Bizə yazın

Baku

-°C

USD

-

Oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Cəmiyyət 20 Oktyabr 2026, 11:46

425

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə oktyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.

Bu barədə Citypost.az  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası, oktyabrın 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin oktyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şabranda sel nəticəsində zədələnmiş yol bərpa olunub

Şabran rayonunda leysan və güclü sel nəticəsində zədələnmiş 2 avtomobil yolunda bərpa işləri yekunlaşdırılıb.Bu barədə Citypost.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.Bildirilib ki, Düzbilici–Vələsi–Çinarlar avtomobil yolunun 5-ci kilometrində yol örtüyü bərpa edilib, 8-ci kilometrində suötürücü boru, 16-cı və 18-ci kilometrlərində isə iki körpü inşa olunub."Həmçinin Şabran–Qalaaltı avtomobil yolunun 6-cı kilometrində yeni suötürücü boru inşa edilib. Görülən işlər nəticəsində selin fəsadları tam aradan qaldırılıb, nəqliyyatın təhlükəsiz və rahat hərəkəti təmin olunub", - AAYDA-nın məlumatında qeyd olunub....

20 Oktyabr 2026, 12:21

Sahibə Qafarova Bişkekdə TÜRKPA Şurasının iclasında çıxış edib 

Bu gün Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Şurasının iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda çıxış edib.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.TÜRKPA-nın üzərinə tarixi, mədəni və mənəvi köklərlə bir-birinə bağlı olan xalqlarımızın maraqlarına parlament diplomatiyası çərçivəsində xidmət edilməsi kimi mühüm missiya düşdüyünü söyləyən Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan Respublikasının Milli Məclisi TÜRKPA çərçivəsində iş birliyinə böyük əhəmiyyət verir.Qeyd olunub ki, Azərbaycan parlamentinin nümayəndə heyəti TÜRKPA-nın komissiyalarının iclaslarında, müxtəlif mövzulara həsr edilən tədbirlərində, model qanunların hazırlanmasında, seçki müşahidə missiyalarının işində yaxından iştirak edib. Həmçinin, Milli Məclis TÜRKPA-nın beynəlxalq fəaliyyətinin...

20 Oktyabr 2026, 11:58

Bu uşaq bağçasında nöqsanlar aşkarlandı

Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.“Qafqazinfo” xəbər verir ki, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub.Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib....

20 Oktyabr 2026, 11:28

ANAMA ilə BMT arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında əməkdaşlıq müzakirə olunub.Bu barədə Citypost.az-a ANAMA-dan məlumat verilib.Bildirilib ki, müzakirə ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitro Şlapaçenko arasında baş tutub.Görüşdə ANAMA-nın yaradılması tarixi, fəaliyyət istiqamətləri və işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.Dmitro Şlapaçenko humanitar minatəmizləmə fəaliyyətinin Qarabağda təhlükəsiz həyatın bərpasında mühüm rol oynadığını qeyd edib.Görüş zamanı tərəflər mina təhlükəsi ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti, BMT ilə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıb....

20 Oktyabr 2026, 11:17

Azərbaycanda "Uşaq Hüquqları Aylığı" elan edilib

Azərbaycanda 20 oktyabr-20 noyabr tarixləri "Uşaq Hüquqları Aylığı" elan edilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı məlumat yayıb.Qeyd edilib ki, aylığın keçirilməsində məqsəd Azərbaycanda uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin təbliği, bununla bağlı ictimaiyyətin məlumatlılığının və bu sahəyə diqqətin daha da artırılmasından ibarətdir.Ombudsman Səbinə Əliyeva aidiyyəti dövlət və yerli özünüidarə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını və uşaq hüquqları sahəsində fəaliyyət göstərən digər qurumları Ombudsman tərəfindən elan olunmuş "Uşaq Hüquqları Aylığı" ilə bağlı təşəbbüsə qoşulmağa, cari ilin 20 oktyabr-20 noyabr tarixləri ərzində uşaqların iştirakı təmin olunmaqla uşaq hüquqlarının müdafiəsinə dair müxtəlif tədbirlər keçirməyə çağırıb.Səbinə Əliyeva...

20 Oktyabr 2026, 10:57

Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək

Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Çempionlar Liqası matçında "Sabah" FK-nın növbəti qarşılaşması ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də xüsusi iş rejimi tətbiq olunacaq.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən məlumat verilib.Bildirilib ki, stadionun yaxınlığında yerləşən "Koroğlu" stansiyasına əlavə işçi qüvvəsi cəlb ediləcək və nəzarət gücləndiriləcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq, Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək.

20 Oktyabr 2026, 10:45