Sabahdan Bakı metrosunda qatarların hərəkət qrafiki DƏYİŞİR
Cəmiyyət 29 Noyabr 2024, 18:00
19375
"Həzi Aslanov" stansiyasında qatarların dönmə kamerasının əsaslı təmiri və yenidən qurulması ilə əlaqədar Bakı metropoliteninin "yaşıl" və "qırmızı" xətlərində qatarların hərəkət qrafikinə sabahdan etibarən dəyişiklik ediləcək.
Citypost.az xəbər verir ki, təmir müddətində xətlərdə hərəkətin təşkili, eləcə də "Həzi Aslanov" stansiyasının sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi məqsədilə digər texniki məsələlərlə bağlı bir sıra tədbirlər həyata keçirilib. Qatarlar "qırmızı" xətt üzrə ("İçərişəhər" stansiyasından) və "yaşıl" xətt üzrə ("Dərnəgül" stansiyasından) "Əhmədli" stansiyasına qədər hərəkət edəcək.
İş günlərində qatarların hərəkəti ilə bağlı texniki cəhətdən mümkün ən sıx hərəkət qrafiki qüvvədə qalacaq. Gur saatlarda (07:00-10:00 və 17:30-19:30) "28 May" - "Əhmədli" sahəsində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək. Həmin sahədə qatarların hərəkət intervalı şənbə günləri səhər 7:00-dan 21:00-a qədər 2.5 dəqiqə, bazar günləri isə eyni vaxtda 3 dəqiqəyə bərabər olacaq.
"Bakmil" istiqamətində hərəkət edən qatarların hərəkət cədvəli də noyabr ayının 30-dan dəyişdiriləcək. Qatarların bu stansiyaya və əksinə hərəkət cədvəli noyabr ayının 29-da "Bakı Metropoliteni" QSC-nin rəsmi "metro.gov.az" internet saytının müvafiq bölməsində yerləşdiriləcək.
"Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən sərnişinlərin maraqları nəzərə alınaraq, dönmə kamerasında əsaslı təmir işləri başa çatana qədər stansiyanın sərnişindaşıma fəaliyyəti dayandırılmayacaq. Lakin bu stansiyadan qatarların hərəkəti yalnız "Əhmədli" stansiyasına və geri olmaqla təşkil olunacaq. "Əhmədli" və "Həzi Aslanov" stansiyalarından qatarların hərəkət intervalı 10 dəqiqə olmaqla təşkil ediləcək.
Həmçinin oxuyun
"Əhmədli" - "Həzi Aslanov" stansiyalarından qatarların hərəkət cədvəli "Bakı Metropoliteni" QSC-nin rəsmi "metro.gov.az" internet saytının "Sərnişinlər" bölməsinin "Qatarların hərəkət cədvəli" yarımbölməsində yerləşdiriləcək.
Yaşıl xəttin "Xətai" - "Cəfər Cabbarlı" mənzili və "bənövşəyi" xətdə qatarların hərəkət qrafikinə dəyişiklik edilməyəcək.
Qeyd edək ki, iş, şənbə və bazar günləri olmaqla qatarların hərəkət cədvəli "Bakı Metropoliteni" QSC-nin rəsmi internet səhifəsinin müvafiq bölməsində (//metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) dərc edilir.
Nazirlər Kabinetinin qərarı ilə elan edilən qeyri-iş, habelə bayram günləri ilə bağlı sərnişinlərə əlavə məlumatlar təqdim ediləcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin "X" sosial şəbəkəsindəki hesabında dövlət başçısının Naxçıvana səfəri ilə bağlı videoçarx paylaşılıb.CityPost.az paylaşımı təqdim edir:Qədim diyarımız Naxçıvan! pic.twitter.com/FlnhWH8lvx— İlham Əliyev (@azpresident) August 11, 2026
11 Avqust 2026, 23:06
Prezident Naxçıvanda iş yerlərinin yaradılmasından danışıb
Prezident İlham Əliyev Naxçıvanda iş yerlərinin yaradılması ilə bağlı görülən və görüləcək işləri qeyd edib.CityPost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə zamanı bildirib."Bu gün Naxçıvan Sənaye Parkının təməli qoyuldu. Azərbaycanda mənim göstərişimlə bir çox sənaye parkları yaradılmışdır və onların arasında ərazi nöqteyi-nəzərindən Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra ikincidir. Dediyim kimi, təməl daşı qoyuldu və əminəm ki, tezliklə bu Sənaye Parkında artıq praktiki işlər başlanacaqdır.Eyni zamanda, bu Parkın tərkib hissəsi olaraq 300 meqavat gücündə istilik elektrik stansiyası inşa ediləcək. Onu bildirməliyəm ki, bu gün Naxçıvanın generasiya gücü təqribən 200 meqavatdır. Təkcə bir stansiya bunu 1,5...
