Bizə yazın

Baku

-°C

USD

-

DİN Naxçıvanda “uşaq oğrusu” ilə bağlı görüntüləri araşdırıb 

Hadisə 08 Dekabr 2025, 10:46

218

Ötən gün sosial şəbəkələrdə Naxçıvanda “uşaq oğrusunun peyda olması” ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən CityPost.az-a verilən məlumata görə, araşdırmalarla görüntünü sosial şəbəkələrdə yayan şəxsin azyaşlı olduğu müəyyən edilib və onunla valideynlə birgə profilaktik iş aparılıb, sosial şəbəkələrdən düzgün istifadə qaydaları barədə izahlar verilib.

Həmçinin azyaşlının valideyinlərinə də övladlarının internet mühitində davranışına nəzarətin vacibliyi barədə xəbərdarlıq edilib.

Məlumata görə, Naxçıvan ərazisində uşaq oğruluğu, yaxud bu kimi təhlükəli hadisələrlə bağlı hər hansı bir fakt qeydə alınmayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İrandan Azərbaycana 8 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb 

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.Bu barədə CityPost.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 8 kiloqram 456 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Gəncə şəhər sakini – 2004-cü il təvəllüdlü Zərgərov Tayfur Xəyal oğlu və Ağdam rayon sakini 1990-cı il təvəllüdlü Aslanov Ayxan Rövşən oğlu şübhəli şəxs qismində saxlanılıb, 4 kiloqram 330 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.Dekabr ayının 6-da isə dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd dəstəsinin xidməti ərazisində 4 kiloqram 126 qram narkotik vasitə marixuana aşkarlanıb.Faktlar üzrə əməliyyat-istintaq tədbirləri...

08 Dekabr 2025, 12:38

Hökməli–Qobu yolunda avtomobillər toqquşub, bir nəfər ölüb 

Hökməli–Qobu yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib."Report"un yerli bürosunun məlumatına görə, hadisə zamanı yük avtomobili minik avtomobili ilə toqquşub.Qəza nəticəsində minik avromobilinin sürücüsü Zaur Əliyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.

08 Dekabr 2025, 12:02

1 yaşlı körpəsini zirzəmiyə atan ana saxlanıldı 

Oktyabrın 12-də Mingəçevir şəhərində 1 yaşlı körpəsini binanın zirzəmisinə atan valideyn, 1994-cü il təvəllüdlü G.Məmmədova polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.CityPost.az  xəbər verir ki, bu haqda DİN məlumat yayıb.Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

07 Dekabr 2025, 13:10

İlqar Hacıyev barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatıb 

İlqar Hacıyev barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatıb.CityPost.az  xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb.Məlumata görə, o, noyabrın 24-də Baş Prokurorluğa çağırılsa da, gəlməyib və barəsində qiyabi icraat başlanılıb. Binəqədi Rayon Məhkəməsinin 27 noyabr tarixli qərarı ilə barəsində qiyabi icraat açılıb və vəkil ilə təmin olunub.Onun barəsində istintaq bu gün tamamlanıb. İlqar Hacıyev və müdafiəçilərinə dekabrın 12-dən etibarən cinayət işi ilə tanış olmaq üçün vaxt məhdudiyyəti qoyulmadan Baş Prokurorluğun İstintaq İdarəsində şərait yaradılacağı bildirilib.İlqar Hacıyevə xəbərdarlıq edilib ki, əgər o istintaqa gəlməsə, cinayət işi qiyabi icraatda məhkəməyə göndərilə və barəsində qiyabi hökm çıxarıla...

05 Dekabr 2025, 17:25

Qubada avtobus yük maşını ilə toqquşub, ölən var - FOTO 

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonunun Vəlvələ kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.Sərnişin avtobusu "Ford" markalı yük avtomobili ilə toqquşub.Nəticədə yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb. O, Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.Faktla bağlı araşdırma aparılır.

05 Dekabr 2025, 13:54

Bakıda balta ilə qətl törədib qaçan şəxsə hökm oxunub 

Bakıda qətl törətkməkdə təqsirləndirilən Təbriz Həsənovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.CityPost.az  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Təbriz Həsənovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Zərərçəkənin hüququ varisi T.Həsənova ən ağır cəzanın verilməsini xahiş edib.Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Təbriz Həsənov 18 il müddətinə azdlıqdan məhrum edilib.Qeyd edək ki, hadisə ötən il oktyabrın 13-də Yasamal rayonunda baş verib. Rayon ərazisində 1987-ci il təvəllüdlü Azər İbrahimov kəsici alətlə qətlə yetirilib. Müəyyən edilib ki, Azər İbrahimov yaxınları ilə birlikdə restoranda yeyib-içdikdən sonra dava zamanı qolundan...

05 Dekabr 2025, 12:57