Stalinin yaratdığı “cəhənnəm adası”nın şahidi:Qadınları ağaca bağlayıb...
Maraqlı 21 Aprel 2026, 10:34
762
Stalinin yaratdığı “cəhənnəm adası”nın şahidi: Qadınları ağaca bağlayıb, diri-diri doğrayırdılar, bişirib yeyirdilər.
Nazino adası... Xəritədə adı belə göstərilsə də, ada daha çox “Ölüm adası” və yaxud “Adamyeyənlər adası” kimi yadda qalıb.
Tomsk vilayətinin Aleksandrov rayonunun Nazino kəndi yaxınlığında yerləşən eyniadlı adada ağlasığmaz dəhşətli hadisələr yşanıb, “humanist” sovet dövlətinin bu məkanda törətdiyi vəhşiliklərə təkcə SSRİ tarixində deyil, heç dünya tarixində də rast gəlinməyib.
1930-cu illərin əvvəllərində SSRİ-də pasport sistemi bərpa olunduqdan sonra, pasport rejimini pozanlara qarşı ciddi mübarizə kampaniyası başlanıb və bu, çoxsaylı həbslərlə nəticələnib.
Kampaniyanın əsas məqsədi pasport rejimini pozanların, həbs olunanların hesabına Sibirdə əhalinin sayını artıqmaq, 3 milyona çatdırmaq, sürgünə göndərilənlərin “vəzifəsi” isə istifadəsiz qalan torpaqları yararlı vəziyyətə gətirmək, əhalinin seyrək məskunlaşdığı ərazilərdə qəsəbələr salmaq, isrehsal sahələri yaratmaq olub.
Bu kampaniya zamanı 1933-cü ilin may ayında Moskva və Leninqraddan 6144 nəfər Nazino adasına sürgün edilib. Nadir hallarda insan ayağı dəyən, heç bir həyat işartısı, minimum yaşayış şəraiti olmayan adada insanların həyatı sözün əsl mənasında, cəhənnəmə çevrilib.
Adaya göndərilən adamlara özlərinə kiçik bir daxma düzəltmək üçün heç bir alət verilməyib.
Sürgünün ilk iki-üç günü hava günəşli keçsə də, sonradan Sibirin sərt təbiəti özünü göstərməyə başlayıb.
May ayı olmasına baxmayaraq, küləkli hava şəraitində yağan yağış qara çevrilib. Əl gücünə düzəldilən komalar sərt küləyə tab gətirməyib.
Digər bir tərəfdən isə aclığın olması elə ilk günlərdən adada olan insanların arasında kütləvi xəstəliyə səbəb olub.
Ada sakinlərinə gün ərzində bir dəfə bir ovuc kəpək, bir ovuc un verilib. Bəziləri hədsiz aclıqdan verilənləri suya qatmadan yeyərkən boğularaq ölüb.
Xəstəlik, halsızlıq o səviyyəyə çatıb ki, çoxları gecələr yandırdıqları tonqalların ətrafında huşlarını itirirərək yanıblar.
Cəmisi 3-4 gün ərzində dözülməz şəraitdən 300 nəfər həyatını itirib.
Adadan qaçmağa cəhd edənlər də az olmayıb.
Ada ilə Nazino kəndi arasında məsafənin az olması üzüb sahilə keçməyə imkan versə də, silahlı mühafizəçilər buna imkan verməyib. Qaçmağa cəhd edənlər dərhal yerindəcə güllələniblər.
Nazinoda ot, yarpaq, yosun, çürüyərək yumşalan ağac qabığı yemək adi hala çevrilib.
Amma bu da insanların aclığının qarşısını ala bilməyib. İnsanlıq cildindən çıxan adamlar daha dəhşətli vasitələrə əl atıblar, adam ətinə tamah güclənib.
Əvvəllər kimisə öldürüb, ətini yemək adanın görünməyən yerlərində baş verib.
Çox keçməmiş haniballıq da adi hala çevrilib. İlk vaxtlarda ölənlərin əti yeyilib. Sonralar isə adamlar bir-birlərini öldürüblər ki, ətinə sahib olsunlar.
Nazino kəndinin sakini Mariya Panova sonralar jurnalistlərə adada baş verən dəhşətlər haqqında danışıb:
“Kəndlə adanın arasında məsafə çox az idi. Kəndin mal-qarası orada biçilən otu yemək üçün üzərək adaya keçirdi.
Biz orada baş verənləri gündüzlər aydın görürdük. Yaşanan dəhşətlər də artıq bizim üçün adiləşmişdi.
Mən çox hadisələrin şahidi olmuşam. O da yadımdadır ki, hərdən qadınlardan birini lüt soyundurub, ağaca bağlayırdılar, diri-diri döşünü, yumşaq yerlərini kəsib, tonqalda qızardıb, iştahla yeyirdilər. Çox vaxt “ət” bölgüsündə dava düşürdü. Vəhşilik o dərəcəyə çatmışdı ki, ölü ətindən imtina olunurdu, diri ət uğrunda mübarizə gedirdi...”
