Bizə yazın

Baku

-°C

USD

-

Goranboy sakini dəm qazından boğularaq ölüb 

Hadisə 10 Yanvar 2026, 10:51

422

Goranboyda 56 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, Goranboy rayon sakini, 1970-ci il təvəllüdlü N. İsmayılzadə yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb 

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 28 fakt müəyyən edilib.

10 Yanvar 2026, 13:57

Ötən gün polis əməkdaşları tərəfindən 31 kq narkotik vasitə aşkarlanıb 

Ötən gün polis əməkdaşları tərəfindən 31 kq narkotik vasitə aşkarlanıb.Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 1 kiloqramdan artıq heroin, 25,9 kiloqrama yaxın marixuana, 1,4 kiloqramdan artıq psixotrop maddə metamfetamin, 2,2 kiloqramdan artıq həşiş və yarım kiloqrama yaxın tiryək olub.

10 Yanvar 2026, 12:26

Ötən gün axtarışda olan 84 nəfər saxlanılıb 

Ötən gün axtarışda olan 84 nəfər saxlanılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, yanvarın 9-da ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

10 Yanvar 2026, 11:30

Daha bir neçə tiktokerlə bağlı cinayət işinə xitam verilib 

“Tiktok” əməliyyatı zamanı saxlanılan beş tiktoker barəsində cinayət işi ilə bağlı qərar qəbul edilib.APA-nın məlumatına görə, “Tiktok” əməliyyatı zamanı saxlanılan Vüqar Kərimov, “Magerramov” ləqəbli Əmrah Məhərrrəmov, "Vaqa" ləqəbli Vüqar Zeynalzadə, ”Xan” ləqəbli Əsgər Əlizadə, “Nuh” ləqəbli Nuh Məmmədzadənin cinayət işinə xitam verilib.Qeyd edək ki, bir neçə gün öncə Azər Zahid və köməkçisinin də cinayət işinə xitam verilmişdi.Tiktokerlər Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə təqsirli biliniblər....

09 Yanvar 2026, 12:37

Xırdalanda “Range Rover”ə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb 

Abşeron rayonu Xırdalan şəhəri ərazisində yaşayan sakinlərdən biri evinin qarşısında saxladığı “Range Rover” markalı avtomobilinin şüşələri və arxa işıqlarının sındırıldığı, həmçinin nəqliyyat vasitəsinin şinlərinin qəsdən yararsız hala salındığı barədə polisə məlumat verib.Daxili İşlər Nazirliyindən CityPost.az-a verilən məlumata görə, o, şikayətində hadisə zamanı əmlakına 11000 manat maddi ziyan dəydiyini bildirib.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 22 yaşlı C.Hüseynov saxlanılıb. Araşdırmalarla hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.Faktla bağlı araşdırmalar davam etdirilir....

08 Yanvar 2026, 21:09

Xırdalanda "Range Rover"ə 11 manatlıq ziyan vuran şəxs danışdı - Buna görə edib

Abşeron rayonu Xırdalan şəhərində "Range Rover" markalı avtomobilin şüşələrini və arxa farasını sındıran, eləcə də şinlərini yararsız hala salan şəxs saxlanılıb.CityPost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Avtomobilin sahibi zərərçəkən qismində polisə müraciət edərək hadisə zamanı əmlakına 11 min manat maddi ziyan dəydiyini bildirib. Keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 22 yaşlı C.Hüseynov saxlanılıb.Araşdırmalarla hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.Faktla bağlı araşdırmalar davam etdirilir....

08 Yanvar 2026, 17:30