaydada rəsmiləşdirməlidir”, – deyə Bəhruz Orucov əlavə edib.
Vəkil vətəndaşlara tövsiyə edib ki, avtomobil alarkən yalnız satıcının verdiyi etibarnaməyə güvənməsinlər. Nəqliyyat vasitəsinin alqı-satqısı rəsmi qaydada rəsmiləşdirilməli, ödənişin həyata keçirilməsi də mümkün qədər sənədləşdirilməlidir. Bu, gələcəkdə həm satıcı, həm də onun vərəsələri ilə yarana biləcək mübahisələr zamanı alıcının hüquqi vəziyyətini daha aydın və müdafiəolunan edir.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Türkiyədə daha bir bələdiyyə sədri saxlanılıb
Türkiyənin İstanbul şəhərində Eyüpsultan Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində bələdiyyə sədri Mithat Bülent Özmen də daxil olmaqla, 28 nəfər saxlanılıb.Citypost.az xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Eyüpsultan Bələdiyyəsinin xidmət binasında da axtarış aparılıb.Məhkəmə mənbələrinə əsaslanan məlumatlara görə, 28 şübhəli barəsində cinayət təşkilatına üzvlük, rüşvət alma, rüşvət vermə və tenderə müdaxilə etmə ittihamları üzrə saxlanılma qərarı verilib.Qeyd edək ki, Mithat Bülent Özmen 2024-cü il yerli seçkilərində Eyüpsultan Bələdiyyəsinin sədri seçilib.Xatırladaq ki, bir gün əvvəl Türkiyə Baş Prokurorluğunun üç bələdiyyəyə qarşı apardığı korrupsiya istintaqı çərçivəsində Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Vahap Seçer, Yenişəhər Bələdiyyəsinin sədri Abdullah Özyiğit və Mezitli...
02 Oktyabr 2026, 10:20
Nike satışların azalacağını açıqladı: İş yerləri ixtisar ediləcək
ABŞ-ın idman geyimləri nəhəngi Nike satışların azalacağını proqnozlaşdıraraq şirkətdə qeyri-müəyyən sayda iş yerinin ixtisar ediləcəyini açıqlayıb.Citypost.az france24.com-a istinadən xəbər verir ki, Şirkət 2027-ci maliyyə ilinin ilk rübündə gəlirlərinin 4 faiz azalaraq 11,2 milyard dollara düşdüyünü bildirib. Rüblük mənfəət isə 2 faiz azalaraq 712 milyon dollar olub. Nike Şimali Amerikadan başqa bütün əsas regionlarda satışların gerilədiyini açıqlayıb. Böyük Çində gəlirlər 22 faiz azalaraq 1,2 milyard dollara düşüb.Baş direktor Elliot Hill bildirib ki, şirkət daha çevik və səmərəli fəaliyyət göstərmək üçün struktur dəyişikliklərinə gedəcək. Onun sözlərinə görə, bu dəyişikliklər Nike-da daha az iş rolunun qalması ilə nəticələnəcək və iş yerlərinə təsir edən...
02 Oktyabr 2026, 10:00
Üç uşağını öldürən ABŞ qadınının bəraət tələbi rədd edildi
ABŞ-da üç uşağını öldürməkdə təqsirləndirilən Lindsi Klensinin bəraət tələbi məhkəmə tərəfindən rədd edilib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Boston yaxınlığındakı Plimut məhkəməsinin hakimi Uilyam Sallivan Klensinin cinayət məsuliyyətindən azad edilməsi üçün kifayət qədər əsas olmadığını bildirib. 36 yaşlı qadın 2023-cü ilin yanvarında beş yaşlı Kora, üç yaşlı Douson və səkkiz aylıq Kallanı boğaraq öldürməkdə ittiham olunur.Klensi uşaqlarını öldürdüyünü inkar etmir, lakin hadisə zamanı doğuşdan sonrakı psixozdan əziyyət çəkdiyini və uşaqlarını öldürməyi əmr edən səs eşitdiyini deyir. Müdafiə tərəfi onun dəlilik səbəbindən günahsız hesab edilməsini istəyib.Sentyabr ayında 9 qadın və 3 kişidən ibarət münsiflər heyəti yekdil qərara gələ bilməyib və...
