Ərdoğan və Peskov Pekində türkcə danışıblar
Dünya 07 Sentyabr 2025, 16:32

994
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Dmitri Peskov Pekində türkcə danışıblar.
CityPost.az xəbər verir ki, onların dialoqunun kadrlarını Kremlin jurnalisti Pavel Zarubin dərc edib.
Kadrlarda Türkiyə liderinin Peskova yaxınlaşaraq türkcə işlərini soruşduğu görünür.
Kremlin rəsmi nümayəndəsi türk dilini mükəmməl bilir və 10 ilə yaxın Rusiyanın Türkiyədəki səfirliyində işləyib.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan media nümayəndələrinə bildirib ki, Çində rusiyalı həmkarı Vladimir Putinlə təmasları zamanı Alyaskada Amerika lideri Donald Trampla sammiti müzakirə edib.
Həmçinin oxuyun
Ərdoğan əlavə edib ki, Rusiya prezidentinin sammitdən hansı nəticələri və bu danışıqlarla bağlı fikirlərini təhlil ediblər.
Ərdoğan qeyd edib ki, Türkiyə tərəfi “Türkiyədə İstanbul prosesini davam etdirmək cəhdinin ola biləcəyini” bəyan edəndə Rusiya dövlətinin başçısı belə cavab verib: “Niyə də olmasın?”.
Sentyabrın 1-də Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında danışıqlar olub.Türkiyə liderinin ofisi bildirib ki, Ankara və Moskva ikitərəfli münasibətləri, regional gündəliyi, xüsusən də Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Nigar
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Rusiyanın bəzi yerlərində dərslər distant olacaq
Ukrayna Silahlı Qüvvələrinin hücumlarına görə Belqorod və Belqorod rayonundakı təhsil müəssisələri distant təhsilə keçib.CityoPost.az xəbər verir ki, bu barədə vilayət rəhbəri Vyaçeslav Qladkov özünün Teleqram kanalında məlumat verib."Sabah, cümə axşamı və cümə günü - Belqorod rayonunun və Belqorodun bütün təhsil müəssisələrində distant təhsil",deyə vilayət rəhbəri bildirib.Müşərrəf
10 Sentyabr 2025, 13:19

Trampın Avropaya Çağırışı: Çin və Hindistana 100% tariflər tətbiq edin
Financial Times-a (FT) üç məlumatlı mənbənin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp Rusiyanı Ukraynadakı müharibəni dayandırmağa məcbur etmək üçün Avropa İttifaqından Çin və Hindistandan gələn mallara Rusiya neftinin alınmasına görə rüsumları 100%-ə qaldırmağı tələb edib.CityPost.az xəbər verir ki, Ağ Ev rəhbəri tələbini ABŞ və Avropanın yüksək rütbəli rəsmilərinin Vaşinqtonda Moskvaya təzyiqlə bağlı birgə tədbirlərin müzakirə olunduğu görüşdə səsləndirib. FT-nin həmsöhbətlərindən birinin qeyd etdiyi kimi, ABŞ açıq şəkildə bildirdi ki, o da Rusiyanın enerji resurslarının alıcılarına 100% tariflər tətbiq etməyə hazırdır, lakin “yalnız avropalı tərəfdaşlarımız bizə dəstək verərsə”.Başqa bir ABŞ rəsmisi qeyd etdi ki, ABŞ Aİ-nin Çin və Hindistana tətbiq...
10 Sentyabr 2025, 11:13

Britaniya Avropanın Rusiya ilə döyüşmək istəyindən danışıb
"Politico" xəbər verir ki, Böyük Britaniyanın keçmiş Müdafiə Qərargah rəisi və Tony Blair adına Qlobal Dəyişiklik İnstitutunun strateji müşaviri Nik Karter deyib ki, Avropada Rusiya ilə mübarizə aparmaq üçün iradə və koordinasiya çatışmır.CityPost.az xəbər verir ki, General bildirib ki, müdafiə nazirləri, yüksək rütbəli hərbçilər və müdafiə sənayesi rəhbərləri sentyabrın 9-dan 12-dək Beynəlxalq Müdafiə və Təhlükəsizlik Avadanlıqları Sərgisində (DSEI) iştirak edəcəklər. Onun sözlərinə görə, tədbir “hərbi texnologiyanın gələcəyinə baxış” verəcək. Bununla belə, o, qeyd etdi ki, Avropa üçün əsl sınaq “nəzəriyyədə yenilik edə bilməyəcəyi deyil, praktikada kifayət qədər tez səfərbər olub-olmamasıdır”.Sentyabrın 2-də Rusiya prezidenti Vladimir Putin Moskvanın Avropaya hücum planları ilə...
10 Sentyabr 2025, 10:52

Nepal Prezidenti istefa verib
Nepal Prezidenti Ram Çandra Paudel istefa verib.CityPost.az xəbər verir ki, bu barədə Hindistan KİV-i məlumat yayıb.Məlumata görə, etirazçılar ölkənin "onların nəzarətinə keçdiyini" bəyan edib və seçkilərə hazırlığa başlamağa çağırıblar.
09 Sentyabr 2025, 16:24

Estoniya Rusiyaya nota verib
Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq ona Rusiya helikopterinin ölkənin hava məkanını pozması ilə bağlı rəsmi nota təqdim edib.Bu barədə qurumun saytında məlumat yerləşdirilib.Məlumatda qeyd edilib ki, sentyabrın 7-də Rusiyaya məxsus Mi-8 helikopteri Vaindloo adası yaxınlığında icazəsiz Estoniya hava məkanına daxil olub və təxminən 4 dəqiqə orada qalıb.Xarici işlər naziri Marqus Çakxnının sözlərinə görə, bu, daha bir ciddi və təəssüf doğuran hadisədir. Onun sözlərinə görə, bu, cari ildə il üçüncü pozuntudur....
08 Sentyabr 2025, 21:18

Polşa prokurorları ölkədə tapılan dronun təfərrüatlarını açıqlayıb
Polşa prokurorları ölkədə qəzaya uğrayan pilotsuz təyyarənin qalıqlarının üzərində kiril əlifbası ilə yazılmış yazılar aşkar ediblər. Bu barədə CityPost.az Zamość Rayon Prokurorluğuna istinadən məlumat yayıb.Departamentdən bildirilib ki, pilotsuz təyyarənin qalıqlarının aşkar olunduğu əraziyə baxış Tomaşov Lubelski Rayon Prokurorluğu və Zamość Rayon Prokurorluğunun prokurorları tərəfindən aparılıb.Açıqlamada qeyd edilib ki, “polistirol köpükə bənzər plastikdən hazırlanmış pilotsuz qurğunun qalıqlarında daxili yanma mühərriki ilə əlaqəli elektron sistemlər olub”.Bir gün əvvəl RMF FM, Polşanın şərqindəki Majdan Sielec kəndi yaxınlığında pilotsuz təyyarə ola biləcək naməlum obyektin düşdüyünü bildirmişdi. Yaşayış binalarından 500 metr aralıda yerə düşüb.Respublikanın Milli Müdafiə Nazirliyinin nümayəndəsi Yanuş Seymiej bildirib ki, obyekt “heç bir...
07 Sentyabr 2025, 20:55