Azərbaycanda 18 həkim işləyə bilmək üçün rüşvət verib - SİYAHI VƏ MƏBLƏĞLƏR
Cəmiyyət 05 Dekabr 2025, 16:48
165
Ötən ilin elə bu ayı ölkə gündəmini zəbt edən rüşvətlə plastik cərrahiyəyə icazə verilməsi işi üzrə artıq məhkəmə istintaqı başlayıb. Qanunsuz tibbi fəaliyyətə şərait yaradılmasına görə Səhiyyə Nazirliyinin üç sabiq əməkdaşı - nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis-böyük inspektoru olmuş Ruhiyyə Məhərrəmova və nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin keçmiş akkreditasiya şöbəsinin müdiri Lətafət Cabbarova ittiham olunur. Onlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət məsuliyyətinə cəlb ediliblər.
“Qafqazinfo” məsələnin hələ də gündəmdə qalmasını nəzərə alaraq cinayətin necə həyata keçirildiyini və kimlərdən rüşvət alındığını öyrənib. Xəbərin davamında rüşvət qarşılığında tibbi fəaliyyətə buraxılan həkimlərin adlarını tək-tək təqdim edəcəyik.
Bu cinayət hadisəsi iki formada həyata keçirilib. Daha dəqiq desək, rüşvət iki növ şəhadətnamənin verilməsi müqabilində alınıb:
1. Xaricdə təhsil alan tələbələrin ölkə ərazisində praktiki fəaliyyətə buraxılması üçün verilən şəhadətnamə;
2. Beş illik sertifikasiya imtahanı nəticəsində tibb işçilərinə verilən şəhadətnamə.
Ümumi qayda belədir ki, praktiki fəaliyyətə buraxılma üçün vətəndaş Səhiyyə Nazirliyi tərəfindən yaradılmış komissiyaya müraciət edir. Bütün tələblərə cavab verirsə, müsbət geridönüş alır. Şəhadətnamə ala bilməyənlər isə beşillik sertifikasiyaya buraxılmayıblar. Həmin komissiyanın sədri isə səhiyyə nazirinin müavini İlqar Qasımov olub.
Bu cinayət işinin əsas fiquru Səidə Rüstəmovadır. İttihamda deyilir ki, qanunsuz tibbi fəaliyyətə razılıq məhz onun tərəfindən verilib və bu razılıq əsasən rüşvət müqabilində olub. O, konkret olaraq birbaşa özü və ya vasitəçilərdən istifadə etməklə ümumilikdə 266 min 500 manat rüşvət, eləcə də nüfuz alveri yolu ilə 33 min manat pul alıb. Cinayət yolu ilə əldə etdiyi ümumilikdə 280 min manat vəsaiti isə leqallaşdırıb.
İstintaq materiallarında Səidə Rüstəmovanın rüşvət aldığı şəxslərin adları yer alıb. Həmin siyahıda 18 həkimin adı var:
1. E.Dadaşova – Zaqatala Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah işləyib. O, sertifikasiya imtahanından keçə bilmədiyi və işdən qovulduğu üçün xəstəxananın baş həkimi Leyla Seyidəliyeva vasitəsilə 25 min manat rüşvət verib. Bundan sonra əvvəlki vəzifəsinə bərpa edilib.
2. S.Qasımova – Azərbaycan Dəmir Yolları Xəstəxanasında həkim işləyib. Onun Bakıdakı 20 saylı Uşaq Poliklinikasında həkim-pediatr işləməsinə razılıq verilməsi üçün 5 min manat rüşvət alınıb.
3. T.Nurəliyeva – Zaqatala RMX-nin Muğanlı kənd məntəqəsində işləyib. Onun digər xəstəxanada fəaliyyətini davam etdirməsi üçün 3 min manat alınıb.
4. R.Bayramov – Şüa-diaqnostika ixtisası üzrə rezidentura təhsili olmadığı halda həmin ixtisas üzrə sertifikasiya imtahanına buraxılması üçün 20 min manat rüşvət verib.
5. P.Salmanova – Xaricdə mama-ginekoloq ixtisası üzrə təhsil alıb. Azərbaycanda həmin ixtisas üzrə praktiki fəaliyyətə buraxılması üçün 25 min manat rüşvət verib.
6. X.Cəfərov – İxtisasca ümumi cərrahdır. Amma rezidentura təhsili olmadığı halda plastik cərrah fəaliyyəti ilə məşğul olub. Bunun müqabilində 32 min manat rüşvət verib.
