Bakıda süni intellektin təhlükəsiz tətbiqi ilə bağlı müzakirələr aparılır
Cəmiyyət 20 Oktyabr 2026, 10:26
623
Bakıda “Etibarlı süni intellekt, dayanıqlı cəmiyyət: süni intellekt dövründə dəyərlər və təhlükəsizlik” mövzusunda VIII Zirvə Toplantısı keçirilir.
Citypost.az xəbər verir ki, tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Estoniyanın Elektron İdarəetmə Akademiyasının (eGA) birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub.
Məlumata görə, toplantıda dövlət qurumlarının nümayəndələri, informasiya təhlükəsizliyi sahəsində rəhbər şəxslər, mütəxəssislər və beynəlxalq ekspertlər iştirak edirlər.
Tədbirdə süni intellekt texnologiyalarının dövlət idarəçiliyində tətbiqi, bu sahədə yaranan yeni imkanlar və kibertəhlükələr, məlumatların idarə olunması, eləcə də süni intellektlə bağlı risklərin müəyyənləşdirilməsi və idarə edilməsi məsələləri müzakirə olunur.
Həmçinin oxuyun
Zirvə Toplantısında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi, dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi və süni intellektin yaratdığı risklərə qarşı dayanıqlı mexanizmlərin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.
Foto
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanda "Uşaq Hüquqları Aylığı" elan edilib
Azərbaycanda 20 oktyabr-20 noyabr tarixləri "Uşaq Hüquqları Aylığı" elan edilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı məlumat yayıb.Qeyd edilib ki, aylığın keçirilməsində məqsəd Azərbaycanda uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin təbliği, bununla bağlı ictimaiyyətin məlumatlılığının və bu sahəyə diqqətin daha da artırılmasından ibarətdir.Ombudsman Səbinə Əliyeva aidiyyəti dövlət və yerli özünüidarə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını və uşaq hüquqları sahəsində fəaliyyət göstərən digər qurumları Ombudsman tərəfindən elan olunmuş "Uşaq Hüquqları Aylığı" ilə bağlı təşəbbüsə qoşulmağa, cari ilin 20 oktyabr-20 noyabr tarixləri ərzində uşaqların iştirakı təmin olunmaqla uşaq hüquqlarının müdafiəsinə dair müxtəlif tədbirlər keçirməyə çağırıb.Səbinə Əliyeva...
20 Oktyabr 2026, 10:57
Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək
Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Çempionlar Liqası matçında "Sabah" FK-nın növbəti qarşılaşması ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də xüsusi iş rejimi tətbiq olunacaq.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən məlumat verilib.Bildirilib ki, stadionun yaxınlığında yerləşən "Koroğlu" stansiyasına əlavə işçi qüvvəsi cəlb ediləcək və nəzarət gücləndiriləcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq, Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək.
20 Oktyabr 2026, 10:45
Allahverən İsmayılov: Süni intellektlə daha inandırıcı fişinq hücumları hazırlanır
Süni intellekt texnologiyalarının inkişafı informasiya təhlükəsizliyi sahəsində yeni çağırışlar meydana çıxarır.Citypost.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov Bakıda keçirilən informasiya təhlükəsizliyi rəhbərlərinin VIII Zirvə Toplantısının açılış mərasimində bildirib.Onun sözlərinə görə, süni intellekt vasitəsilə daha inandırıcı fişinq hücumlarının hazırlanması, sosial mühəndislik üsullarının təkmilləşdirilməsi, səs və görüntülərin saxtalaşdırılması, dezinformasiyanın yayılması və mövcud kibertəhdidlərin daha geniş miqyasda həyata keçirilməsi əsas çağırışlar sırasındadır.Allahverən İsmayılov qeyd edib ki, süni intellekt yeni imkanlar yaratmaqla yanaşı, təhlükəsizliklə bağlı ənənəvi yanaşmaların yenidən nəzərdən keçirilməsini tələb edir.O vurğulayıb ki, süni intellekt artıq gələcəyin texnologiyası deyil, bugünkü reallıqdır. Bu texnologiya qərarların...
20 Oktyabr 2026, 10:35
Ali Məhkəmə cəzanın azaldılması ilə bağlı hüquqi mövqeyini açıqlayıb
Ali Məhkəmə hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışıq əldə edilməsinin təyin olunmuş cəzanın azaldılmasına təsiri ilə bağlı hüquqi mövqeyini açıqlayıb.Bu barədə Citypost.az-a məhkəmədən məlumat verilib.İşin hallarına əsasən, 2018-ci ildə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş şəxs 2023-cü ildə zərərçəkmiş şəxslə barışıq əldə edib. Zərərçəkmiş şəxs notariat qaydasında təsdiqlənmiş ərizə təqdim edərək məhkuma qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.Bundan sonra məhkum məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışığın Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal olduğunu göstərib və ona təyin edilmiş cəzanın azaldılmasını xahiş edib.Birinci instansiya məhkəməsi məhkumun ərizəsini icraata...
20 Oktyabr 2026, 10:30
Azərbaycanda tanınmış meyxanaçı VƏFAT ETDİ
Azərbaycan meyxana aləminə ağır itki üz verib.Citypost.az xəbər verir ki, tanınmış meyxanaçı İlkin Çərkəzoğlu uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.Bu haqda onun yaxınları məlumat verib. (manşet.az)
20 Oktyabr 2026, 10:22
DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib
Dövlət İmtahan Mərkəzi 2026-cı il noyabrın 8-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edir.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.Bildirilib ki, bu müddət ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarında doktorantura və ya dissertanturada, həmçinin hərbi təhsil müəssisələrində adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan dili...
20 Oktyabr 2026, 09:34