Adnan Əhmədzadənin həbs xəbəri yayıldı
Hadisə 20 Sentyabr 2025, 08:19
3186
SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub.
CityPost.az-ın məlumatına görə, bu barədə Musavat.com fttc.com.ua-ya istinadən xəbər yayıb.
Bildirilir ki, məlumatı məsələdən xəbərdar olan bir neçə mənbə təsdiqləyib.
Xəbərlərə görə, Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.
Mənbələrin bildirdiyinə görə, bu həbslə yanaşı, hökumət Bakının beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və fərdi sui-istifadə hallarına qarşı mübarizəni gücləndirmək niyyətindədir. Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur.
Qeyd edək ki, Adnan Əhmədzadə uzun illər SOCAR-ın rəhbər vəzifələrində çalışıb, həm ölkə daxilində, həm də xaricdə böyük biznes şəbəkəsi ilə tanınıb. Onun həbsi Azərbaycan enerji sektorunda rezonans doğurub.
Xatırladaq ki, iyul ayında məlum oldu ki, Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə olan xloridin aşkarlanıb.
Həmçinin oxuyun
Gültəkinin polisdə pərişan GÖRÜNTÜLƏRİ
Rusiya-Ukrayna müharibəsi bitmək üzrədir - Əli Kərimlinin gözlədiyi fürsət
Vətənə, dövlətə xəyanətkar və satqın mövqedə olanlar qanunlar qarşısında cavab verməlidirlər - RƏY
Dayə kimi çalışdığı evdən 60 min manatlıq qızıl oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Rumıniya və İtaliyaya çatan neft partiyalarında aşkarlanan zərərli maddəyə görə bir müddət Ceyhan limanından neft ixracının dayandırıldığı iddia olunsa da, Bakı-Tiflis-Ceyhan neft kəmərinin operatoru olan BP-Azərbaycan şirkəti xəbəri təkzib etdi. Şirkətin açıqlamasından aydın oldu ki, zərərli maddə Ceyhan limanındakı bir neçə saxlama çənində aşkarlanıb. Həmin çənlərdəki neft yenidən təmizləndi, eyni zamanda digər çənlərin vasitəsilə ixrac davam etdirildi.
Hadisədən bir neçə həftə sonra Rumıniya mətbuatı ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Azərbaycan neftinə zərərli maddənin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığına dair məlumat yaydı. Rusiya tərəfi bu məlumatla bağlı hər hansı açıqlama verməyib.
Dünya mətbuatının yazdığına görə, məqsəd həm Azərbaycana böyük maddi zərər vurmaq, həm də onun tərəfdaş ölkələrlə münasibətlərinə xələl gətirmək olub.
Qeyd edək ki, zərərli maddə aşkarlandıqdan sonra BTC kəməri ilə Qazaxıstan neftinin nəqlini də dayandırmışdı. Nəql ötən həftə bərpa olunub.
A.Əhmədzadənin həbsi ilə bağlı irəli sürülən iddialar həbsin məhz bu hadisə ilə əlaqədar olması ehtimalını yaradır.
Qeyd edək ki, A.Əhmədzadə 2024-cü ildə dünyaca məşhur futbolçular Lionel Messi və Ronaldinyonu Azərbaycana gətirməsi ilə geniş rezonansa səbəb olmuşdu.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İrandan Azərbaycana 21 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.Belə ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21 kiloqram 745 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
01 Dekabr 2025, 12:42
Cəmil Həsənlinin şahid qismində ifadəsi alındıqdan sonra sərbəst buraxılıb
Cəmil Həsənlinin şahid qismində ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.CityPost.az xəbər verir ki, Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə şahid qismində dindirilmək üçün bu gün DTX-ya çağırılmışdı.
30 Noyabr 2025, 21:12
Əli Kərimli və müşaviri Ramiz Mehdiyevin cinayət işi üzrə şübhəli şəxs qismində istintaqa cəlb olunub
Ötən gün AXCP sədri Əli Kərimli və AXCP sədrinin müşaviri Məmməd İbrahimin evlərində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən axtarış aparılıb, daha sonra onlar DTX-yə aparılaraq orada dindiriliblər.Bu gün isə "Report"a məlum olub ki, hər iki şəxs PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı DTX-də davam edən cinayət işi üzrə artıq şübhəli şəxs qismində istintaqa cəlb ediliblər.Hələlik onlara ittiham elan olunmayıb.Qeyd edək ki, axtarış zamanı Əli Kərimlinin evindən "Milyarderlər İttifaqı" ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapılıb.Xatırladaq ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə...
30 Noyabr 2025, 20:17
Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı: deport edilir
Sabiq millət vəkili, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb.CityPost.az xəbər verir ki, bu barədə keçmiş millət vəkili özü sosial şəbəkə hesabında məlumat yayıb.O bildirib ki, İstanbulda polis idarəsinə gətirilib və böyük ehtimalla Azərbaycana deportasiya olunacaq.Qeyd edək ki, Gültəkin Hacıbəylinin adı “Ramiz Mehdiyevin işi”ndə hallanır.
30 Noyabr 2025, 09:43
Rusiyanın Kiyev vilayətinə hücumu nəticəsində yaşayış binasında yanğın baş verib
Noyabrın 29-u axşam saatlarından etibarən Rusiya ordusu pilotsuz uçuş aparatları ilə Kiyev vilayətini hədəfə alıb.Bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnik “Telegram” kanalında məlumat verib.Onun sözlərinə görə, zərbələr yaşayış məhəllələrinə tuş gəlib. Hücum nəticəsində bir sıra dağıntılar qeydə alınıb.“Təəssüf ki, Vışqorodda hücum nəticəsində çoxmərtəbəli binada yanğın başlayıb. Hadisə yerində xilasedicilər, polis və tibb əməkdaşları çalışır”, – deyə o bildirib.Bundan əlavə, bir fərdi yaşayış evi dağılıb, bir müəssisənin ərazisində də yanğın qeydə alınıb....
30 Noyabr 2025, 09:09
Rusiya-Ukrayna müharibəsi bitmək üzrədir - Əli Kərimlinin gözlədiyi fürsət
Bu gün səhər saatlarından Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin evində axtarış aparır. Rəsmi təsdiqlənib ki, axtarış tədbirləri Prezident Admistrasiyasnın sabiq rəhbəri, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin cinayət işi üzrə davam edən istintaqla bağlıdır.“Qafqazinfo” AXCP sədrinin evindəki qəfil axtarışın bəzi detallarını öyrənib.Əldə etdiyimiz məlumata görə, hazırda istintaq Ramiz Mehdiyevlə Əli Kərimli arasında cinayət məsuliyyəti yaradan əlaqələri araşdırır. Bu epizod üzrə də müstəntiqlər çoxsaylı dəlil və sübutlar toplayıblar.Ən mühüm istiqamətlərdən biri isə Ramiz Mehdiyevin bir müddət əvvəl Rusiyaya göndərdiyi məktubun məzmunudur. Həmin məktubun təhlil edildiyi və Əli Kərimli ilə Ramiz Mehdiyev arasındakı münasibətlərdən bəhs...
29 Noyabr 2025, 22:32