Bizə yazın

Baku

-°C

USD

-

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Cəmiyyət 23 Oktyabr 2026, 08:00

567

Bu gün paytaxtın bəzi ərazilərində qaz olmayacaq.

Citypost.az  xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb. 

Bildirilib ki, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Binəqədi qəsəbəsinin, Baksol yolunun, Binəqədi şosesinin, 1-ci, 2-ci və 3-cü Mədən ərazisinin bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nigar Sabirqızı: “Bizim içimizdəki xainlərə də eyni reaksiya verilməlidir”

İTV-nin aparıcısı, tanınmış jurnalist Nigar Sabirqızı Azərbaycanla Türkiyə arasında yaranan fikir ayrılığı fonunda səsləndirilən fikirlərə münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Nigar Sabirqızı qeyd edib ki, yaranmış vəziyyətdə Ermənistan mediasında düşmənçilik mövqeyindən çıxış edənlərə rast gəlməyib, Azərbaycan və Türkiyədə isə bəzi şəxslərin davranışını tənqid edib.“Azərbaycanla Türkiyə arasında yaşanan fikir ayrılığında ermənilər özlərini bəzilərindən daha ağıllı apardı. Hər halda mən Ermənistan mediasında yaranan vəziyyəti düşmənlik kimi təhlil edənlərə rast gəlmədim. Həm Azərbaycanda, həm də Türkiyədə ermənilər qədər də olmayanları gördük. Bunları türk adına utanc hesab etmək olar. Bəzilərinin də milliyyəti nədir, onu araşdırmaq lazımdır.İndi qalıblar...

23 Oktyabr 2026, 08:33

Kamil Həmidov TUMİB rəhbərliyini tənqid edib: “Niyə yoxsunuz?”

Psixoloq Kamil Həmidov Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) son hadisələrlə bağlı mövqeyinin görünməməsini tənqid edib.Citypost.az xəbər verir ki, Kamil Həmidov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Psixoloq təşkilatın əvvəlki sədri ilə hazırkı rəhbərliyi müqayisə edərək, Türkiyədə təhsil almış məzunların Azərbaycanla bağlı baş verən hadisələrə münasibət bildirməməsini sual altına alıb.Kamil Həmidov paylaşımında yazıb:“Xatırlayırsızsa TUMİB (Türkiyə Universitetləri Məzunları İctimai Birliyi) adlı strateji bir gənclər təşkilatı vardı.Əvvəlki sədrini heç olmasa tədbirlərdə, proseslərdə görərdik. İndikinin isə son hadisələrlə bağlı nə özünü, nə səsini görüb eşitmirik.Ey qardaş Türkiyənin məzunları, xidmətinizin ünvanı haradır, mənsubu olduğunuz camaatlıqlar, universitetlərmi, yoxsa pasportunu daşıdığınız ölkənin dövlətinəmi? Niyə yoxsunuz? Yaşayıb...

23 Oktyabr 2026, 08:17

Bir nəğmə oxuyum, sən də qulaq as

Bir nəğmə oxuyum, sən də qulaq as. Ötən günlərimdən xatirə olsun. Sənə də tanışdı, sənə də doğma,O ürkək baxışlar, o titrək səslər. O qədər yaxınkən uzaqda qaldı,Nə qədər arzular, necə xəyallar. Bu qədər doğmaykən, yad kimi qaldı,Ülvi məhəbbətdə pünhan sevgilər. Nə sən xoşbəxt oldun, nədəki mən,Qovuşa bilmədik, hansı səbəbdən?Azıb eşqin yolun divanə qaldıq.Axtara-axtara bir-birimizi.        Ramidə Yaqubqızı.

23 Oktyabr 2026, 00:02

Şura: Hicabla bağlı saxta məlumatlarla ictimai rəy manipulyasiya edilir

Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlış təsəvvür formalaşdırmağa yönəlmiş açıq dezinformasiya nümunəsidir.Citypost.az xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib.Qeyd olunub ki, ayrı-ayrı siyasi və ictimai şəxslərin bu cür saxta məlumatların yayılmasında iştirak etməsi, əsassız iddiaları təhqiramiz ifadələrlə təqdim etməsi onların daşıdıqları ictimai məsuliyyətə zidd olmaqla yanaşı, auditoriyaya təsir imkanlarından sui-istifadənin qəbuledilməz təzahürüdür."Azərbaycan Respublikası Media və Yayım Şurası ölkəmiz haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyir, media...

22 Oktyabr 2026, 22:58

Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib

Bu gün Azərbaycanın İsveçrədəki səfiri Vaqif Sadıqov etimadnaməsini İsveçrə Konfederasiyasının prezidenti Gi Parmelinə təqdim edib.Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycanın İsveçrədəki səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.Xatırladaq ki, Prezident İlham Əliyevin 4 sentyabr tarixli Sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrədə səfiri təyin edilib.

22 Oktyabr 2026, 22:15

Avtobusu sürməkdən imtina edən tiktoker sürücü - İşdən qovuldu

Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etməsi narazılığa səbəb olub.Citypost.az  Oxu.az-a istinadən xəbər verir ki, sərnişinlərin sözlərinə görə, sürücü bir nəfərlə mübahisə etdikdən sonra avtobusu saxlayıb, nəqliyyat vasitəsindən düşüb və təxminən 5 dəqiqə hərəkəti davam etdirməyib.O, bir nəfərə görə, hamının yolda qalacağını deyib.“BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsü sərnişlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etdiyinə görə işindən azad olunub.“BakuBus” MMC-nin istismarında olan 5 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində oktyabrın 22-si saat 12:37-də Təbriz küçəsi, 30 ünvanında...

22 Oktyabr 2026, 21:38