Bizə yazın

Baku

-°C

USD

-

Adına bənzəyən ADAM...  Elman Eldaroğlu yazır...

Söz adamı 21 Aprel 2026, 11:20

1824

Eldəniz adı Azərbaycan türk mənşəli kişi adıdır. Bu ad, XII əsrdə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin adı ilə məşhurlaşıb. Mənası "xalqın dənizi", "ölkənin dənizi", "dəniz hökmdarı" və ya "dəniz kimi nəhəng, qüdrətli hökmdar" deməkdir. Bəli, Eldəniz adı, xalqın və ya ölkənin dəniz kimi sonsuz və qüdrətli dayağı mənasında nəcib bir ad hesab olunur...

Uzun müddətdir ki, onu "Facebook" sosial platformasından izləyirəm. Cəsarətli paylaşmaları ilə yaddaşıma həkk olub. Cəmiyyətin problemlərinə biganə qala bilmir, tənqid edir, düz yol göstərmək üçün səsini ucaldır. Əsl ziyalıdır. Siz elə bilirsiniz ki, belə ziyalılarımız çoxdur? Əsla! Kimisi gödəninə, kimisi vəzifəsinə, kimisi balalarına, kimisi abırına, kimisi də, nə bilim nəyə görəsə susanda, onun səsi heç vaxt kəsilmir. Deyir, həm də düzü, haqqı deyir...

Şəxsi həyatda necə olduğunu bilmirəm. Yoldaşlığından, dostluğundan, davranışından, insan kimi xarakterindən və eləcə də şəxsi göstəricilərindən xəbərsizəm. Amma yaxşı bilirəm ki, adına bənzəyən kişilərdəndir...

Bəli, necə deyərlər- Adı gözəl, özü gözəl Eldəniz müəllimin aprelin 20-si 74 yaşı tamam olur. Bir halda təbrik etdiyim adamların yaşını mələklərin numerologiya sistemiylə təhlil etməyi adət etmişəm, qoy elə Eldəniz müəllimin qovuşacağı 74 rəqəmi barəsində də bildiklərimi xırdalayım. 

74 rəqəmi müxtəlif kontekstlərdə, xüsusilə numerologiya və mənəviyyat baxımından fərqli mənalar daşıyır. Məsələn, 74 rəqəmi mələklərin sistemində mənəvi uğurların bir işarəsi kimi qəbul olunur. Bu, insanın çətinliklərə baxmayaraq daxili gücə sahibləndiyini və doğru yolda olduğunu xatırladır. Bir sözlə, 74 rəqəmi əsasən daxili gücün, mənəvi dəstəyin və bəzən də çətinliklərin işarəsi kimi qəbul edilir...

Bəlkə də özü də bilmir, Eldəniz Quliyev bazar günü dünyaya gəlib.  Ruslar həmin günü "voskreseniye" adlandırırlar. Mənası zühr etmək, yenidən dünyaya gəlmək, deməkdir. Ümumiyyətlə, bazar günü doğulanlar yaradıcı, enerjili və optimist xüsusiyyətləri ilə seçilirlər. Azadlığa düşkün, macəra axtaran və güclü liderlik keyfiyyətlərinə sahib olurlar. İntuitiv və şəfqətli olmaqla yanaşı, tez-tez cəmiyyətdə tanınan və uğurlu şəxsiyyətlər kimi formalaşırlar. Və bu adamlar Günəşin təsiri altında olduqları üçün yüksək enerji və yaradıcı potensiala malikdirlər. Həyata müsbət baxırlar və çətinliklərdən tez çıxmağı bacarırlar. İnsanları idarə etmək və təşkilatçılıq qabiliyyətləri güclüdür. İntuitivdirlər və başqalarının hisslərini asanlıqla anlayırlar, bu da onları yaxşı dost olmaqlarına şərait yaradır...

Xülasə, baməzə, yumor hissi güclü olan, həqiqəti dilə gətirməyə cəsarəti çatan, adına layiq bu gözəl insanı ad günü münasibətilə təbrik edirəm...

Elman Eldaroğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

SABİR RÜSTƏMXANLI: DƏYİŞMƏZ VƏ ƏBƏDİ ÜNVANIMIZ — Sabir Abdin YAZIR 

Əslində Sabir Rüstəmxanlı dünyaya göz açdığı, çırağı haqdan yanan o balaca qartal yuvası ev, ocaq, böyüdüyü, qol-qanad açdığı kənd, o taylı, bu taylı böyük Azərbaycan, qüdrətli, nəhəng Türk dünyası və nəhayət,  ucsuz-bucaqsız kainatımızın özü boyda bir coğrafiyadır, silinməz, bölünməz bir xəritədir, yeriyən, yürüyən Vətəndir.Sabir Rüstəmxanlı əbədidir.Biz Sabir bəyin bənzərsiz, dillər əzbəri olan şeirləriylə, sözlərinə yazılmış nəğmələrlə  böyümüşük, pərvazlanmışıq, o uzaq dağ kəndlərindən bu adın, bu odun işığını tutub gəlmişik. Sabir Rüstəmxanlının bənzərsiz yaradıcılığı, şəxsiyyəti, Azərbaycan uğrunda mübarizə dolu həyatı gəncliyimiz üçün, şəxsən mənim üçün nümunə olmuşdur.Yaxşı yadımdadır, ağır və təlatümlü 90-cı illərin əvvəllərində Kürdəmir rayon prokurorluğunda çalışırdım.  Bir nəfər barəsində aparılan...