11 Avqust 2026, 22:36
Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakının Binəqədi və Sabunçu rayonlarında iki küçədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.Bildirilib ki, təmir işləri ilə əlaqədar avqustun 12-də saat 08:00-dan Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsinin bir hissəsində, saat 11:00-dan isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin bir hissəsində hərəkət dayandırılacaq.Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.Sürücülərdən alternativ yollardan istifadə etmələri, müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş edilir....
11 Avqust 2026, 21:22
ŞAİR ÇİNGİZ ƏLİ OĞLUNUN FƏXRİ XİYABAN HAQQI
Azərbaycan ədəbiyyatında elə sənətkarlar var ki, onların yaradıcılıq yolu yalnız yazdıqları şeirlərin sayı ilə ölçülmür. Hemde onların ədəbiyyata xidməti bütöv bir ömrü, tərcüməçilik fəaliyyətini, nəşriyyatçılıq əməyini, milli ədəbi prosesə verdikləri töhfəni və Azərbaycan sözünü dünya ədəbiyyatı ilə bağlayan körpüləri əhatə edir.Çingiz Əlioğlu da belə sənətkarlardandır.1944-cü ildə Füzulidə anadan olan Çingiz Əlioğlu yarım əsrdən artıq yaradıcılıq fəaliyyəti ilə Azərbaycan poeziyasının özünəməxsus simalarından birinə çevrilib. Onun yaradıcılıq irsi yalnız şeirlə məhdudlaşmayıb. O, tərcüməçi, redaktor, nəşriyyatçı və mədəniyyət təşkilatçısı kimi də Azərbaycan mədəniyyətinə xidmət edib.Onun müəllifliyi ilə 50-dən artıq kitabın nəşr edilməsi, əsərlərinin müxtəlif dillərə çevrilməsi və müxtəlif ölkələrdə çap olunması bu yaradıcılığın...
11 Avqust 2026, 20:37
Prezident İlham Əliyev Naxçıvanda səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər.CityPost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
11 Avqust 2026, 20:12
İLYAS İSMAYILOV: "SƏMƏD VURĞUN AZƏRBAYCAN XALQININ MİLLİ SƏRVƏTİDİR!"
Mən Baş Prokuror olarkən Mikayıl Müşfiqin cinayət işinin materialları ilə şəxsən tanış olmuşam.Səməd Vurğun Azərbaycan xalqının yetişdirdiyi ən böyük şairlərindəndir. Əslində o, bizim milli sərvətimizdir. İlhamı bulaq kimi çağlayan, hətta bir neçə gün ərzində böyük poema yazacaq qədər mahir sənətkar olan bu adamın yeganə bədbəxtçiliyi sovet hakimiyyətinin ən repressiv dövründə yaşamış olmasıdır. Bununla belə, bütün çətinliklərə baxmayaraq o, ədəbiyyat xəzinəmizə misilsiz əsərlər vermiş, ölkəmizin dünyaya tanıdılmasında əvəzsiz xidmət göstərmişdir. Xüsusilə, II Dünya müharibəsi dövründə onun qələmə aldığı əsərlər bütün dünyanın mübarizə apardığı alman faşizminə qarşı mübarizədə sözün həqiqi mənasında ideoloji silaha çevrilmişdir. Təsadüfi deyil ki, onun müharibə illərində yazdığı "Ukrayna...
11 Avqust 2026, 16:57