Bizə yazın

Baku

-°C

USD

-

Zaur Şükürov: Zəngilan Azərbaycanın strateji əhəmiyyətli bölgələrindən biridir

Siyasət 20 Oktyabr 2026, 10:01

3134

Zəngilan rayonu zəngin tarixi, mədəni irsi və strateji əhəmiyyəti ilə Azərbaycanın qədim diyarlarından biridir. Əsrlər boyu xalqımızın dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərinin və mədəniyyətinin formalaşmasına töhfələr vermiş bu rayonun müasir tarixi həm qəhrəmanlıq və mübarizə, həm də sarsılmaz iradə, milli birlik və dirçəliş salnaməsidir.XX əsrin əvvəllərində baş verən mürəkkəb hərbi-siyasi proseslər Azərbaycanın tarixi torpaqlarının taleyinə ciddi təsir göstərmişdir. Xüsusilə Zəngəzurun bir hissəsinin Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi nəticəsində bölgənin tarixi-coğrafi bütövlüyü pozulmuşdur. Sonrakı dövrlərdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti ölkəmizin bir sıra bölgələri kimi Zəngilan rayonunun da taleyində ağır izlər buraxmışdır.

Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Citypost.az-a açıqlamasında bildirib.

Deputat xatırladıb ki, 1993-cü ilin oktyabrında Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Zəngilan rayonu işğal edilmiş, rayonun dinc əhalisi doğma yurdlarını tərk etmək məcburiyyətində qalmışdır. Zəngilanlılar ağır mühasirə şəraitində 67 gün ərzində müqavimət göstərərək öz torpaqlarını müdafiə etmiş, yüzlərlə insan şəhid olmuş, itkin düşmüş və məcburi köçkünlük həyatına məhkum edilmişdir. Rayon sakinləri Azərbaycanın müxtəlif bölgələrində məskunlaşaraq uzun illər doğma torpaqlarına qayıdacaqları günü gözləmişlər.İşğal dövründə Zəngilanın tarixi-mədəni irsinə ciddi ziyan vurulmuş, dini və memarlıq abidələri dağıdılmış, qəbiristanlıqlar və digər mədəni irs nümunələri təhqir edilmişdir. Bütün bu çətinliklərə baxmayaraq, zəngilanlıların doğma torpağa bağlılığı, qayıdış ümidi və milli kimliyə sədaqəti heç vaxt sarsılmamışdır.2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları Vətən müharibəsində tarixi Zəfərlə nəticələnmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində oktyabrın 20-də Zəngilan şəhəri, eləcə də rayonun bir sıra yaşayış məntəqələri işğaldan azad edilmişdir. Qısa müddət ərzində rayonun 4 qəsəbəsi və 49 kəndi üzərində Azərbaycanın dövlət suverenliyi bərpa olunmuşdur. 

Millət vəkilinin sözlərinə görə, Zəngilanın azadlığı ilə yeni mərhələyə qədəm qoyan inkişaf prosesi bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində ardıcıl şəkildə davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır, yaşayış məntəqələri yenidən qurulur və əhalinin doğma yurdlarına təhlükəsiz, dayanıqlı qayıdışı təmin edilir.2026-cı il oktyabrın 1-nə olan məlumata əsasən, Zəngilan şəhərində 84 ailə, ümumilikdə 339 nəfər, Ağalı kəndində 234 ailə, 1 017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, 903 nəfər məskunlaşmışdır. Bu göstəricilər doğma torpaqlara qayıdış prosesinin genişləndiyini, Zəngilanın yenidən canlı yaşayış məkanına çevrildiyini nümayiş etdirir. Eyni zamanda, qayıdan ailələrin məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər görülür. Sakinlərin peşə və bacarıqlarına uyğun olaraq dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər müəssisələrdə işlə təmin olunması nəzərdə tutulur. Bu yanaşma həm yaşayış şəraitinin yaxşılaşdırılmasına həm də əhalinin iqtisadi fəallığının artırılmasına, sosial rifahının yüksəldilməsinə və bölgədə dayanıqlı məskunlaşmanın təmin edilməsinə xidmət edir.Zəngilanın inkişafında nəqliyyat və logistika infrastrukturunun xüsusi əhəmiyyəti vardır. Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və avtomobil yollarının tikintisi rayonun iqtisadi potensialının reallaşdırılması, regionlararası əlaqələrin genişləndirilməsi və Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihələr Zəngilanın gələcəkdə regionun vacib nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır. Xüsusilə Zəngəzur dəhlizi ilə bağlı təşəbbüslər bölgənin tranzit potensialının artırılması, ticarət əlaqələrinin inkişafı və yeni iqtisadi imkanların formalaşdırılması baxımından strateji əhəmiyyətə malikdir.

