Bizə yazın

Baku

-°C

USD

-

Pentaqon məxfi proqramları gizli saxlamaq üçün UNO haqqında dezinformasiya yayıb 

Dünya 08 İyun 2025, 09:22

1899

ABŞ Müdafiə Nazirliyi onilliklər boyu məxfi hərbi proqramların mövcudluğunu gizli saxlamaq üçün naməlum uçan obyektlər (UNO) və yadplanetli texnologiyalar haqqında bilərəkdən dezinformasiya yayıb.

Citypost.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti rəsmilər, hərbçilərlə müsahibələrə və minlərlə sənəd səhifəsinə əsaslanan araşdırmaya istinadən məlumat yayıb.

Qeyd olunub ki, 1980-ci illərdə ABŞ Hərbi Hava Qüvvələrinin əməkdaşı Nevadada məxfi “51-ci Zona” obyektinin yaxınlığındakı bar sahibinə xüsusi olaraq saxta uçan boşqab fotoşəkilləri ötürüb. Bu, stels təyyarələrinin, o cümlədən forması populyar mədəniyyətdə yadplanetli gəmilərinin xarakterik təsvirlərinə bənzəyən F-117-nin sınaqlarını gizlətmək əməliyyatının bir hissəsi olub. Mənbələrin məlumatına görə, bu cür manipulyasiyalar sistemli olub və yalnız bir hadisə ilə məhdudlaşmayıb.

Araşdırma ABŞ Konqresi tərəfindən yaradılmış AARO (All-domain Anomaly Resolution Office) ofisi tərəfindən aparılıb. Bu qurumun vəzifəsi hökumətin guya yadplanetli texnologiyalarının öyrənilməsi proqramlarını gizlətməsi barədə çoxillik inadlı şayiələri yoxlamaq olub. AARO-nun işi zamanı saxta sənədlərin yayılması, yeni zabitlərin UNO ilə bağlı mövcud olmayan məxfi layihələrə "təqdim edilməsi" və ictimai rəylə manipulyasiya halları aşkar edilib.

Xüsusi diqqət 1960-70-ci illərdə baş vermiş hadisələrə yönəldilib. O zaman Hərbi Hava Qüvvələrinin əməkdaşları guya "havada süzən obyektlər" tərəfindən törədilmiş nüvə raketlərinin sönməsini qeydə alıblar. Lakin AARO-nun nəticələrinə görə, belə sönmələrin səbəbi nüvə zərbəsinin nəticələrini simulyasiya edən elektromaqnit generatorlarının sınaqları olub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Türkiyənin hava məkanına yaxınlaşan PUA F-16 qırıcıları vasitəsilə zərərsizləşdirilib 

Qara dəniz istiqamətindən hava məkanına yaxınlaşan, idarəetmədən çıxdığı müəyyən edilən pilotsuz uçuş aparatı (PUA) F-16 qırıcıları tərəfindən vurularaq zərərsizləşdirilib.CityPost.az  xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.Hava hədəfi mövcud prosedurlar çərçivəsində nəzarətə götürülüb.Hava məkanının təhlükəsizliyinin təmin edilməsi məqsədilə NATO və milli nəzarət sistemində olan F-16 qırıcılarına döyüş hazırlığı tapşırığı verilib. Onun idarəetmədən çıxmış pilotsuz uçuş aparatı olduğu müəyyən edilib və mümkün risklərin qarşısını almaq üçün yaşayış məntəqələrindən kənarda, təhlükəsiz ərazidə vurularaq məhv edilib....

16 Dekabr 2025, 09:33

Suriyada ABŞ hərbçilərinə hücumda şübhəli bilinən beş nəfər saxlanılıb

Suriya Hüquq mühafizə orqanları Tədmurda iki ABŞ hərbçisinin həlak olduğu hücumda şübhəli bilinən beş nəfəri saxlayıb.Bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat verib.

