Xırdalanda tikinti şirkətindən 25 min manatlıq oğurluq edilib
Hadisə 21 Aprel 2026, 17:00
444
Əvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanılıb.
Citypost.az DİN-ə istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən tikinti şirkətlərinin birindən 25 min manatlıq inşaat materialları oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 39 yaşlı R.Mehdiyev saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin əvvəllər həmin şirkətdə işlədiyi, daha sonra işdən ayrıldığı və gecə saatlarında tikinti materiallarını taladığı müəyyən edilib.
Həmçinin oxuyun
Faktla bağlı cinayət işi başlanılıb. R.Mehdiyev barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tramp İranı 8 qadını azad etməyə çağırıb
ABŞ Prezidenti Donald Tramp İran hökumətindən edam cəzasına məhkum edilmiş səkkiz qadını azad etməyi xahiş edib.O, bu barədə "Truth Social" şəbəkəsində yazıb."Tezliklə mənim nümayəndələrimlə danışıqlar aparacaq İran liderlərinə müraciət edirəm: bu qadınların azad edilməsinə görə çox minnətdar olaram (foto əlavə olunur - red.). Əminəm ki, bu addım lazımi qaydada qiymətləndiriləcək. Xahiş edirəm, onlara zərər verməyin - bu, danışıqlarımız üçün yaxşı başlanğıc ola bilər. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm", - Tramp vurğulayıb....
21 Aprel 2026, 18:25
Kənar dairəvi yoldakı qəzada xəsarət alanların vəziyyəti məlum olub
Bu gün saat 10:25 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Biləcəri-Sədərək yolu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə çağırış daxil olub.Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.“Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2 qadın, 1 kişi) Kliniki Tibbi Mərkəzə hospital olunub. Onlara kəllə sümüyünün sınığı, başın açıq yarası, epidural qanaxma diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. 1972-ci il təvəllüdlü pasiyent (kişi) cərrahi əməliyyata qəbul olunub. Vəziyyəti ağır qiymətləndirilən 2004-cü il təvəllüdlü şəxsin (qadın) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. 1975-ci il təvəllüdlü şəxsin (qadın) vəziyyəti...
21 Aprel 2026, 16:52
Göygöldə 74 yaşlı kişi aldığı xəsarətdən ölüb
Göygöl rayonunda 74 yaşlı kişi yıxılaraq aldığı xəsarətdən ölüb.APA-nın məlumatına görə, hadisə ötən gün rayonun Yeni Zod kəndində baş verib.Belə ki, 1952-ci il təvəllüdlü Köçəri Məmmədov yaşadığı evin həyətində yıxılıb və boyun hissəsini dəmir şiferin kəsməsi nəticəsində ölüb.Faktla bağlı araşdırma aparılır.
21 Aprel 2026, 16:10
DİN və DSX birgə əməliyyat keçirdi
Polis və sərhədçilər tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə birgə əməliyyat keçirilib.Bu barədə Citypost.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, tədbir zamanı oğurluq və xuliqanlıq cinayətlərinə görə əvvəllər məhkum olunan Eldar Cəfərli saxlanılıb. Ondan 28 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxsin ölkəyə qaçaq yollarla narkotik vasitələr gətirən əsas şəxslərdən biri olduğu müəyyən edilib.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....
21 Aprel 2026, 15:43
Bakı-Qazax yolunda maşında Türkiyə vətəndaşının meyiti tapılıb
Yevlaxda TIR-da meyit aşkarlanıb.APA-nın yerli müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistralında, Yevlax rayonunun Qarxun kəndi ərazisində qeydə alınıb. Meyiti tapılan şəxsin Türkiyə vətəndaşı İsmayıl Qızıltəpə olduğu bildirilir.Meyit üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.Faktla bağlı araşdırma aparılır.
21 Aprel 2026, 10:28
Xocalıda 17 cinayət işi üzrə müsadirə olunmuş narkotik məhv edilib
ocalıda məhkəmənin qərarı ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib.Citypost.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.Bildirilib ki, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Xocalı Rayon Polis İdarəsi tərəfindən qeydə alınmış 17 cinayət işi üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilib.Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə...
21 Aprel 2026, 10:20