Nazino adasına ayda bir-iki dəfə Tomsk vilayətinin rəhbərləri formal yoxlamalara da gəliblər. Onlar adada qayda-qanunu pozanları sorğu-suala tutublar.
Arxivdə qorunmuş həmin sorğu protokollarından birində aşağıdakılar qeyd olunub:
- Vətəndaş Qvozdev, bizdə olan məlumata görə, siz ölənlərin və xəstələrin dişlərini çıxarırsınız. Bu, doğrudurmu?
- Bəli, sizə düzgün məlumat verilib.
- Nəyə görə bunu edirsiniz?
- Mən hamının dişini çıxarmıram, yalnız qızıl dişi olanlar mənə lazımdır.
- Qızıl sizin nəyinizə lazımdır?
- Mən onları gizli yolla kəndə göndərirəm. Əvəzində tütün və tütünü bükmək üçün kağız alıram. Axı mən tütün çəkmək istəyirəm və mənim kimi çoxları da bunu istəyir. Mən aldığım tütündən yoldaşlarıma da verirəm.
- Nə qədər diş çəkmisiniz?
- Nə qədər lazımdırsa, o qədər...
Daha bir protokolda isə Uqlov suallara cavab verib:
- Vətəndaş Uqlov, bu, doğrudurmu ki, siz adam əti yeyirsiniz?
- Xeyr, bu, doğru deyil. Mən adam əti yeyə bilmirəm. Mən yalnız adamın ciyərini və ürəyini yeyirəm.
- Siz bunu necə edirsiniz?
- Burada çətin nə var ki? Ağacdan şiş düzəltmişəm. Ürəyi və ciyəri kiçik hissələrə bölürəm, şişə taxıb, odun üstünə qoyuram. Siz heç vaxt “şaşlık” yeməmisiniz?
- Bəs siz kimin ürəyindən, ciyərindən istifadə etmisiniz? Sağ adamların, yoxsa ölənlrin?
- Ölənlərlə işim olmayıb. O adamların ki, bir neçə günə öləcəyini bilmişəm. Əzabı çox olmasın deyə, özüm öldürüb, içalatını isti-isti çıxarmışam...
Nazino adasında baş verənlər tam məxfi saxlanılıb. Ada yaxınlığındakı eyniadlı kənddə hadisələrin şahidi olanlara danışmamaları ilə bağlı ciddi xəbərdarlıq olunub.
Yalnız 1980-ci illərin sonunda Nazino dəhşətləri haqqında ictimaiyyətə məlumat verilib.
Qeyd edək ki, Stalinin Nazino adası ilə bağlı gözləntiləri heç bir nəticə verməyib. Adaya göndərilənlərin işçi qüvvəsi kimi istifadə edilməsi mümkün olmayıb.
Çünki 13 ay ərzində adaya sürgün olunan 6144 nəfərin 4 mini aclıqdan və xəstəlikdən ölüb. 750 nəfəri qaçmağa cəhd edərkən güllələnib. Qalanları isə ağır xəstəliklər nəticəsində əlil və şikəst olublar.
İlham Cəmiloğlu.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Olimpiya gimnastikasını dəyişən və sonradan qadağan edilən hərəkət
1972-ci ildə Münhen Olimpiya Oyunlarında Sovet İttifaqını təmsil edən gimnast Olqa Korbut dünya idman tarixində böyük səs-küyə səbəb olan çıxışı ilə yadda qaldı.Citypost.az xəbər verir ki, 17 yaşlı idmançı asimmetrik turniklərdə icra etdiyi və sonradan “Korbut salto” kimi tanınan təhlükəli geriyə salto hərəkəti ilə tamaşaçıları heyrətləndirdi. Bu element o dövr üçün tamamilə yeni və son dərəcə riskli sayılırdı.Korbutun çıxışı gimnastikanın estetik və texniki inkişafına böyük təsir göstərsə də, hərəkətin yüksək risk dərəcəsi səbəbindən sonradan beynəlxalq gimnastika qaydalarında qadağan edildiyi bildirilir.Olqa Korbut ümumilikdə Olimpiya Oyunlarında 4 medal (2 qızıl, 2 gümüş) qazanıb və ikiqat dünya çempionu kimi idman tarixində xüsusi yer...
23 Aprel 2026, 11:15
Sittüş-Şam Xədicə xanım: Səlahəddin Əyyubinin bacısı, yoxsa arvadı?
Son günlər sosial mediada və bəzi tarixi məqalələrdə Xədicə (Sittüş-Şam) xanımın Səlahəddin Əyyubinin həyat yoldaşı kimi təqdim edilməsi yayılıb. Bu, ciddi tarixi yanlışlıqdır. Xədicə xanım Səlahəddinin arvadı deyil, doğma bacısı idi.Bəlkə də bu qarışıqlıq ondan qaynaqlanır ki, Sittüş-Şam dövlət işlərində o qədər nüfuzlu və güclü olub ki, insanlar onu sultanın xanımı zənn ediblər. Halbuki o, Səlahəddinin ən çox hörmət etdiyi, ən çətin anlarda – istər daxili çəkişmələr, istərsə də Səlib yürüşləri zamanı – məsləhətləşdiyi bacısı idi.Səlahəddinin ən məşhur həyat yoldaşı isə İsməddin Xatun (Nurəddin Zənginin dul xanımı) olub. İsməddin Xatun da xeyriyyəçiliyi ilə tanındığından, bəzən xalq arasında bu iki böyük...
