Paytaxtın bir neçə küçə və prospektində təmir-bərpa işləri yekunlaşıb
Cəmiyyət 21 Aprel 2026, 10:00
526
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə aparılan təxirəsalınmaz təmir-bərpa işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Citypost.az-a bildirilib ki, gündəlik həyata minimum maneə yaratmaq üçün işlər əsasən istirahət günlərində həyata keçirilib. Layihələrin vaxtında başa çatdırılması məqsədilə həftəsonları 24 saat fasiləsiz iş rejimi təşkil olunub.
Qeyd olunub ki, təmir prosesi zamanı nəqliyyatın hərəkətinə minimum təsirin göstərilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Görülən işlər nəticəsində paytaxtın 4 ərazisində təmir-bərpa işləri uğurla yekunlaşdırılıb. Bunlar aşağıdakılardır:
R.Behbudov küçəsi (Ş. Bədəlbəyli küçəsindən A. A. Bakıxanov küçəsinə qədər olan hissə);
Z.Bünyadov prospekti (M. Nərimanov küçəsindən X. R. Ulutürk küçəsinə qədər);
Həmçinin oxuyun
A.M.Şərifzadə küçəsi (Ə.Əhmədov küçəsindən A.Abbasov küçəsinə qədər olan hissə);
Bakı Dairəvi yolundan “Meyvəli Ticarət Mərkəzi”nə gedən yol.
Agentlikdən vurğulanıb ki, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər mərhələli şəkildə davam etdiriləcək.
AAYDA vətəndaşların rahat hərəkətini təmin etmək üçün fəaliyyətini fasiləsiz davam etdirir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kənar dairəvi yolda qəza olub
Paytaxtın Yasamal rayonunda, Kənar dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Əraziyə FHN-in Bakı Regional Mərkəzin xilasediciləri cəlb edilib.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Toyota" markalı minik avtomobilinin hərəkətdə olan “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.Xilasedicilər tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri almış üç nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti...
21 Aprel 2026, 11:49
Tik-Tok-un "ba(ə)laları — Ramidə Allahverdiyeva YAZIR
Cəmiyyətin bir qismi iyrənc forma alıb və acınacaqlı istiqamətə yönəlib. Sanki dəb halını almış sosial şəbəkə "aşiqləri" ən aktual platforma olan Tik-Tok-la yaşayır. Müxtəlif zümrələri əhatə edən insanlar daha asand qazanc mənbəyi kimi hər cür variantlardan istifadə edirlər. Nəticə etibarilə, bu insanların bəziləri geni dəyişdirilmiş məhsula çevrilir. Kişilər nazlanır, qadınlar isə daha vəhşi, barbar görkəm alır. Süni qalmaqallar, qaraqışqırıqlar, sinəsini cırıb, ətəyini qaldıran fenomenlər bəzən "ulduza" çevrilərək halaldır alqışı da alır. 1,2 manat üçün dilənçi görkəmi alanlar hətta, böyük məbləğdə pullar da qazanır. Odur ki, gecə-gündüz sosial şəbəkələrdə yatıb-duranlar cəmiyyətin bir qismi arasında marağa səbəb olaraq daha cəlbedici xarakter alır. Yəni, gənc...
21 Aprel 2026, 11:48
Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib
Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Citypost.az bildirilib ki, iclasda Baş Prokurorluğun sorğusu əsasında Konstitusiyanın 76-cı maddəsinin I hissəsi baxımından Cinayət Məcəlləsinin 321-ci maddəsinin (Hərbi xidmət keçməkdən boyun qaçırma) “Qeyd” hissəsinin həmin Məcəllənin 321.1-ci maddəsi (Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma), İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi və 606-cı maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi, habelə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 45-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim X.Vəliyevin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli...
21 Aprel 2026, 11:39
Vüsal Məmmədov: “Süni intellektlə yaradılan görüntülər faydasızdır”
Jurnalist Vüsal Məmmədov süni intellektin imkanları ilə bağlı diqqətçəkən açıqlama ilə çıxış edib.Citypost.az xəbər verir ki, jurnalist xüsusilə şəkil və video generasiyası sahəsinin cəmiyyət üçün real fayda yaratmadığını vurğulayıb.Süni intellektin bəşəriyyətə töhfə verə biləcəyi çoxsaylı istiqamətlər mövcud olsa da, vizual kontent istehsalının bu siyahıya daxil edilməsi mübahisəlidir.Jurnalistin sözlərinə görə, texnologiyanın milyardlarla görüntü yaratmaq qabiliyyəti onun mahiyyətini dəyişmir: “Süni intellekt milyardlarla şəkil və video düzəltsə də, insanlığa bir damcı fayda verəsi deyil. Tutaq ki, lap ideal keyfiyyətə çatdı. Nə olsun? Yalanın idealı doğru olur bəyəm?!”V. Məmmədov hesab edir ki, bu sahədə yaranan “eyforiya” müvəqqətidir və zamanla cəmiyyət daha real və faydalı...
21 Aprel 2026, 11:15
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb
Hava şəraiti ilə əlaqədar Bakının Zığ dairəsi-Hava Limanı yolunda 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
21 Aprel 2026, 11:08
Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti iclası keçirilir
Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti plenar iclası keçirilir.Citypost.az xəbər verir ki, parlamentin plenar iclasının gündəliyinə aşağıdakı məsələlər daxildir:1. Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı.2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).Ətraflı4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).5. “Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi...
21 Aprel 2026, 11:05