Gəncədə yük avtomobili yaşlı qadını vuraraq öldürüb
Hadisə 13 Dekabr 2025, 15:56
215
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan yük avtomobili yolun qarşı tərəfinə keçmək istəyən 1966-cı il təvəllüdlü R. Məmmədovanı vurub.
Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Qəzada ölən piyadanın kimliyi dəqiqləşdirilir.
İlkin məlumata görə, piyadanı vuran yük avtomobili Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinə məxsusdur.
Həmçinin oxuyun
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Gəncədə qadın dəm qazından zəhərlənib
Gəncədə zəhərlənmə hadisəsi baş verib.Hadisə şəhər ərazisində qeydə alınıb.Belə ki, 1986-cı il təvəllüdlü R.Paşayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Qadına tibbi yadım göstərilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.Məlumata görə, 39 yaşlı qadın yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.Faktla bağlı araşdırma aparılır.
13 Dekabr 2025, 16:56
Azərbaycan gömrükçüləri mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlayıb
Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb.Bu barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən məlumat verilib.Bildirilib ki, idarənin əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində qızıl külçələrin, mobil telefon, fotoaparat və digər malların qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.Şarja-Bakı aviareyisi ilə gələn Azərbaycan Respublikası vətəndaşının çantalarına gömrük baxışı həyata keçirilib və gömrük orqanına bəyan edilməyən 2 ədəd mobil telefon, 3 ədəd fotoaparat, 10800 ədəd xarici markalı siqaret, 16 ədəd elektron siqaret, 10 ədəd qida əlavəsi, "Dyson" markalı saç feni və digər mallar aşkarlanıb.Gömrük nəzarəti tədbirləri zamanı sərnişinin özünü şübhəli apardığı müşahidə olunduğundan "Body-Scan" cihazı vasitəsilə yoxlama həyata keçirilib. Nəticədə həmin...
13 Dekabr 2025, 12:33
Gəncədə 72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalaraq ölüb
Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb.Hadisə şəhərin S.Qazıyev küçəsində baş verib.1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında - küçədə “VAZ-21011” markalı avtomobilini təmir edən zaman qaldırıcının qırılıb, nəticəsində avtomobil üzərinə düşüb. O, hadisə yerində ölüb.Faktla bağlı araşdırma aprılır.
13 Dekabr 2025, 11:25
Bakı–Quba yolunda ağır qəza, 1 nəfər ölüb
Bakı–Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.
13 Dekabr 2025, 10:50
Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Baku-Quba yolunun Yaşma bağları adlı yaşayış massivi ərazisindən keçən hissəsində qeydə alınıb.İlkin məlumata əsasən, yük avtomobili yolu keçən piyadanı (kişi) vurub. Nəticədə piyada (şəxsiyyəti dəqiqləşdirilir-red.) aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.Faktla bağlı araşdırma aparılır.
12 Dekabr 2025, 23:17
Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 12-də davam etdirilib.CityPost.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən...
12 Dekabr 2025, 22:01