Bizə yazın

Baku

-°C

USD

-

Adnan Əhmədzadə ilə Vahid Ələkbərovu - Nə birləşdirir? 

Cəmiyyət 05 Dekabr 2025, 16:06

182

Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoyl” şirkətinin həmtəsisçisi Vahid Ələkbərovla gizli əlaqələri ortaya çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “VÇK-OQPU” nəşrində dərc olunmuş məqalədə qeyd edilir.

Bildirilir ki, bu ilin sentyabr ayında Əhmədzadə Bodrumda azərbaycanlı iş adamı Ələkbərovun “Genesis” yaxtasında “Lukoyl” şirkətinin təsisçisinin ad günü mərasimində iştirak edib. Bu isə onun Rusiya oliqarxının etibar etdiyi şəxs olması versiyasını gücləndirir.

Bundan başqa, A. Əhmədzadə V. Ələkbərovla əlaqəli şəkildə 108 milyon dollar dəyərində “Galactica Super Nova” superyaxtasını öz adına qeydiyyatdan keçirməkdə şübhəli bilinir.

Belə ki, 2022-ci ilin aprelində Böyük Britaniyanın sanksiyalar siyahısına daxil edilmiş Ələkbərova məxsus yaxta müsadirə olunmaması üçün Aralıq dənizindəki limanların birində gizlədilib.

Məlumata görə, milyarder, çox güman ki, 70 metrlik superyaxtası olan “Galactica Super Nova”nı satıb və “Genesis” adlı yeni 80 metrlik yaxta alıb. “Galactica Super Nova”nın mülkiyyətçisi ötən il dəyişib. Bu ilin yayına qədər gəmi Ələkbərova məxsus olduğu bildirilən Malta şirkəti “Nova 70 LTD”nin adına qeydiyyatda olub. Lakin 11 iyulda yaxta Marşal Adalarında qeydiyyatdan keçmiş dəniz şirkəti olan “Six Star Shipping LTD”yə verilib. İki ay sonra yaxtanın adı “Gaja”ya dəyişdirilib.

Daha sonra yaxta Adnan Əhmədzadənin adına qeydiyyatdan keçirilib. Bu addımın sanksiyalardan yayınmaq və aktivləri gizlətmək üçün atıldığı iddia olunur.

“Böyük Britaniya tərəfindən sanksiya tətbiq edilən aktiv - 100 milyon dollarlıq superyaxta Böyük Britaniya vətəndaşının (Adnan Əhmədzadə - red.) adına qeydiyyata alınıb və sonradan Aralıq dənizində beynəlxalq izləmə sistemlərindən (GPS deaktivasiyası vasitəsilə) yoxa çıxıb”, - nəşr yazır.

Əhmədzadənin Böyük Britaniya pasportu olsa da, indi o, Britaniya vətəndaşlığından Ələkbərovun aktivlərini hüquqi cəhətdən gizlətmək və “Lukoyl”, “Tatneft”, “Sibur”, “Surqutnefteqaz” və digər Rusiya neft şirkətlərinin neft ticarətinə yardım etmək üçün istifadə etməkdə ittiham olunur.

Bundan əlavə, Adnan Əhmədzadənin uzun illər Rusiya neftini saxta sertifikatlarla Qazaxıstan, Türkmənistan və digər ölkələrin nefti adı altında dünya bazarına çıxardığı ilə bağlı məqamlar üzə çıxıb.

Xatırladaq ki, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə bu ilin sentyabr ayında həbs olunub. Bakı şəhəri Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə A. Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham edilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda 18 həkim işləyə bilmək üçün rüşvət verib - SİYAHI VƏ MƏBLƏĞLƏR  

Ötən ilin elə bu ayı ölkə gündəmini zəbt edən rüşvətlə plastik cərrahiyəyə icazə verilməsi işi üzrə artıq məhkəmə istintaqı başlayıb. Qanunsuz tibbi fəaliyyətə şərait yaradılmasına görə Səhiyyə Nazirliyinin üç sabiq əməkdaşı - nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis-böyük inspektoru olmuş Ruhiyyə Məhərrəmova və nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin keçmiş akkreditasiya şöbəsinin müdiri Lətafət Cabbarova ittiham olunur. Onlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət məsuliyyətinə cəlb ediliblər.“Qafqazinfo” məsələnin hələ də gündəmdə qalmasını nəzərə alaraq cinayətin necə həyata keçirildiyini və kimlərdən rüşvət alındığını öyrənib. Xəbərin davamında rüşvət qarşılığında...

