Bizə yazın

Baku

-°C

USD

-

Qış Olimpiadasında buz üzərində TƏHLÜKƏLİ AN

Dünya 11 Fevral 2026, 16:01

1317

2026-cı il Qış Olimpiya Oyunlarında kanadalı buz rəqqasları Piper Gilles və Pol Puarye çıxış zamanı xoşagəlməz an yaşayıblar. Ritim rəqsi proqramı zamanı Puaryenin qolundakı manjet dönüş əsnasında Gillesin kolqotkasına ilişib.

Citypost.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə geyimin buz üzərinə düşməsi halında Beynəlxalq Konkisürmə İttifaqının (ISU) qaydalarına əsasən 1,0 xal cərimə ilə nəticələnə bilərdi. Lakin Piper Gilles cəld reaksiya göstərərək manjeti tutub arxasında gizlədib və çıxışı fasiləsiz davam etdirib. Beləliklə, cütlük mümkün cəzadan yayınıb.

Gilles və Puarye 86,18 xal toplayaraq ritim rəqsi mərhələsini üçüncü sırada başa vurublar və medal uğrunda iddialarını qoruyublar. Təcrübəli cütlük daha əvvəl dünya çempionatlarında mükafatçılar sırasında yer alıb və bir neçə Olimpiadada iştirak edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Wizz Air" İsrailə uçuşları yenidən dayandırır 

Macarıstanın "Wizz Air" aviaşirkəti İsrailə uçuşları dayandırır."Report" xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.Portalın məlumatına görə, uçuşların dayandırılması aprelin 25-dən Təl-Əviv reyslərinə bilet satışının mərhələli şəkildə bərpa ediləcəyi barədə məlumat açıqlandıqdan dörd gün sonra elan edilib.Qeyd olunur ki, uçuşlar mayın 4-dək dayandırılıb.Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.İran, ABŞ və onların...

14 Aprel 2026, 10:46

Tramp: İran tərəfi zəng edərək razılaşma əldə olunmasını istəyir 

“İran tərəfi zəng edərək razılaşma əldə olunmasını istəyir”.Citypost.az  xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.Tramp əlavə edib ki, Hörmüz boğazının blokadaya alınmasında məqsəd İranı danışıqlara qaytarmaq və dünya bazarlarında enerji daşıyıcılarının qiymətinin düşməsinə nail olmaqdır.

13 Aprel 2026, 22:23

Türkiyədə 4 maqnitudalı zəlzələ olub 

Türkiyənin Ərzincan vilayətində 4 maqnitudalı zəlzələ olub.Bu barədə AFAD (Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi) məlumat yayıb.Qeyd olunub ki, yeraltı təkan yerli vaxtla 19:15-də Kemah rayonunda baş verib.Zəlzələ ocağının dərinliyi 7,12 kilometrdir.

13 Aprel 2026, 20:43

İranda Hörmüz boğazının blokadası fonunda maksimum döyüş hazırlığı bəyan edilib 

ABŞ-nin Hörmüz boğazını blokadaya alması fonunda İran "maksimum döyüş hazırlığı" vəziyyətindədir.Bu barədə İranın müdafiə nazirinin səlahiyyətlərini icra edən Məcid ibn əl-Rza bildirib.Onun sözlərinə görə, ölkə istənilən ssenariyə hazırdır və ona qarşı təcavüz törədənlər sərt və qətiyyətli cavab alacaq.Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Hörmüz boğazındakı blokadasından yan keçməyə cəhd edən bütün İran gəmilərini məhv etməklə hədələyib.

13 Aprel 2026, 20:10

Dağıstanda leysandan sonra 500-dən çox insan müvəqqəti yerləşdirmə məntəqələrində qalır 

Dağıstanda (Rusiya) subasmalarından sonra 500-dən çox insan müvəqqəti yerləşdirmə məntəqələrində qalmaqdadır.Citypost.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib."Dağıstanın yeddi yaşayış məntəqəsində 500-dən çox yaşayış evi su basmış vəziyyətdə qalmaqdadır. Müvəqqəti yerləşdirmə məntəqələrində 544 nəfər, o cümlədən 182 uşaq yaşayır", - qeyd olunub.Dağıstanın zərər çəkmiş rayonlarında bərpa işləri və sanitar təmizləmə davam etdirilir. Dərbənd rayonuna FHN-in Don xilasetmə mərkəzinin 100 xilasedicisi və 30 ədəd texnikası cəlb olunub....

13 Aprel 2026, 17:22

"Zayed İnsan Qardaşlığı Mükafatı" yeni laureatlar üçün müraciətlərin qəbuluna başlayıb

"Zayed İnsan Qardaşlığı Mükafatı" yeni laureatların axtarışı üçün müraciətlərin qəbuluna başlandığını elan edib.Bu barədə "Report" mükafatın rəsmi saytına istinadən xəbər verir."Bu müstəqil beynəlxalq mükafatın səkkizinci təqdimetmə mərasimi üçün müraciətlərin qəbuluna başlanılması onun bəşəriyyətə xidmət edən və dünyada insan qardaşlığı dəyərlərini təşviq edən mühüm humanitar təşəbbüslərin aşkarlanması və tanınması missiyasının davamını əks etdirir", - "Zayed İnsan Qardaşlığı Mükafatı"nın baş katibi Məhəmməd Əbdülsalam bildirib.O əlavə edib ki, bu mükafat tarixi İnsan Qardaşlığı Sənədinin prinsiplərini dünya üzrə cəmiyyətlərdə davamlı effekt yaradan praktik proqramlara çevirən və əhəmiyyətli təsirə malik olan təşəbbüsləri dəstəkləməyə davam edir:"Biz bu il bütün dünyada insan qardaşlığı dəyərlərinin təşviqinə əhəmiyyətli töhfə...

13 Aprel 2026, 17:17