23 Aprel 2026, 10:27
Sükanı 9 və 3 qaydası niyə vacibdir?
Sükanı 9 və 3 istiqamətində tutmağın səbəbləri və təhlükəsiz sürücülük prinsipiCitypost.az-ın məlumatına görə, Sürücülük üzrə mütəxəssislərin izahına görə, sükanın “9 və 3” (saat analoqu ilə) vəziyyətində tutulması həm idarəetmə, həm də təhlükəsizlik baxımından ən düzgün üsullardan biridir.Əvvəla, bu mövqe sükanın daha rahat və balanslı şəkildə idarə olunmasına imkan yaradır. Sürücü sükanı çevirməyi daha tez və nəzarətli şəkildə həyata keçirə bilir.İkinci mühüm səbəb təhlükəsizlik elementləri ilə bağlıdır. Müasir avtomobillərdə hava yastığı (airbag) sistemləri sükanın mərkəzində yerləşir və qəza zamanı yüksək sürətlə açılır. Yanlış əl mövqeyi, xüsusilə sükanın yuxarı hissəsində tutulması, açılan hava yastığının zərbəsini birbaşa qollara və üz nahiyəsinə yönəldə bilər...
22 Aprel 2026, 11:12
“Vəhşi at effekti” nədir? – psixologiyada emosional reaksiyaların rolu
Psixologiyada “vəhşi at effekti” adlandırılan yanaşma insanın hadisəyə verdiyi emosional reaksiyanın problemin özündən daha təhlükəli ola biləcəyini izah edən metaforik anlayışdır.Citypost.az xəbər verir ki, bu modeldə əsas fikir ondan ibarətdir ki, kiçik bir problem təkbaşına ciddi nəticə yaratmaya bilər, lakin insanın ona göstərdiyi güclü emosional reaksiya vəziyyəti daha da ağırlaşdıra bilər. Yəni əsl risk hadisənin özü deyil, onun yaratdığı daxili gərginlik və idarə olunmayan emosiyalardır.Psixoloqlar bildirirlər ki, bu hal gündəlik həyatda stress, qəzəb və narahatlıq kimi emosiyaların düzgün idarə olunmaması ilə özünü göstərir. İnsan hadisəyə nə qədər impulsiv reaksiya verirsə, psixoloji yüklənmə də bir o qədər artır.Mütəxəssislərə görə, emosional yetkinlik...
22 Aprel 2026, 10:53
Beriyanı saymayan, Xruşovun qəzəbinə gələn birinci katib
Mikoyanla quda olan, Beriyanı saymayan, Xruşovun qəzəbinə gələn birinci katib – Arutinovun qara taleyi.1937-ci ilin sentyabr ayında Ermənistanın birinci katibi Amatuni Vardapetyan və müttəfiq respublikanın digər vəzifəli şəxsləri antisovet fəaliyyətdə, terror təşkilatlarının yaradılmasında ittiham olunaraq həbs ediləndə, İosif Stalinin göstərişi ilə bölgədə vəziyyəti sabitləşdirmək üçün Georgi Malenkov və Anastas Mikoyan İrəvana ezam olunublar. Ermənistana yeni birinci katibin təyinatı ilə bağlı müzakirələr aparılanda, Stalin həmin şəxsin daxildən yox, kənardan gətirilməsini məqsədəuyğun sayıb.Lavrenti Beriya bu vəzifəyə Tiflis şəhər Partiya Komitəsinin birinci katibi, 37 yaşlı Qriqori Arutinovu təklif edib, Stalin bu təkliflə razılaşıb. Həm Mikoyan, həm də Beriya Arutinovu yaxından tanıyıblar.Beləliklə, Ermənistana yola düşən...
22 Aprel 2026, 10:31
Xanım titulunun yaranması - Zaur Əliyev yazır...
Xanım titulunun yaranması Bu titulun ilk dəfə Çingiz xan tərəfindən sevdiyi və ilk həyat yoldaşı Börtə ilə bağlı olduğu iddia edirlər. Əslində isə Xanım-Xatun- titulu onun digər həyat yoldaşı Xulan ilə bağlı olub. İndi isə ətraflı :1184-cü ildə Çingiz xanın ailəsinin düşməni olan merkitlə gənc xanımı Börtəni, o hələ yeni evləndiyi bir vaxtda qaçırmışdılar. Merkitlər tərəfindən bu, sadəcə gecikmiş bir qisas idi. Çünki vaxtilə Temuçinin atası Yesugey də eyni addımı atmışdı – o, Çingiz xanın anası Olunu öz nişanlısı, tanınmış merkit döyüşçüsü Çiledunun yanına gedərkən yoldaca qaçırmışdı.Çingiz xan dostu, qan qardaşı Camuxa ilə birləşib sevdiyi qadını xilas edir, lakin o gündən merkitlər...
20 Aprel 2026, 11:05