Bizə yazın

Baku

-°C

USD

-

SOCAR ABŞ şirkəti ilə yeni investisiya imkanlarını müzakirə edib 

Cəmiyyət 25 Sentyabr 2026, 17:41

442

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-nin "Apollo Global Management" şirkəti arasında əməkdaşlıq məsələləri və yeni investisiya imkanları müzakirə edilib.

Citypost.az xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf "X" hesabındakı paylaşımında bildirib.

Bununla bağlı müzakirələr R. Nəcəfin şirkətin idarəedici direktoru Conatan Bar ilə görüşündə aparılıb.

R. Nəcəf bildirib ki, SOCAR-ın "upstream" layihələrinə uzunmüddətli beynəlxalq investisiyaların cəlb edilməsi, investisiya əməliyyatlarının strukturlaşdırılması və maliyyələşdirmə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdən keçirilib.

O qeyd edib ki, irimiqyaslı enerji layihələrinin həyata keçirilməsi effektiv maliyyələşdirmə modelləri, çevik maliyyə həlləri və etibarlı tərəfdaşlıq tələb edir: "Apollo Global Management" ilə əməkdaşlığımızın genişləndirilməsinin yeni investisiya imkanlarının reallaşdırılmasına və SOCAR-ın beynəlxalq fəaliyyətinin daha da güclənməsinə töhfə verəcəyinə inanıram".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Azəriqaz”ın rəhbəri Xankəndidə vətəndaşların müraciətlərini dinlədi

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Xankəndi şəhərində vətəndaş qəbulu keçirib. Birlik rəhbəri Xankəndi və ətraf rayonlardan qəbula gələn vətəndaşların müraciətlərini dinləyib.Citypost.az xəbər verir ki, müraciətlər əsasən işə qəbul, iş yerinin dəyişdirilməsi, sahibkarlıq obyektlərinin və fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı olub.Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün Qarabağ Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib....

25 Sentyabr 2026, 18:00

Bakının bu ərazisində YENİ İŞIQFORLAR quraşdırıldı 

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları tərəfindən paytaxtın Binəqədi rayonu, Atatürk prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində təhlillər aparılıb.NİİM-dən Citypost.az-a verilən məlumata görə, nəqliyyatın intensiv olduğu, xüsusilə də günün pik saatlarında kəsişmədə yaranan sıxlığı aradan qaldırmaq üçün tədbirlərə başlanılıb.Bu məqsədlə nəqliyyatın nizamlı hərəkəti və piyadaların təhlükəsiz keçidinin təmin edilməsi üçün yeni işıqforlar quraşdırılıb. “A” və “L” tipli olmaqla, 7 ədəd dirək üzərində quraşdırılan işıqforlar artıq hərəkət iştirakçılarının istifadəsindədir....

25 Sentyabr 2026, 17:55

Volodimir Zelenski: ABŞ Əmirliklərdə üçtərəfli görüş təklif edir 

Amerika tərəfi Ukrayna ilə üçtərəfli danışıqlarla bağlı təşəbbüs irəli sürüb və artıq məkan barədə qərar verib.Citypost.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib.ABŞ texniki səviyyədə, üçtərəfli formatda hazırlıq görüşünün keçirilməsini təklif edib.“Üçtərəfli görüşlə bağlı Amerika tərəfi onu hazırlamağı və texniki səviyyədə üçtərəfli formatda görüşməyi təklif edib”, - deyə Ukrayna Prezidenti bildirib.ABŞ məkan olaraq Birləşmiş Ərəb Əmirliklərini seçib. Ukrayna hazırda Vaşinqtondan tarixlə bağlı təklif gözləyir.Zelenski qeyd edib ki, Yaxın Şərq ölkələri Qara dənizdə atəşkəslə bağlı Rusiya ilə artıq əlaqə saxlayıb. O təsdiqləyib ki, Kiyev bu təmasların nəticələrini gözləyir....

25 Sentyabr 2026, 17:35

Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq 

Sentyabrın 25 və 26-da Günəşdə M sinifli güclü partlayışlar baş verə bilər.Citypost.az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu proqnoz yayıb.Mütəxəssislərin məlumatına görə, yaxın iki gün ərzində Günəş aktivliyi ümumilikdə aşağı səviyyədə qalacaq. Bununla belə, M sinifli partlayışların baş verməsi istisna edilmir.Sentyabrın 25-də geomaqnit sahənin qeyri-sabit olması mümkündür. Növbəti gün isə əsasən sakit vəziyyət gözlənilir, lakin ayrı-ayrı dövrlərdə qeyri-sabitlik yarana bilər.Proqnoza əsasən, radiasiya şəraiti sakit olacaq. Bununla yanaşı, günün ayrı-ayrı saatlarında qısadalğalı radioəlaqənin vəziyyətinin pisləşməsi mümkündür. (Modern.az)...

25 Sentyabr 2026, 17:28

Formula 1-in sıralama turu başladı 

Formula 1 Azərbaycan Qran-Prisində sıralama turuna start verilib.Citypost.az xəbər verir ki, yarışda hər birində 2 pilot olmaqla 11 komanda mübarizə aparır. Sessiya 1 saat davam edəcək.Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.

25 Sentyabr 2026, 16:30

XİN-dən Gürcüstan Patriarxlığının açıqlaması ilə bağlı bəyanat 

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd edilib.Bildirilib ki, Azərbaycan ərazisində yerləşən coğrafi və tarixi toponimlərin digər adlarla təqdim edilməsi qəbuledilməzdir:"Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşıb. Eyni zamanda, Gürcüstan tərəfinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə eyni münasibət sərgiləməsi iki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin mühüm əsasını təşkil edir. Məhz bu baxımdan, Gürcüstan Patriarxlığının Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə münasibətdə ərazi iddialarını ehtiva edən...

25 Sentyabr 2026, 16:28