Adnan Əhmədzadənin supermarketi BAĞLANDI
Cəmiyyət 08 Dekabr 2025, 11:41
213
Paytaxtın Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən “Bolmart” mağazası fəaliyyətini dayandırıb.
CityPost.az xəbər verir ki, 24 saat işləməli olan market dünən səhər saatlarından etibarən bağlıdır.
Bağlanma səbəbi ilə bağlı açıqlama verilməyib.
Həmçinin oxuyun
Qeyd edək ki, “Bolmart” supermarketlər şəbəkəsinin Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadəyə aid olduğu iddia edilir.(Mənbə: Globalinfo)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xeyrəddin Qoca:”Ramiz Mehdiyevin evlərindən birini qızıma versinlər”
“Yazırlar ki, Ramiz Mehdiyevin təkcə Bakıda minlərlə evi var. Mənim qızım isə “Xruşşovka” deyilən, 60 il bundan əvvəl tikilmiş, gündə səhər-axşam 2 saat su verilən, qızdırıcısı olmayan, sınıq-sökük evdə yaşayır, ömrü zay olur”. CityPost.az bildirir ki, bunu Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu Xeyrəddin Qoca deyib. O, daha sonra əlavə edib:“Ramizin evləri hökümət tərəfindən alınsa, xahiş edəcəyəm, minlərlə evdən birini qızıma versinlər”.
08 Dekabr 2025, 12:42
İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-də İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.CityPost.az xəbər verir ki, Azərbaycanla İran arasında əlaqələrin böyük tarixinin olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, xalqlarımızın əsrlər boyu bir yerdə yaşaması münasibətlərimizə xüsusi önəm verir.Son dövrlərdə əlaqələrimizin fəallaşmasından məmnunluğunu bildirən dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərinin, həmçinin digər yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərlərinin əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verdiyini vurğuladı.Prezident İlham Əliyev ikitərəfli gündəliyin geniş olduğunu və bir çox sahələri əhatə etdiyi deyərək, bütün məsələlər üzrə konkret yol xəritələrinin olduğunu bildirdi.Hökumətlərarası komissiyanın çox uğurla fəaliyyət göstərdiyini...
08 Dekabr 2025, 12:05
İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif edib
Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Bakıxanovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.CityPost.az-ın məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə deyilir:"Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Əhməd Ağa oğlu Bakıxanov 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilsin".
08 Dekabr 2025, 11:52
Sumqayıtda 2 min abonentin qazı kəsiləcək
Sumqayıt şəhərində 2 min abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq."Azəriqaz" İB Sumqayıt QİS-sən CityPost.az-a verilən məlumata görə, Sumqayıt şəhərinin Yaşıl Dərə ərazisinin bir hissəsində d=159 mm-lik orta təzyiqli yeraltı qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması ilə əlaqədar bu gün saat 12:00-dan etibarən 2 min abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.Qazın verilişi təmir-bərpa işləri başa çatdıqdan sonra bərpa ediləcək.
08 Dekabr 2025, 11:29
Bərdədə bir ailənin 4 üzvü qidadan zəhərlənib
Bərdə rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.Hadisə dekabrın 7-də Xanərəb kəndində baş verib.1968-ci il təvəllüdlü Vüqar Əliyev, arvadı 1968-ci il təvəllüdlü Elza Əliyeva, oğlu 1994-cü il təvəllüdlü Şəmistan Əliyev və onun arvadı 2006-cı il təvəllüdlü Təhminə Əliyeva yaşadıqları evdən qidadan (pomidor turşusu) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.T. Əliyevanın vəziyyətinin ağır, digərlərinin vəziyyəti qənaətbəxş olduğu bildirilir.
08 Dekabr 2025, 11:04
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.Bu barədə CityPost.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib."Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.
08 Dekabr 2025, 10:53