20 May 2026, 11:53

Fatimə Novruzova: “Yalan insanı öz həqiqətindən uzaqlaşdırır”

İnsan həyatda çox seçimlərlə qarşılaşır. Bu seçimlərdən ən önəmlilərindən biri isə doğru ilə yalan arasında edilən seçimdir. Bəzən bir söz insanın taleyini dəyişə, bir həqiqət münasibətləri qoruya, bir yalan isə illərlə qurulan etibarı məhv edə bilər. Müasir dövrdə insanlar çox zaman həqiqəti gizlətməyi çıxış yolu hesab etsələr də, dürüstlük hər zaman insanın mənəvi dəyərini müəyyən edən əsas xüsusiyyətlərdən biri olaraq qalır. Mənim fikrimcə, yalan yalnız başqasını aldatmaq deyil, həm də insanın öz vicdanına qarşı etdiyi ən böyük haqsızlıqdır. Məhz buna görə “Yalan mənim üçün nədir?” sualı mənim daxili dünyamda xüsusi məna daşıyır.Citypost.az xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin...

19 May 2026, 10:21

O, rəhbər olmaq üçün doğulub...  Elman Eldaroğlu yazır...

"Yardımlı Xeyriyyə Cəmiyyəti"nə rəhbərlik etdiyim vaxtlarda Yardımlı rayon Mərkəzi Xəstəxanasında çox olmuşam. Həmin vaxtlar hər il ramazan bayramında oraya həkim briqadaları apararaq cərrahiyyə əməliyyatlarına, müxtəlif xəstəliklərdən əziyyət çəkən onlarla yerli sakinin təmənasız şəfa tapmasında vasitəçi olmuşam. Onda mərkəzi xəstəxananın baş həkimi, hörmətli eloğlum Rasim Əkbərov, direktoru isə Mir Əbülfəz ağa idi. Haqqında söhbət açmaq istədiyim Ravil Qənbərov ilə isə tanışlığım olmayıb. Buna baxmayaraq, 2025-ci ildə Yardımlı rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilən Ravil bəy haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Axı, mayın 14-ü Ravil Qənbərovun ad günüdür. Gənclərə diqqət göstərmək biz yaşlı nəslin borcudur...Ravil bəy 1988-ci ilin may ayına düşən şənbə...

14 May 2026, 08:56

Ağrı və iradənin dialoqu. Şəmsi Qoca yazır...

Gecənin ən qatı sükutunda, saatın əqrəbləri "üç"ün üzərində donub qalanda, otağın küncündə iki kölgə üz-üzə gəldi. Biri ağır, boğucu və amansız idi – Ağrı. Digəri isə yorğun, amma gözlərində sönməz bir atəş daşıyan İradə.Ağrı qəddar bir gülümsəmə ilə pıçıldadı:— "Hələ də yorulmadınmı? Artıq bir il yarımdır ki, mən sənin bədənində hər hüceyrəyə bir zəncir vurmuşam. Gecələrini yuxusuzluğa, gündüzlərini isə mənə məhkum etmişəm. Niyə hələ də o qələmi əlindən yerə qoymursan? Görürsən ki, mən hər gün bir az daha böyüyürəm, sən isə hər gün bir az daha kiçilirsən."İradə sakit, amma sarsılmaz bir səslə cavab verdi:— "Sən mənim bədənimi zəncirləyə bilərsən, amma...

11 May 2026, 12:29

Bolşeviklər Gəncə üsyanından sonra Bülbülü niyə öldürmədilər ?  Zaur Əliyev yazır...

Bülbül – Murtuza Məşədi Rza oğlu 1897-ci ildə Şuşada anadan olmuşdur. 1914-cü ildə Bülbül Gəncəyə köçür və Gəncə həyatı onun müğənnilik həyatında böyük rol oynayır. O, ilk dəfə Gəncədə böyük sənətkar Cəmil Əmirovun “Seyfəlmülk ” adlı opera tamaşasında çıxış edir. Murtuza Məmmədov "Bülbül" adını Gəncədə alıb. Cavad Xanın nəvəsi Şirinbəyim xanım Ziydxanlı o adı verib.1920-ci ildə 28 mayı Gəncədə böyük coşğu ilə keçirildiyi zaman orda mahnı ifa edir. Belində silahla  Bülbül Azərbaycan himnin ifa edir. Qeyd edim ki, Nuru Paşanın rəhbərliyi ilə Türk ordusu Bakını azad etməyə gələndə, Bülbül onları "Azərbaycan marşı" və milli mahnılarla qarşılayan  şəxslərdən biri idi.  Rusların Gəncəni bombalaması,...

11 May 2026, 12:07

Əhmədağa Muğanlınin 100 illiyi: “İllər keçəcək, onu filmləri yaşadacaq”

Bu gün Əhmədağa Muğanlının 100 illiyidir…“Kaş oğlu Araz Qurbanov atasının 100 illiyi ilə bağlı hər hansı bir tədbir keçirib, oxucularını dəvət edəydi. Heç olmazsa, mərasim evlərinin birində ehsan süfrəsi açıb, Əhmədağasevərləri bir araya gətirəydi…”XX əsr Azərbaycan ədəbiyyatının tərəqqi dövrü olub. Sözsüz ki, həmin dövr ədəbiyyatımıza çox böyük şəxsiyyətlər bəxş edib. Onlardan Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundovun, Məmməd Səid Ordubadinin, Mehdi Hüseynin, Mirzə İbrahimovun, Süleyman Rüstəmin, Əliağa Vahidin, Səməd Vurğunun, Məmməd Arazın, İlyas Əfəndiyevin, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Musa Yaqubun, Əhmədağa Muğanlının və s. yazarlarımızın adlarını çəkə bilərik...Bildiyiniz kimi “Atları yəhərləyin” filmi Süleyman Rüstəmin “Qaçaq Nəbi” mənzum pyesinin...

11 May 2026, 11:50