Z. Şükürov qeyd edib ki, bununla yanaşı, Zəngilanda tarixi-mədəni irsin bərpası da diqqət mərkəzində saxlanılır. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Zəngilan şəhər məscidinin bərpası rayonun mənəvi həyatının dirçəlişi baxımından xüsusi əhəmiyyət daşıyır. Tarixi-memarlıq xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilən bərpa işləri xalqımızın milli-mənəvi dəyərlərinə və dini irsinə ehtiramının ifadəsidir. Bu cür layihələr şəhərin tarixi simasının yenidən formalaşmasına, mədəni irsin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası tariximizin ən mühüm hadisələrindən biri olmuşdur. Vətən müharibəsində əldə edilən tarixi Zəfər və 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın dövlətçilik gücünü, milli iradəsini və qətiyyətini nümayiş etdirmişdir. İnanırıq ki, məhz bu uzaqgörən və müstəqil siyasətin nəticəsində doğma Vətənimizin dünya miqyasında nüfuzu davamlı olaraq artacaq, regionumuzda dayanıqlı sülh və inkişafa nail olacağıq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Seymur Mərdəliyev Ukraynanın nazirləri ilə əməkdaşlığı müzakirə edib

Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyev Ukraynanın təhsil naziri Andrey Butenko, daxili işlər naziri İvan Vıqovski, ədliyyə naziri Denis Maslov, İvano-Frankivsk meri Ruslan Martsinkiv və İvano-Frankivsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Svetlana Onişçukla görüşüb, iki ölkə arasında əməkdaşlığı müzakirə edib.Citypost.az xəbər verir ki, bu barədə S. Mərdəliyev "X" sosial şəbəkə hesabında yazıb."Təhsil və elm sahəsində Azərbaycan-Ukrayna əməkdaşlığını daha da gücləndirmək, akademik mübadilələri genişləndirmək və universitetlərimiz arasında əməkdaşlıq üçün yeni imkanlar yaratmaq yollarını müzakirə etmək üçün Andrey Butenko ilə məhsuldar görüş olub", - o bildirib.Ukraynanın daxili işlər naziri İvan Vıqovski ilə hüquq-mühafizə sahəsində əməkdaşlığının inkişaf etdirilməsi, peşəkar təcrübə mübadiləsi və ümumi təhlükəsizlik çağırışlarının...

20 Oktyabr 2026, 08:12

Tofiq Musayev BMT-də mina qurbanları və itkin azərbaycanlıların taleyindən danışıb

Azərbaycanın BMT Baş Assambleyasının Altıncı Komitəsində gündəliyin 81-ci bəndi ("1949-cu il Cenevrə Konvensiyalarına əlavə və silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Protokolların statusu") üzrə bəyanatında keçmiş işğalçı rejimin hərbi komandirlərinin münaqişə zamanı törətdikləri vəhşiliklər barədə məlumat verilib.Citypost.az  xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəsi, səfir Tofiq Musayev səsləndirib və minalar səbəbindən Azərbaycanda mülki şəxslər arasında davam edən ölüm, yaralanma hallarına, eləcə də keçmiş münaqişə ilə əlaqədar hələ də itkin hesab edilən minlərlə azərbaycanlının taleyinə diqqət çəkib.Həmçinin keçmiş işğalçı rejimin hərbi komandirlərinin və rəhbərlərinin münaqişə zamanı törətdikləri, əksəriyyəti beynəlxalq hüquqa əsasən ağır cinayətlər hesab edilən əməllərə görə cinayət təqibinə cəlb...