02 Oktyabr 2026, 09:57
CNN: Kuşnerin şirkəti İsrailin hərbi təchizatçılarına yatırımlardan dolayı gəlir əldə edib
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə qeyri-rəsmi elçisi Cared Kuşnerin sahibi olduğu “Affinity Partners” investisiya şirkətinin İsrailin hərbi təchizatçılarına sərmayə qoyan “Phoenix Financial” şirkətində böyük payı olduğu üzə çıxıb. CNN-in araşdırmasına görə, “Phoenix” İsrail ordusuna məhsul və avadanlıq tədarük edən ən azı 9 şirkətə 456 milyon dollardan çox sərmayə qoyub.Bu şirkətlər arasında İsrailin ən böyük müdafiə sənayesi şirkəti “Elbit Systems” də var. “Phoenix”in bu şirkətdəki payının dəyəri ən azı 265 milyon dollar qiymətləndirilir. “Affinity Partners” həmin şirkətlərdə birbaşa paya malik deyil, lakin “Phoenix”in investisiyalarından əldə etdiyi gəlirlər Kuşnerin şirkətinin “Phoenix”dəki payının dəyərinə təsir göstərə bilər.Citypost.az CNN-ə istinadən xəbər verir...
02 Oktyabr 2026, 09:49
Almaniyada gölün dibində 10500 illik tikili izləri tapılıb
Almaniyanın Saksoniya-Anhalt bölgəsindəki Arenzsee gölünün dibində təxminən 10 500 il yaşı olan taxta tikili qalıqları aşkar edilib. Citypost.az “Phys.org”a istinadən xəbər verir ki, tapıntılar Mərkəzi Avropada əkinçiliyin yayılmasından minlərlə il əvvəl burada insanların müxtəlif tikililərdən istifadə etdiyini göstərə bilər.Arxeoloqlar 20 metr dərinlikdə yaxşı qorunmuş taxta hissələr, o cümlədən kəsilmə izləri olan 1,6 metrlik sütun və 1,3 metrlik taxta parçası tapıblar. Ərazidə həmin dövrə aid daş alətlər və heyvan sümükləri də aşkarlanıb.Tikililərin hansı məqsədlə istifadə edildiyi hələ məlum deyil. Alimlər onların daxma və ya digər yaşayış strukturlarının qalıqları ola biləcəyini ehtimal edirlər. Tapıntının mühüm tərəfi odur ki, onlar Mərkəzi Avropada ilk...
02 Oktyabr 2026, 09:43
Peruda 1000 illik mumiyalar tapıldı: Yeni sirr üzə çıxdı
Perunun cənubunda qədim məbədin yaxınlığında aşkar edilən dörd mumiya Naska və Vari sivilizasiyaları arasındakı münasibətlərə dair yeni suallar yaradıb. Alimlər hesab edirlər ki, Varilərin Naska ərazilərinə yayılması yalnız hərbi fəthlə deyil, yerli əhali ilə əməkdaşlıq və mədəni mübadilə ilə də bağlı ola bilər.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Mumiyalar 2022-ci ildə Huaca del Loro arxeoloji kompleksində, Vari məbədinin yaxınlığında aşkar edilib. Cəsədlərin dizləri sinəyə çəkilmiş vəziyyətdə dəfn olunması qədim Peruda geniş yayılmış dəfn adətlərinə uyğun gəlsə də, onların digər məzarlardan kənarda və min ildən artıq toxunulmamış qalması arxeoloqların diqqətini çəkib.Tədqiqatçılar mumiyaların kompüter tomoqrafiyasını aparıb, DNT və izotop analizləri üçün...
02 Oktyabr 2026, 09:40