Bizə yazın

Baku

-°C

USD

-

Bu gün Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçiriləcək 

Cəmiyyət 02 Oktyabr 2026, 09:53

467

Bu gün Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçiriləcək.

Citypost.az xəbər verir ki, YAP-ın sonuncu – VII Qurultayı k2021-ci il martın 5-də keçirilib.

Nizamnaməyə əsasən, qurultay 5 ildə bir dəfədən az olmayaraq çağırılır.

Qurultayın müstəsna səlahiyyətlərinə sırasına partiya sədrinin seçilməsi, İdarə Heyətinin, Təftiş Komissiyasının və Veteranlar Şurasının say tərkibinin müəyyənləşdirilməsi, partiya sədrinin təqdimatı əsasında İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin, həmçinin Veteranlar Şurasının üzvlərinin, sədrinin və sədr müavininin beş il müddətinə seçilməsi və vaxtından əvvəl vəzifələrindən azad edilməsi daxildir.

Partiyanın Nizamnaməsinin qəbulu, Nizamnamıyı dəyişiklik və əlavələrin edilməsi da Qurultayın səlahiyyətləri sırasındadır.

Qeyd edək ki, 1992-ci il noyabrın 21-də Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması haqqında qərar, həmçinin partiyanın Proqram və Nizamnaməsini qəbul edilib. Konfransda Heydər Əliyev partiyanın sədri seçilib. Heydər Əliyev 1999-cu ildə Bakı şəhərində keçirilən I, 2001-ci il də keçirilən II qurultayda da yekdilliklə bu posta layiq görülüb.

Prezident İlham Əliyev III, IV, V, VI və VII qurultaylarda partiyanın sədri seçilib.

Nizamnaməyə əsasən, YAP sədri partiyanın rəhbər orqanıdır və partiyanın ali seçkili vəzifəli şəxsi sayılır. Partiyanın sədri partiyanın qurultayında iştirak edən nümayəndələrin sadə səs çoxluğu (açıq səsvermə yolu) ilə seçilir. Partiya Sədrinin səlahiyyət müddəti 5 ildir. Partiya sədrinin birinci müavini və müavinləri var. Partiya sədri müavinlərini təyin edir.

YAP sədri İlham Əliyevin sərəncamları ilə 2021-ci il martın 5-də Mehriban Əliyeva partiya sədrinin birinci müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri , Əli Əhmədov partiya sədrinin müavini təyin olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub 

Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidzenin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər edib.Bu barədə Citypost.az Ali Məhkəmədən məlumat verilib.Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Xankəndi şəhərində olub, Xankəndi Məhkəmə Kompleksi ilə tanış olub. Kompleksə ziyarət qonaqların məhkəmə infrastrukturu ilə yerində tanış olmalarına imkan yaradıb.Nümayəndə heyəti həmçinin Şuşa, Xocalı və Laçında olub.

02 Oktyabr 2026, 10:40

Zakir Həsənov gürcüstanlı həmkarı ilə Şuşada görüşdü

Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşündə iştirak etmək məqsədilə Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycanda rəsmi səfərdədir.Bu barədə Citypost.az Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, oktyabrın 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində gürcüstanlı həmkarı ilə görüşüb.Görüşdə Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədəki əməkdaşlığın regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verdiyi xüsusi vurğulanıb.Qeyd olunub ki, iki ölkə arasında mütəmadi olaraq keçirilən müxtəlif formatlı görüşlər və səfərlər bütün istiqamətlərdə olduğu kimi, müdafiə sahəsində də ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olmasının bariz göstəricisidir.Görüşün sonunda hərbi əməkdaşlığın perspektivləri, birgə təlimlərin intensivləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə...

02 Oktyabr 2026, 10:39

İlham Əliyev: “YAP Azərbaycanın ən böyük siyasi qüvvəsidir”

Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir.Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğunu vurğulayan dövlət başçısı qeyd edib: "Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var".

02 Oktyabr 2026, 10:36

Bakının iki rayonunda qaz olmayacaq 

Təmir-quraşdırma və qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar bu gün, oktyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək paytaxtın Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.Citypost.az  bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.Məlumata görə, Xətai rayonunda A. Səhhət küçəsinin, Suraxanı rayonunun Bülbülə qəsəbəsində isə Nizami, Ə. Ələkbərov, M. Ə. Sabir, M. Bəydəmirov, N. Nərimanov, Ç. Nəzərov, Mənbə, M. Abdullayev və S. Bəhlulzadə küçələrinin qaz təchizatı dayandırılacaq....

02 Oktyabr 2026, 10:08

Prezident YAP-ın VIII Qurultayında çıxış edir 

Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilir.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edir.

02 Oktyabr 2026, 09:55

Yasamal və Qaradağın bəzi ərazilərində işıq kəsiləcək 

Bakının Yasamal və Qaradağ rayonlarının bəzi ərazilərində təmir işləri ilə əlaqədar bu gün, oktyabrın 2-də elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.Citypost.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Qeyd olunub ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Yasamal və Qaradağ rayonlarında bir sıra transformator məntəqələrində (TM) təmir işləri aparılacaq.Məlumata görə, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Ayna Sultanova, İsfəndiyar Zülalov, Mirəli Seyidov, Ümid Əkbərov küçələri və Mətbuat prospektinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.Qaradağ RETSİ-nin xidmət ərazisinə daxil olan Buta qəsəbəsinin...

02 Oktyabr 2026, 09:30