Azərbaycanda Təhsil ocağında DƏHŞƏT- TƏLƏBƏ ÖLÜ TAPILDI
Hadisə 12 Yanvar 2026, 11:19
175
Gəncədə yeniyetmənin meyiti tapılıb.
CityPost.az xəbər verir ki, hadisə şəhərdə yerləşən peşə məktəblərinin birinin həyətində qeydə alınıb. Bu gün səhər saatlarında peşə məktəbinin həyətində 2008-ci il təvəllüdlü R.Bayramovun meyiti aşkarlanıb. Onun peşə məktəbinin tələbəsi olduğu bildirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. İlkin məlumata görə, 18 yaşlı gənc ürək tutmasından vəfat edib.
Faktla bağlı araşdırma aparılır. (Mənbə APA)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ağadadaş Ağayev amnistiya ilə - Cəzadan azad edildi
Baltanı cinayət alətinə çevirməklə xuliqanlıq etməkdə ittiham olunan Xalq artisti Ağadadaş Ağayev şərti cəzadan azad ediləcək.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müğənniyə amnistiya aktı tətbiq olunacaq.Ədliyyə Nazirliyinin Probasiya Xidməti məsələ ilə bağlı artıq məhkəməyə müraciət edib.Ağadadaş Ağayevin müdafiəçisi, tanınmış vəkil Asim Abbasov məlumatı saytımıza təsdiqləyib. Vəkil deyib ki, Probasiya Xidmətinin müvəkkilinə amnistiya aktının tətbiqi ilə bağlı müraciətinə bu gün baxılacaq.Qeyd edək ki, hadisə 2024-cü ilin iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə zamanı “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilova balta atıb. Mühafizəçi isə Xalq artistini döyüb.Binəqədi Rayon Məhkəməsinin hökmü ilə A.Ağayev 1 il sınaq müddəti seçilməklə 2 il, N.Cəlilov isə 2 il...
12 Yanvar 2026, 12:52
Bakıda 71 yaşlı qadın dəm qazından ölüb
Bakıda 71 yaşlı qadın dəm qazından zəhərlənib.Citypost.az xəbər verir ki, 1955-ci il təvəllüdlü Gülxar Qurban qızı Əhədova yaşadığı Keşlə qəsəbəsi, Kəndçi küçəsi, ev 8-in hamam otağında dəm qazı səbəbindən ölüb.Araşdırmalar aparılır.
12 Yanvar 2026, 11:02
Bakıda mağazadan meyit tapılıb
Bakıda mağazadan meyit tapılıb.CityPost.az xəbər verir ki, Binəqədi rayonu, C.Xəndan küçəsi 34-də yerləşən mağazada 1964-cü il təvəllüdlü Zabit Niftəli oğlu Əhmədovun meyiti tapılıb.Binəqədi rayon Prokurorluğunda onun ölüm səbəbləri araşdırılır.
12 Yanvar 2026, 10:55
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 28 fakt müəyyən edilib.
10 Yanvar 2026, 13:57
Ötən gün polis əməkdaşları tərəfindən 31 kq narkotik vasitə aşkarlanıb
Ötən gün polis əməkdaşları tərəfindən 31 kq narkotik vasitə aşkarlanıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 1 kiloqramdan artıq heroin, 25,9 kiloqrama yaxın marixuana, 1,4 kiloqramdan artıq psixotrop maddə metamfetamin, 2,2 kiloqramdan artıq həşiş və yarım kiloqrama yaxın tiryək olub.
10 Yanvar 2026, 12:26
Ötən gün axtarışda olan 84 nəfər saxlanılıb
Ötən gün axtarışda olan 84 nəfər saxlanılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, yanvarın 9-da ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
10 Yanvar 2026, 11:30