Həmçinin oxuyun
7. R.Həsənov – İxtisasca həkim-terapevt olub, endokrinoloq üzrə rezidentura təhsili olmadığı halda 20 min manat rüşvət verməklə həmin ixtisas üzrə sertifikasiya imtahanından keçib.
8. Ş.Abdullayeva – Xaricdə anesteziologiya-reanimatologiya üzrə təhsil alıb. Azərbaycanda həmin ixtisas üzrə fəaliyyət göstərməsi üçün 16 min manat rüşvət verib.
9. S.Məmmədov – İxtisasca ümumi cərrahdır. Qanunsuz olaraq – 25 min manat rüşvət verməklə plastik cərrahiyyə üzrə sertifikasiyadan keçib.
10. O.Musayev – Xaricdə ümumi cərrah ixtisası üzrə təhsil alıb. Ölkədə fəaliyyət göstərməsi üçün sertifikasiya almaq məqsədilə 5 min manat rüşvət verib.
11. X.Qafarova – Bakı Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alıb. Həkim-bioloq üzrə rezidentura ixtisasına sahib olmadığı halda həmin ixtisas üzrə sertifikasiya almaq üçün 10 min manat rüşvət verib.
12. D.Xodjaxov – Xaricdə ümumi cərrah ixtisası üzrə təhsil alıb. Azərbaycanda fəaliyyət göstərməsi üçün 17 min manat rüşvət verib.
13. H.Pirzadayeva – Respublika Klinik Xəstəxanasında qanköçürmə şöbəsinin müdiri işləyir. Faktiki olaraq praktik fəaliyyətlə məşğul olmayıb. Həkim-terapevt kimi fəaliyyət göstərmək üçün sertifikatı 13 min manat müqabilində alıb.
14. A.Tağıyeva – Onun ölkədə diplomu tanınmayan “Loğman Təsərrüfat Hesablı Tibb Məktəbi”ni bitirdiyi qeyd olunur. Tibb bacısı kimi sertifikasiya imtahanından keçməsi üçün 2 min manat verib.
15. R.Kərimli – Rezidentura üzrə təhsili olmadığı halda plastik cərrahiyyə ilə məşğul olub. Bu fəaliyyət üçün 35 min manat rüşvət verərək sertifikat alıb.
16. A.Abdullayeva – Xaricdə mama-ginekoloq ixtisası üzrə təhsil alıb. Azərbaycanda fəaliyyət göstərməsi üçün 25 min manat rüşvət verib.
17. S.Mamedova – Ukrayna vətəndaşıdır, orada mama-ginekologiya üzrə təhsil alıb. Azərbaycanda fəaliyyət üçün 20 min manat rüşvət verib.
18. G.Kazımova – Əmək müqaviləsinin uzadılması üçün 1500 manat rüşvət verib.
Səidə Rüstəmova rüşvətin böyük hissəsini Lətafət Cabbarova və Ruhiyyə Məhərrəmovanın köməkliyi ilə nazirlikdəki xidməti otağında qəbul edib. Bundan əlavə o, səhiyyə nazirinin keçmiş müavinləri Rahim Əliyev və mərhum Abbas Vəlibəyovun imzalarını xəbərsiz çap edərək qanunsuz fəaliyyətə əlavə edib.
Prokurorluq müxtəlif qurumlar vasitəsilə də topladığı məlumatlarla müəyyən edib ki, Səidə Rüstəmova cinayət yolu ilə əldə etdiyi pullarla böyük əmlaka sahib olub. Həmin əmlakların çoxu da yaxınlarının adlarına rəsmiləşdirilib.
Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə araşdırılır. Səidə Rüstəmova və digər təqsirləndirilənlər ev dustaqlığındadır. Yekunda təqsirləri sübuta yetirilərsə, xanımları 10 ildən çox həbs cəzası gözləyir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanda 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq - SƏRƏNCAM
Prezident İlham Əliyev peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.CityPost.az xəbər verir ki, Sərəncamda deyilir:"Əmək bazarının tələblərinə uyğun səriştələr formalaşdıran yüksəkkeyfiyyətli peşə təhsili məşğulluq səviyyəsinin və əmək məhsuldarlığının artırılmasına mühüm töhfə verir. Bu sahəyə yönəlmiş tədbirlərin həyata keçirilməsinin vacibliyi son illərdə qəbul edilmiş bir sıra sənədlərdə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapmışdır.Ölkənin dinamik inkişafı və əmək bazarının dəyişən tələbləri əmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadr potensialına tələbatı artırmaqla yanaşı, bu tələbatın ödənilməsinə imkan verən müasir standartlara...
