Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı
Hadisə 06 Noyabr 2025, 10:25
2073
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyinin Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin vəzifəli şəxslərinə cinayət işi açılıb.
CityPost.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, mərkəzin rəhbər şəxsləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumatlar araşdırılıb.
Araşdırma nəticəsində vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə işin başlanmasına qərar verilib.
Həmçinin oxuyun
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tovuzda 32 yaşlı kişi bıçaqlandı - Saxlanılan var
Tovuzda bıçaqlanma hadisəsi baş verib.Hadisə rayonun Düz Qırıqlı kəndində yerləşən kafelərin birində qeydə alınıb.Belə ki, 1994-cü il təvəllüdlü Elşən Bağırov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.Əraziyə cəlb edilən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Düz Qırıqlı kənd sakini, 1998-ci il təvəllüdlü Yusib Kərimov saxlanılıb.Hazırda faktla bağlı araşdırmalar davam etdirilir....
01 Fevral 2026, 11:12
Ağsuda avtomobil qəzası olub, yaralılar var
Ağsuda avtomobil qəzası baş verib.Hadisə rayonun Ərəbmehdibəy kəndini ərazisində qeydə alınıb.Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Tağıyev Ruslan Rəfail oğlu, 1992-ci il təvəllüdlü Mollayev Amil Emin oğlu və 1998-ci il təvəllüdlü Heybətov İlkin Vəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.Xəsarət alan şəxslərdən birinin vəziyyəti ağır olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.
01 Fevral 2026, 10:38
Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanılıb
Sumqayıtda soyğunçuluq hadisəsi qeydə alınıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Belə ki, zərərçəkən 3700 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədilə sosial şəbəkələrdə elan yerləşdirib.Bundan sonra bir nəfər telefon vasitəsilə onunla əlaqə saxlayıb və qızılları almaq istədiyini bildirib. Görüş zamanı isə şübhəli şəxs qızıl-zinət əşyalarını götürərək maşınla hadisə yerindən uzaqlaşıb.Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 23 yaşlı Ramin Tahirov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır....
31 Yanvar 2026, 12:47
Xaçmazda yük avtomobili piyadanı vuraraq öldürüb
Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.CityPost.az xəbər verir ki, Xaçmaz rayon sakini Səbuhi Mahmudovu yük avtomobili vurub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.
31 Yanvar 2026, 11:46
Tanınmış iş adamı həbs edildi
Tanınmış iş adamı onunla münaqişədə olan ana və oğlunu həbs etdirmək məqsədilə avtomobillərinə narkotik vasitə qoydurmaq istədiyi üçün həbs olunub.Citypost.az xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi istintaqı zamanı məlum olub ki, Şəkidə fəaliyyət göstərən "Azəri koperrasiyyası" MMC-nin direktoru, rayonda tanınan və maddi imkanı ilə xüsusi seçilən Tehran Lətifov onunla münaqişədə olan Sevil Səlimova və oğlu Vasif Səlimovu saxta sübutlar təqdim etmək niyyəti ilə həbs etdirmək istəyib.Bu səbəbdən o, tanışları – İlham Vahablı, Nicat Quliyev və Qaçay Məmmədovu Bakı şəhərinə göndərərək Şüvəlan qəsəbə sakini Əmir Mustafayevdən külli miqdarda narkotik vasitə olan marixuana aldırıb.Həmin şəxslər narkotik vasitəni Şəki...
30 Yanvar 2026, 11:27
Neftçalada balıq ovlamaq istəyən şəxs suya düşərək boğulub
Neftçalada balıq ovlamaq istəyən şəxs suya düşüb.Citypost.az xəbər verir ki, Məmmədov Habil Qabil oğlu Mayak kəndi ərazisində Xəzər dənizində balıq ovu etmək istəyərkən suya düşüb və boğularaq ölüb.Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır. (Report)
30 Yanvar 2026, 10:40