Fevralın 1-dən əmək pensiyasının minimum məbləği 320 manat olacaq
Cəmiyyət 21 Yanvar 2025, 10:00
27148
“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi ilə Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, qanunda dəyişiklik ediləcək”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, əmək pensiyalarının minimum məbləği qanunla müəyyənləşir: “Prezident hökumətə əmək pensiyalarının minimum məbləğinin artırılmasını tövsiyə etmişdi. Prezidentin sərəncamına əsasən, əmək pensiyalarının minimum məbləği 280 manatdan 320 manata çatdırılmalıdır. Ona görə həmin müddəanı qanuna gətiririk. Əmək pensiyalarının minimum məbləğinin artırılması barədə komitə qərarını verəcək və yaz sessiyasının fevralın 1-də keçirilən ilk iclasında da parlament qərar qəbul edəcək”.
Həmçinin oxuyun
Komitə sədri diqqətə çatdırıb ki, minimum əmək pensiyasının artımı ilə əlaqədar bütün pensiyalarda artımlar olacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, əmək pensiyasının minimum məbləği 2025-ci il fevral ayının 1-dən 280 manatdan 320 manata qaldırılmalıdır.
Xatırladaq ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə ediləcək.(apa)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Anar Quliyev Ağdaşda vətəndaşları qəbul edib
Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ağdaş şəhərində Ucar, Zərdab, Kürdəmir, Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib.Citypost.az Komitəyə istinadən xəbər verir ki, qəbulda torpaq münasibətləri, şəhərsalma və tikinti fəaliyyəti, eləcə də sahibkarlıq təşəbbüsləri ilə bağlı müraciətlər dinlənilib. Vətəndaşların qaldırdıqları məsələlər ətrafında müzakirələr aparılıb, onların həlli imkanları nəzərdən keçirilib.Müraciətlərin bir qismi ilə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, əlavə araşdırma tələb edən məsələlərin isə qanunvericiliyə uyğun şəkildə həlli istiqamətində aidiyyəti struktur bölmələrə tapşırıqlar verilib....
02 Oktyabr 2026, 16:15
YAP-ın VIII Qurultayı başa çatıb
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı öz işini başa vurub.Citypost.az xəbər verir ki, Qurultayda Azərbaycan Prezidenti İlham Əliyev çıxıç edib.YAP-ın VII qurultayından ötən dövrlə bağlı hesabat məruzəsi qəbul edilib, Nizamnaməyə dəyişikliklər, partiyanın İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi təsdiqlənib.
02 Oktyabr 2026, 16:12
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib.Citypost.az xəbər veri ki, Təftiş Komissiyasının yeni tərkibi aşağıdakı kimidir:Naqif HəmzəyevHəsən HəsənovAydın HüseynovBadam HüseynovaMəlahət İbrahimqızıVüqar İskəndərovSadiq QurbanovElman NəsirovCavanşir PaşazadəSəməd SeyidovSamir Vəliyev
02 Oktyabr 2026, 16:12
YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib.Citypost.az xəbər verir ki, partiyanın VIII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib.Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:İlham ƏliyevMehriban ƏliyevaTahir BudaqovƏli ƏhmədovArif RəhimzadəElnarə AkimovaBayram AslanovAzər BadamovTofiq CahangirovKamal CəfərovSamir CəfərovRauf ƏliyevAsif ƏsgərliVazeh ƏsgərovZiyafət ƏsgərovEldar ƏzizovÜlviyyə HəmzəyevaRamiz HüseynovHicran HüseynovaEldar İbrahimovFuad İbrahimovAnar İsgəndərovAmin İsmayılovİmamverdi İsmayılovŞahin İsmayılovPərvin KərimzadəElmar QasımovMusa QuliyevMübariz QurbanlıRəşad MahmudovHikmət Məmmədovİlham MəmmədovTahir MirkişiliƏdalət MuradovBahar MuradovaAlqış MusayevElnur SadıqovAynur SofiyevaƏfsun SucayevMixael Zabelin...
02 Oktyabr 2026, 16:09
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
Misir Cumail oğlu Mərdanov “Şərəf” ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Sərəncama görə, o, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.
02 Oktyabr 2026, 15:43
YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır
Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.Citypost.az xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VIII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsində deyib.Nizami Səfərov bildirib ki, hazrıda qüvvədə olan Nizamnaməyə əsasən, partiya sədrinin səlahiyyət müddəti 5 ildir. Səlahiyyət müddəti bitdikdə partiyanın sədri Qurultay tərəfindən yenidən seçilə bilər.Nizami Səfərov qeyd edib ki, bu müddəa aradan qaldırılıb: "Prezident İlham Əliyevin müddətsiz mütəşəkkil qüvvə olan YAP-a rəhbərlik etməsi bizi yeni uğurlara və qələbələrə aparacaq"....
02 Oktyabr 2026, 15:41