Bizə yazın

Baku

-°C

USD

-

Çin Ukraynaya sülhməramlılar göndərməyə hazırdır

Dünya 23 Avqust 2025, 16:55

2001

Çin "sülhməramlı qüvvələrin BMT mandatı altında fəaliyyət göstərməsi" şərti ilə Ukraynaya sülhməramlı missiya çərçivəsində öz qoşunlarını göndərməyə hazır olduğunu bildirib.

CİTYPOST.AZ  xəbər  verir   ki,bu barədə “Welt am Sonntag” qəzeti adı açıqlanmayan Aİ diplomatlarına və Çin hökumət dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl Çin hakimiyyəti Ukraynaya sülhməramlıların yerləşdirilməsi ehtimalı ilə bağlı məlumatları təkzib etmişdi.

Mart ayında Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun, "Mətbuatda bu cür planlar haqqında yayılan məlumatlar tamamilə həqiqətə uyğun deyil", deyə  məlumatda  qeyd  olunub.

Brüsseldə Çinin sülhməramlı missiyada iştirak perspektivi müxtəlif reaksiyalara səbəb olub.

Bir tərəfdən, Qlobal Cənub ölkələrinin cəlb olunması atəşkəs şərtlərinə əməl olunmasına nəzarət etmək üçün Ukraynada beynəlxalq qoşunların yerləşdirilməsi planına dəstəyi gücləndirə bilər.

Digər tərəfdən, adının açıqlanmasını istəməyən Aİ-nin yüksək rütbəli diplomatı qeyd edib ki, Çinin casusluqla məşğul olması və ya münaqişə baş verəcəyi təqdirdə neytrallığı qorumaq əvəzinə Rusiyayönlü mövqe tutması riski var.

Müxtəlif səbəblərdən Aİ ölkələrinin əksəriyyəti Ukraynaya BMT mandatı altında sülhməramlı qoşunlar göndərməyə hazır deyil. Eyni zamanda, İtaliya öz qüvvələrini yalnız BMT mandatı ilə göndərməyə hazır olduğunu bəyan edir.

Avqustun 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov vurğuladı ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə razılaşma Rusiyanın, ola bilsin ki, Çinin iştirakı olmadan mümkün deyil. Onun sözlərinə görə, təhlükəsizlik məsələlərini Moskvasız müzakirə etmək “utopiya və heç yerə aparan yoldur”.

Nigar

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ərdoğan: Cənubi Qafqazda daimi sülh üçün bir imkan pəncərəsi açılıb 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.CityPost.az-ın  məlumatına görə, Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verən Rəcəb Tayyib Ərdoğan səfər zamanı yüksək səviyyədə qarşılandığını bildirib.“Ziyarətimiz zamanı bizi hər zamankı kimi səmimi qonaqpərvərliyi ilə qarşılayan Azərbaycan Prezidenti İlham Əliyevə və bizi ürəkdən qarşılayan qardaş Azərbaycan xalqına təşəkkürümü bildirirəm”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.Qarabağda davam edən quruculuq işlərindən məmnunluqla bəhs edən Türkiyə Prezidenti sülh prosesində Azərbaycanın səylərini yüksək qiymətləndirib, Cənubi Qafqazda daimi sülh və əmin-amanlıq üçün bir imkan pəncərəsi açıldığını vurğulayıb: “30 ildən artıq davam edən qeyri-sabitliyin ardından daimi sülh və əmin-amanlıq üçün bir imkan pəncərəsi açılıb....

09 Noyabr 2025, 15:28

Türkiyədə fabrikdə baş verən yanğında 6 nəfər ölüb 

Türkiyədə fabrikdə baş verən yanğın nəticəsində 6 nəfər həlak olub.Hadisə Kocaelinin Dilovası rayonunda ətir fabrikində baş verib.Yanğın nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanıb. Həlak olanların fabrikin işçiləri olduğu bildirilir.Əraziyə yanğınsöndürən qruplar cəlb olunub.

08 Noyabr 2025, 11:52

Türkiyədə məşhur müğənnilər həbs olunub

Türkiyəli müğənni İrem Derici narkotikdən istifadəni təbliğ etməkdə ittiham olunur.CityPost.az   xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.Bildirilib ki, 38 yaşlı müğənni İstanbul Respublika Prokurorluğunun başlatdığı istintaq çərçivəsində jandarma qrupları tərəfindən Şişlidəki evində saxlanılıb.Onun vəkili Ayşegül Mermer müğənninin saxlanmasını təsdiqləyib.“İrem Dericinin ifadə verməsi üçün jandarma bölməsinə gedirik. Hələlik məsələ ilə bağlı rəsmi məlumat almamışıq. Proses aydınlaşdıqca ictimaiyyətə məlumat veriləcək”, - vəkil qeyd edib.***Son məlumata görə, İstanbulda narkotik istifadəsini təşviq etmək ittihamı ilə əməliyyat keçirilib.Əməliyyat çərçivəsində daha bir neçə tanınmışın saxlanıldığı bildirilir. Onların arasında Birce Akalay, Simge Sağın, Berrak Tüzünataç, Ceren Moray Orcan, Demet Evgar Babataş, Deren Talu, Derin Talu,...

08 Oktyabr 2025, 10:24

Paşinyan sülh sazişini onunla müzakirə etdi 

Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş katibi Antonio Quterreşlə görüşüb.Bu barədə Ermənistan hökuməti məlumat yayıb.Məlumata görə, tərəflər görüşdə avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasının əhəmiyyətini vurğulayıb, bunun Cənubi Qafqazda sabitliyin təmin olunmasına və regional əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

28 Sentyabr 2025, 11:26

İspaniya İsraildən raket almaqdan imtina etdi

İspaniya təxminən 825 milyon dollar dəyərində İsraildən raket buraxılış qurğularının alınması ilə bağlı müqavilədən rəsmən imtina edib.CityPost.az xarici mediaya istinadən xəbər  verir  ki,ləğv edilmiş müqaviləyə əsasən, Madrid Elbit Systems tərəfindən hazırlanmış İsrailin PULS platformasının uyğunlaşdırılmış versiyası olan 12 SILAM çoxsaylı buraxılış raket sistemi almağı planlaşdırırdı.Mənbələrin bildirdiyinə görə, hakimiyyət İsrailin silah və texnologiyasını silahlı qüvvələrdən tamamilə silmək məqsədi ilə müdafiə satınalmalarına genişmiqyaslı baxış keçirir.Bu həftə baş nazir Pedro Sanchez Qəzzadakı vəziyyətlə əlaqədar İsraili beynəlxalq idmandan uzaqlaşdırmağa çağırıb.Bundan əvvəl Sançes hökuməti Madridin Fələstin anklavında "soyqırım" adlandırdığı hadisəyə son qoymaq üçün tədbirləri açıqlamışdı.Yeganə...

16 Sentyabr 2025, 13:33

Belarusiyadan Rusiya ilə bağlı qərar

Lukaşenko Rusiya ilə bağlı fərman imzalayıb.CityPost.az    xəbər  verir   ki,  Belarus parlamentinin Nümayəndələr Palatası (aşağı palatası) respublika ilə Rusiya arasında vətəndaşların xarici dövlətlər və beynəlxalq ədliyyə orqanları tərəfindən əsassız təqiblərdən qarşılıqlı müdafiəsi tədbirləri haqqında sazişi ratifikasiya edib.Qeyd  olunur   ki,sənəd martın 13-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko arasında görüş  zamanı imzalanıb.Nigar

16 Sentyabr 2025, 12:52