05 Dekabr 2025, 17:00
Adnan Əhmədzadə ilə Vahid Ələkbərovu - Nə birləşdirir?
Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoyl” şirkətinin həmtəsisçisi Vahid Ələkbərovla gizli əlaqələri ortaya çıxıb.“Qafqazinfo” xəbər verir ki, bu barədə “VÇK-OQPU” nəşrində dərc olunmuş məqalədə qeyd edilir.Bildirilir ki, bu ilin sentyabr ayında Əhmədzadə Bodrumda azərbaycanlı iş adamı Ələkbərovun “Genesis” yaxtasında “Lukoyl” şirkətinin təsisçisinin ad günü mərasimində iştirak edib. Bu isə onun Rusiya oliqarxının etibar etdiyi şəxs olması versiyasını gücləndirir.Bundan başqa, A. Əhmədzadə V. Ələkbərovla əlaqəli şəkildə 108 milyon dollar dəyərində “Galactica Super Nova” superyaxtasını öz adına qeydiyyatdan keçirməkdə şübhəli bilinir.Belə ki, 2022-ci ilin aprelində Böyük Britaniyanın sanksiyalar siyahısına daxil edilmiş Ələkbərova məxsus yaxta müsadirə olunmaması üçün Aralıq dənizindəki...
05 Dekabr 2025, 16:06
Bu agentlik sədrinin müşaviri işdən çıxdı
Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin müşaviri vəzifəsindən azad edilib.CityPost.az xəbər verir ki, bu barədə Modern.az məlumat yayıb. Bildirilib ki, sədrin müşaviri Əhməd Həsənov öz ərizəsi əsasında işdən çıxıb. Ondan başqa Agentliyin dövlət satınalmaları şöbəsinin müdiri Elşən Həsənov da vəzifəsindən ayrılıb.Məlumatı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən təsdiqləyiblər.
05 Dekabr 2025, 15:17
Ramiz Mehdiyevin yaxın adamı Bakıda yeni obyekt açdı...
Fövqəladə Hallar Nazirliyi Qasımov Taleh Əsabil oğlunun sifarişi əsasında Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, giriş 211 A ünvanında inşa olunan obyektin istismarına icazə verib. CityPost.az xəbər verir ki,sahəsi 184.1 kv.m olan bina bir mərtəbədən ibarətdir. Qeyd edək ki, FHN obyektə 24.07.2025-ci il tarixli istismara hazırlıq rəyi verib. Məlumat üçün bildirək ki, iaşə obyektinin sifarişçisi olan Taleh Qasımov sabiq millət vəkili, “Karat” Holdinqin rəhbəri Ə.Qasımovun oğludur. T.Qasımov Rusiyanın Yesentuki şəhərinfə fəaliyyət göstərən sanatoriyanın sahibi olan “Sanatoriya İstoçnik Yessentuki” şirkətinin təsiçisidir. Onun bu şirkətdə payı 80%-ə bərabərdir. T.Qasımov eyni zamanda Stavropol diyarında qeydiyyatda olan “Expo” və Moskva şəhərində qeydiyyatda olan “Biznes...
05 Dekabr 2025, 12:59
Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək
Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək.CityPost.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin bu gün birgə keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər. Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək....
05 Dekabr 2025, 12:38
Bakıda 21 yaşlı qadın doğuş zamanı ölüb
2004-cü il təvəllüdlü, 23-24 həftəlik hamilə dekabrın 2-də saat 22:50 radələrində Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Bu barədə CityPost.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.Qeyd olunub ki, pasiyent bir neçə gündür davam edən öskürəkdən, bədən temperaturunun yüksəlməsindən şikayət edib."Tənəffüs sistemi xəstəliyi, ağciyər çatışmazlığı, bakterial infeksiya, pnevmoniya diaqnozları təyin edilən şəxs klinik laborator instrumental müayinələrdən keçirilib, zəruri tibbi xidmətlər göstərilib.Dekabrın 3-də saat 01:30 radələrində xəstədə təngnəfəslik, ardından boğulma başlayıb. Reanimatoloq baxışından sonra müvafiq təyinatlar verilən pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 06:10 radələrində biolojı ölüm qeydə alınıb.Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin aidiyyəti şöbəsinə təhvil verilib",...
05 Dekabr 2025, 11:35