15 Dekabr 2025, 09:20

HAMAS İsrailin Qəzzaya hücumu zamanı yüksək rütbəli komandirinin öldürüldüyünü təsdiqləyib 

HAMAS İsrailin Qəzzaya endirdiyi hücum nəticəsində təşkilatın yüksək rütbəli komandiri Raed Saadın öldürüldüyünü təsdiqləyib.CityPost.az  xəbər verir ki, bu barədə Aljazeera məlumat yayıb.Bu, oktyabr ayında əldə olunmuş atəşkəs razılaşmasından sonra fələstinli qruplaşmanın yüksək səviyyəli nümayəndəsinə qarşı həyata keçirilmiş ən səs-küylü sui-qəsd hesab olunur.

14 Dekabr 2025, 14:22

Rusiya MN: Gecə ərzində 235 pilotsuz uçuş aparatı məhv edilib 

Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Ukraynaya məxsus 235 pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, dekabrın 13-ü saat 22:00-dan (Bakı vaxtı ilə) dekabrın 14-ü səhər saat 08:00-a qədər növbətçi hava hücumundan müdafiə vasitələri Ukraynaya məxsus 235 sabit qanadlı PUA-nı zərərsizləşdirib.Nazirliyin məlumatına görə, pilotsuz uçuş aparatları 35-i Bryansk, 32-si Krım, 22-si Krasnodar, 15-i Tula, 13-ü Kaluqa, 7-si Kursk, 4-ü Ryazan, 4-ü Rostov, 3-ü Belqorod, 2-si Leninqrad, 1-i Smolensk, 1-i Pskov, 1-i Novqorod və 1-i Moskva vilayəti üzərində vurulub....

14 Dekabr 2025, 10:55

Türkiyə Rusiya və Ukraynadan sülh sazişinə qədər məhdud razılaşma tələb edir 

Türkiyə Rusiya və Ukrayna arasında tam sülh sazişi əldə olunana qədər müəyyən sahələr üzrə məhdud razılaşmaların imzalanmasını zəruri hesab edir.Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlama verib.Nazir bildirib ki, Qara dənizdə qarşılıqlı cavab zərbələri bölgədə ticarətə ciddi zərbə vurur və bu vəziyyət Türkiyə üçün risklər yaradır.Onun sözlərinə görə, yaranmış şərait həm Türkiyə vətəndaşlarının, həm də türk şirkətlərinə məxsus gəmilərin təhlükəsizliyini təhdid edir.Hakan Fidan qeyd edib ki, gəmilərin bayraqları fərqli ola bilər, lakin onları istismar edən şirkətlər türk şirkətləri ola, heyətində isə türk dənizçilər yer ala bilər. Bu səbəbdən Ankara xüsusilə iki istiqamət üzrə razılaşmanın vacib olduğunu vurğulayır.“Əgər genişmiqyaslı...

13 Dekabr 2025, 23:47

Aİ Rusiyanın dondurulmuş aktivlərini müddətsiz bloklayıb 

Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın dondurulmuş aktivlərinin müddətsiz bloklanması barədə qərar qəbul edib.Bu barədə Danimarkanın Aİ Şurasına Sədrliyinin bəyanatında bildirilir."Aİ Şurası Rusiyanın aktivlərinin müddətsiz bloklanmasını təsdiqləyib", - bəyanatda deyilir."Reuters" qeyd edib ki, Avropa İttifaqı bununla da Ukraynaya yardım məqsədilə həmin vəsaitlərin istifadəsinə ən ciddi maneəni aradan qaldırıb."Aİ Ukraynanın maliyyələşdirilməsini saxlamaq istəyir, çünki Rusiyanın işğalını öz təhlükəsizliyinə təhdid hesab edir. Bunun üçün Aİ dövlətləri 2022 - ci ildə Ukraynaya hücumdan sonra blokladıqları Rusiyanın suveren aktivlərinin bir hissəsini cəlb etməyə çalışırlar", - məqalədə deyilir.Aİ ölkələri hökumətləri tərəfindən razılaşdırılmış ilk vacib addım, aktivlərin dondurulmasının uzadılması məsələsində hər altı ayda bir səs vermək əvəzinə,...

12 Dekabr 2025, 23:10