Bizə yazın

Baku

-°C

USD

-

Paşinyan: Erməni kilsəsinin sağalması üçün islahata ehtiyacı var 

Dünya 21 Aprel 2026, 17:55

393

Erməni kilsəsi yoluxub və onun sağalması üçün islahata ehtiyacı var.

Citypost.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook”da seçki proqramı ilə bağlı videomüraciətində bildirib.

“Dəyərlərə əsaslanan mənəvi həyatın formalaşdırılması probleminin həlli erməni kilsəsində islahatın aparılmasını həyati vacib addım kimi tələb edir”, - Baş nazir qeyd edib.

Paşinyanın təqdim etdiyi “yol xəritəsi” kilsənin faktiki rəhbərinin vəzifədən uzaqlaşdırılmasını və yeni katolikosun seçilməsini nəzərdə tutur. (APA)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İran üçün şəhid olmaq istəyənlər 29 milyonu keçdi 

“Canını İran üçün fəda edənlər” (“Jan-Fada”) kampaniyasına qeydiyyat sayı 29 milyonu keçib.Citypost.az xəbər verir ki, bu barədə “Mehr” Agentliyi məlumat yayıb.“Jan-Fada” milli kampaniyası xarici təhdidlərə qarşı mübarizədə ölkəni müdafiə etməyə hazır könüllülərin qeydiyyatı məqsədilə başladılıb.“Jan-Fada” saytının məlumatına əsasən, indiyə qədər 29 milyon 1407 nəfər bu kampaniyaya qoşularaq İranı müdafiə etməyə hazır olduğunu bildirib.Vətəndaşlar 30001155 nömrəsinə “1” rəqəmini göndərməklə və ya “Jan-Fada” saytına daxil olaraq öz məlumatlarını qeyd edib vətəni müdafiə etməyə hazır olduqlarını bildirə bilərlər.İran Mədəniyyət və İslami Əlaqələr Təşkilatının məlumatına görə, xaricdə yaşayan iranlıların da bu kampaniyada iştirakla bağlı çoxsaylı müraciətlərindən sonra, onların da onlayn şəkildə qeydiyyatdan keçə bilmsəinə...

21 Aprel 2026, 17:51

Yaponiyanın Baş naziri ABŞ və İranı dialoq yolu ilə razılığa gəlməyə çağırıb 

Yaponiyanın Baş naziri Sanae Takaiçi çərşənbə axşamı ABŞ və İranı dialoq yolu ilə yekun razılığa gəlməyə çağırıb. O, Yaxın Şərqdə gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.AZ/RTAC “Kyodo” agentliyinə istinadla xəbər verir ki, Takaiçi bu çağırışı Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə 20 dəqiqəlik telefon danışığı zamanı edib. Hər iki lider regional gərginliyin artması və sabitliyin qorunmasının vacibliyini müzakirə ediblər.Takaiçi atəşkəsin qorunmasının və Hörmüz boğazından gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinin vacib prioritetlər olduğunu vurğulayıb. Yaponiya lideri, həmçinin böhran zamanı yapon vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsində göstərdiyi dəstəyə görə Qətərə minnətdarlığını bildirib və Körfəz dövlətindəki son itkilərlə bağlı başsağlığı verib.Qətər Əmiri də...

21 Aprel 2026, 17:30

İranın “kölgə donanması”nın 26 gəmisi ABŞ blokadasını yarıb 

İranın “kölgə donanması”nın ən azı 26 gəmisi ABŞ blokadasını maneəsiz keçib.Citypost.az xəbər verir ki, bu barədə “Lloyd's List Intelligence” məlumat yayıb.Bildirilir ki, ötən həftə blokada şərtləri genişləndirildikdən sonra İranla bağlı 10-dan çox gəmi ABŞ-ın nəzarət xəttini keçə bilib.Aprelin 13-dən etibarən İran yükləri daşıyan 11 tanker körfəz bölgəsindən çıxıb.Eyni zamanda, Yunanıstana məxsus yük gəmisi aprelin 15-də İran limanından çıxaraq aprelin 19-da blokada xəttini keçib.Məlumatda bildirilir ki, ABŞ hərbçiləri 27 gəminin geri qaytarıldığını və İran ticarətinin “tamamilə dayandırıldığını” bəyan etsə də, izləmə məlumatları regionda İranla bağlı “kölgə donanması”na məxsus gəmilərin hərəkətinin davam etdiyini göstərir. (APA)...

21 Aprel 2026, 17:26

Fon der Leyendən Ankaraya qarşı qərəzli açıqlama   

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropanın geosiyasi baxımdan yenidən düşünülməsinin vacibliyini vurğulayıb.Modern.az xəbər verir ki, o, “Die Zeit” qəzetinin 80 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, Avropa İttifaqı Rusiya, Türkiyə və Çinin təsirinə məruz qalmamalıdır.Fon der Leyen Aİ-nin genişlənməsini dəstəklədiyini qeyd edərək deyib: “Biz Avropa qitəsinin formalaşmasını tamamlamalıyıq ki, o, Rusiya, Türkiyə və ya Çinin təsiri altında qalmasın. Daha geniş və geosiyasi düşünməliyik”.Onun sözlərinə görə, indiyədək Aİ-nin rəqabət qabiliyyəti ucuz Rusiya enerjisi, Çin istehsalı olan ucuz işçi qüvvəsi və ABŞ-dan gələn ucuz təhlükəsizlik təminatına əsaslanıb. “Bu dövr başa çatıb. Biz tam şəkildə yenidən qurulmalıyıq. Qitəmizin təhlükəsizliyini...

21 Aprel 2026, 17:06

Corcia Meloni mayın 5-də Azərbaycana gələcək 

İtaliyanın Baş naziri Corcia Meloni mayın 5-də Azərbaycana gələcək.Bu barədə "Report"a diplomatik mənbələr məlumat verib."Baş nazir Corcia Meloni 2026-cı il mayın 5-i Azərbaycana səfər edəcək. Səfər bir gün davam edəcək", - diplomatik mənbə bildirib.

21 Aprel 2026, 16:30

KİV:Pakistan Sudana silah satışını dayandırıb 

Səudiyyə Ərəbistanı Sudana silah satışını maliyyələşdirməkdən imtina etdikdən sonra Pakistan bu ölkə ilə 1,5 milyard dollarlıq müdafiə müqaviləsinin icrasını dayandırmaq qərarına gəlib.AZƏRTAC xəbər verir ki, “Reuters “agentliyi bu barədə Pakistanın Xarici İşlər Nazirliyi və təhlükəsizlik xidmətlərindəki mənbələrinə istinadla məlumat yayıb. Agentlik qeyd edir ki, Səudiyyə Ərəbistanı İslamabadın ən yaxın müttəfiqlərindən biridir və Pakistan iqtisadiyyatı üçün həyati əhəmiyyətli kredit mənbəyidir. İki ölkə arasında münasibətlər ötən il qarşılıqlı müdafiə müqaviləsinin imzalanmasından sonra daha da güclənib.Sudanda vəziyyət 2023-cü ilin aprelindən gərginləşib. Buna Sudan Suveren Şurasının (Sudanın müvəqqəti hökuməti) sədri və ordu komandanı Əbdül Fəttah əl-Burhan ilə hərbiləşdirilmiş çevik reaksiya qüvvələrinin başçısı Məhəmməd Hamdan...

21 Aprel 2026, 15:26