19 Oktyabr 2026, 20:55

TÜRKPA Qadın Parlamentarilər Qrupunun 5-ci iclası keçirilib

TÜRKPA-nın 15-ci plenar iclası çərçivəsində Bişkek şəhərində "Qadınlar və mədəni diplomatiya: dil və ortaq ənənələr vasitəsilə birliyin gücləndirilməsi" mövzusuna həsr olunmuş Qadın Parlamentarilər Qrupunun 5-ci iclası keçirilib.Bu barədə Citypost.az-a TÜRKPA-dan məlumat verilib.Bildirilib ki, iclasa Qrupun rəhbəri, Qazaxıstan Respublikasının Qurultayının üzvü Ayjan Temerbayeva sədrlik edib. Tədbir üzv dövlətlərin qadın parlamentarilərini bir araya gətirərək iclasın əsas mövzusu ətrafında dialoq və fikir mübadiləsi üçün imkan yaradıb.İclasda parlament üzvləri Tamam Cəfərova (Azərbaycan), Ayjan Temerbayeva (Qazaxıstan), Medina Kayrılbekova (Qırğızıstan) və Zeynep Yıldız (Türkiyə), həmçinin TÜRKPA Baş katibinin müavini vəzifəsini icra edən Bektur Bazakeçov çıxış ediblər.Müzakirələr mədəni diplomatiyanın təşviqində qadınların roluna, ortaq mədəni irsin qorunmasına, dil...

19 Oktyabr 2026, 20:00

Vüqar Rəhimzadə: Zəngilanın yenidən qurulması dövlətimizin gücünü göstərir

Zəngilanın bərpası 

44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimiz ölkəmizin çoxəsrlik dövlətçilik tarixində yeni bir mərhələnin əsasını qoydu. Bu möhtəşəm Qələbə yalnız torpaqlarımızın azad edilməsi deyil, eyni zamanda, milli kimliyimizin, mədəni irsimizin və tarixi yaddaşımızın yenidən bərpası oldu. Bu kontekstdə Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ideoloji, siyasi və strateji əhəmiyyət kəsb edən, gələcəyə yönəlmiş mühüm bir çağırış kimi dəyərləndirilir. Hər bir şəhərin azad olunduğu tarixin Şəhər Günü kimi qeyd edilməsi bu ərazilərin əbədi və əzəli sahibinə qovuşduğunu beynəlxalq aləmə bir daha bəyan edir. Azad edilmiş şəhərlərdə reallaşdırılan...

19 Oktyabr 2026, 18:20

Qulu Məhərrəmli: “Media qardaşlıq münasibətlərinə həssas yanaşmalıdır”

Professor, media eksperti Qulu Məhərrəmli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrikinə münasibət bildirib.Citypost.az xəbər verir ki, Qulu Məhərrəmli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Professor qeyd edib ki, özünü peşəkar hesab edən media Azərbaycan-Türkiyə münasibətlərinə həssas yanaşmalı, sosial şəbəkələrdə bu münasibətləri hədəf alan şəxslərin yolu ilə getməməlidir. Onun sözlərinə görə, bəzən media da bu axına qoşularaq qızışdırıcı mövqe tutur.Qulu Məhərrəmli hadisələrin arzuolunmaz istiqamətdə inkişaf etdiyi bir vaxtda Ərdoğanın Azərbaycanı təbrik etməsini mühüm hadisə kimi qiymətləndirib.“ƏRDOĞAN: AZƏRBAYCAN TÜRKÜ QARDAŞLARIMI SALAMLAYIRAM!Özünü peşəkar hesab edən media Azərbaycan-Türkiyə münasibətlərinə həssas olmalı, sosial şəbəkələrdə bu münasibəti hədəf almış cahillərin yolu...

19 Oktyabr 2026, 09:10

Nailə Balayevadan Paşinyana sual: Sülh müqaviləsi niyə gecikir?

Jurnalist Nailə Balayeva Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı müzakirələrə, eləcə də Ermənistan-Türkiyə münasibətlərinə dair fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Nailə Balayeva bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Jurnalist bildirib ki, onu hazırda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Ermənistan-Türkiyə sərhədinin açılması barədə tez-tez danışması və Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin 2031-ci ilə qədər ertələnməsi ilə bağlı məsələ narahat edir.Nailə Balayeva qeyd edib ki, bu iki bəyanat arasında əlaqə olmaya da bilər. O, Türkiyə və Azərbaycan arasında münasibətlərlə bağlı müzakirələr əvəzinə diqqətin Ermənistanın bəyanatlarına yönəldilməsini vacib sayıb.“Mən Sizi bilmirəm. Məni hazırda narahat edən Mirzoyanın tez-tez Ermənistan-Türkiyə...

19 Oktyabr 2026, 09:06