05 Dekabr 2025, 16:48

Bu agentlik sədrinin müşaviri işdən çıxdı 

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin müşaviri vəzifəsindən azad edilib.CityPost.az xəbər verir ki, bu barədə Modern.az məlumat yayıb. Bildirilib ki, sədrin müşaviri Əhməd Həsənov öz ərizəsi əsasında işdən çıxıb. Ondan başqa Agentliyin dövlət satınalmaları şöbəsinin müdiri Elşən Həsənov da vəzifəsindən ayrılıb.Məlumatı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən təsdiqləyiblər. 

05 Dekabr 2025, 15:17

Ramiz Mehdiyevin yaxın adamı Bakıda yeni obyekt açdı...  

Fövqəladə Hallar Nazirliyi Qasımov Taleh Əsabil oğlunun sifarişi əsasında Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, giriş 211 A ünvanında inşa olunan obyektin istismarına icazə verib. CityPost.az  xəbər verir  ki,sahəsi 184.1 kv.m olan bina bir mərtəbədən ibarətdir. Qeyd edək ki, FHN obyektə 24.07.2025-ci il tarixli istismara hazırlıq rəyi verib. Məlumat üçün bildirək ki, iaşə obyektinin sifarişçisi olan Taleh Qasımov sabiq millət vəkili, “Karat” Holdinqin rəhbəri Ə.Qasımovun oğludur. T.Qasımov Rusiyanın Yesentuki şəhərinfə fəaliyyət göstərən sanatoriyanın sahibi olan “Sanatoriya İstoçnik Yessentuki” şirkətinin təsiçisidir. Onun bu şirkətdə payı 80%-ə bərabərdir. T.Qasımov eyni zamanda Stavropol diyarında qeydiyyatda olan “Expo” və Moskva şəhərində qeydiyyatda olan “Biznes...

05 Dekabr 2025, 12:59

Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək 

Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək.CityPost.az  xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin bu gün birgə keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər. Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək....

05 Dekabr 2025, 12:38

Bakıda 21 yaşlı qadın doğuş zamanı ölüb

2004-cü il təvəllüdlü, 23-24 həftəlik hamilə dekabrın 2-də saat 22:50 radələrində Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Bu barədə CityPost.az-ın  sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.Qeyd olunub ki, pasiyent bir neçə gündür davam edən öskürəkdən, bədən temperaturunun yüksəlməsindən şikayət edib."Tənəffüs sistemi xəstəliyi, ağciyər çatışmazlığı, bakterial infeksiya, pnevmoniya diaqnozları təyin edilən şəxs klinik laborator instrumental müayinələrdən keçirilib, zəruri tibbi xidmətlər göstərilib.Dekabrın 3-də saat 01:30 radələrində xəstədə təngnəfəslik, ardından boğulma başlayıb. Reanimatoloq baxışından sonra müvafiq təyinatlar verilən pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 06:10 radələrində biolojı ölüm qeydə alınıb.Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin aidiyyəti şöbəsinə təhvil verilib",...

05 Dekabr 2025, 11:35

Kartof satan Mənsur Məmmədovu tanımadı...  

Barəsində Dövlət Təhlükəsizlik Xidmətində vətənə xəyanət maddəsi ilə cinayət işi təqib olunan Ramiz Mehdiyevin çətiri altında özünə sığınacaq tapmış Ziya və Elton Məmmədov qardaşlarının yaxın adamı sayılan Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədovun qanunsuz əməlləri son günlər mətbuatda gündəm olub. Sosial şəbəkələr onun camışçılıq fermasına, hektarlarla torpaq sahələrinə, ticarət-iaşə obyektlərinə, balıqsaxlama vətəgələrinə sahib olması barədə məlumat vermişdir. CityPost.az  xəbər  verir  ki,barəsində yayılan bu kimi xəbərlərdən sonra, M.Məmmədov sarsıntı keçirib və deyilənlərə görə çəkilişlərə şərait  yaratdığı üçün özünə məxsus camışçılıq təsərrüfatına məsul şəxsə fiziki təzyiq göstərib.Sakinlərin verdiyi məlumata görə Ucarda hazırda tikinti-abadlıq işlərinə start verilib. Başçı M.Məmmədov özünü xalqa qaynayıb-qarışan rəhbər...

05 Dekabr 2025, 11:00