Azərbaycan Dəmir Yollarında korrupsiya: RƏİS HƏBS EDİLDİ
Hadisə 02 Yanvar 2026, 23:03
260
Azərbaycan Dəmir Yolları QSC-də Yanacaq və Enerji Resurslarının İdarə Edilməsi Departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və ADY-nin İnfrastruktur Departamentinin Qatarların İdarə Edilməsi Xidmətinin İmişli lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti Famil Soltanov həbs edilib.
CityPost.az xəbər verir ki, onlar lokomotivlərin hərəkəti üçün ayrılmış tonlarla dizel yanacağı və yağı mənimsəyib satmaqda təqsirli biliniblər.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, rəsmi sənədlərə lokomotivlərin faktiki hərəkət etməməsinə və kifayət qədər yanacaq olmasına baxmayaraq, guya əlavə marşrutlar yerinə yetirilmiş kimi yalan məlumatlar daxil edilib. Həmin saxta sənədlər əsasında böyük həcmdə dizel yanacağı və yağ götürülərək satılıb, əldə olunan pul isə təqsirləndirilən şəxslər arasında bölünüb.
Müttəhimlərin qanunsuz əməlləri nəticəsində dövlət qurumuna 107 min manat ziyan dəyib. İbtidai və məhkəmə istintaqı vaxtı 58 yaşlı E. Sadıqov və 34 yaşlı F. Soltanov azadlıqda olublar. Onlara dəymiş ziyanı ödəmələri üçün şərait yaradılıb.
Həmçinin oxuyun
Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılan işdə müttəhimlər özlərini təqsirli biliblər. Eldəniz Sadıqov əlavə olaraq 70 ton dizel yanacağını mənimsədiyini etiraf edib, əməlindən utanc hissi keçirdiyini deyib.
Esmira Məmmədovanın sədrlik etdiyi məhkəmə kollegiyası yekunda ittihamları tam sübuta yetirilmiş hesab edib. Hakimlər belə qənaətə gəliblər ki, dəymiş ziyan tam ödənilmədiyindən təqsirləndirilən şəxslərin azadlıqda qalması mümkünsüzdür.
Hökmə əsasən, Eldəniz Sadıqov 6 il, Famil Soltanov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onların hər ikisi məhkəmə zalında həbs olunub. Bundan əlavə, dəymiş ziyanın qalan hissəsi-31 min 837 manat təqsirləndirilən şəxslərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.(Qafqazinfo)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanda ötən gün cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb
Azərbaycanda yanvarın 1-də cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, həmçinin ötən gün narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
02 Yanvar 2026, 17:24
Biri azyaşlı olmaqla 2 nəfər ölüb, 2 nəfər yaralanıb
Ötən gün Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1-i kişi, 2-si qadın olmaqla xəsarət alan 3 nəfər Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.Bu barədə Goranboy Rayon Mərkəzi Xəstəxanasının bildirilib.Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub."Xəsarət alan şəxslərdən 2 qadına zəruri tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 23:50 radələrində 2009-cu il təvəllüdlü azyaşlının ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb....
02 Yanvar 2026, 12:38
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.Bu barədə CityPost.az-a Ədliyyə Nazirliyindən bildirilib.Qeytd edilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən qəbristanlıqda torpağa basdırılaraq gizlədilmiş 1 ədəd nömrəsi silinmiş “AKS-74” tipli "Kalaşnikov" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 7,62 kalibrli avtomat gülləsi aşkar edilərək götürülüb....
02 Yanvar 2026, 12:33
Azərbaycanda ötən gün 26 cinayətin açılması təmin olunub
Azərbaycanda yanvarın 1-də 26 cinayətin açılması təmin edilib.Bu barədə CityPost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
02 Yanvar 2026, 12:03
Tovuzda göldən qadın meyiti tapılıb
Tovuzda göldə qadın meyiti aşkarlanıb.Hadisə rayonun Vahidli kəndində yerləşən göldə (Tovuzçay su anbarı) qeydə alınıb.Belə ki, sözügedən göldən rayon sakini 2000-ci il təvəllüdü N. Cəfərovanın meyiti tapılıb.Meyit aidiyyəti üzrə təhvil verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.Araşdırma zamanı qadının üzərində zorakılıq işləri aşkar edilməyib. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.
01 Yanvar 2026, 22:30
32 yaşlı kişi bayram gecəsi klubun qarşısında öldürüldü
Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən “Purple Karaoke & Live Bar” gecə klubunun qarşısında qətl törədilib.CİTYpOST.AZ xəbər verir ki, müştərilər arasında baş verən mübahisə qanla bitib.Yanvarın 1-i gecə 2 radələrində 36 yaşlı H.Məcidovla 32 yaşlı E.Rəcəbli arasında klubda mübahisə yaranıb. Daha sonra obyektin qarşısında H.Məcidov E.Rəcəblini bıçaqlayıb. Ağır xəsarət alan sonuncunun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.Hadisəni törətməkdə şübhəli bilinən H.Məcidov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda ilkin istintaq hərəkətləri aparılır....
01 Yanvar 2026, 21:33