Gəncə-Qəbələ-Gəncə qatarı istifadəyə verilib
Cəmiyyət 12 Yanvar 2026, 10:15
242
Bu gündən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ilk dəfə Gəncə-Qəbələ-Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə başlayıb.
CityPost.az xəbər verir ki, bu, Gəncə-Mingəçevir-Gəncə marşrutundan sonra ADY-nin 2-ci regiondaxili sərnişindaşıma marşrutu olaraq bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsinə, regionlararası nəqliyyat bağlantısının və mobilliyin genişləndirilməsinə xidmət edəcək.
Marşrut üzrə sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmət göstərilir. Qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil edəcək.
Həmçinin oxuyun
Sərnişinlər ümumi uzunluğu 139 kilometr olan marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.
Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunur. Biletlərin minimal qiyməti Gəncə-Qəbələ istiqamətində 4,3 manat, Ləki-Qəbələ istiqamətində isə 1,7 manat təşkil edir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
MEDİA-nın yaradılmasından beş il ötür
1990-cı illərdə Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi ilə ölkədə müasir medianın formalaşması üçün də geniş imkanlar ortaya çıxdı. Aparılan köklü islahatlar nəticəsində senzura və söz azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı. Eyni zamanda, redaksiyaların davamlı inkişafı və iqtisadi müstəqilliyinin artırılması, jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.CityPost.az xəbər verir ki, Azərbaycan mediası bu dövr ərzində özünəməxsus inkişaf yolu keçərək, ölkədə və dünyada baş verənlər haqqında cəmiyyətin məlumatlandırılmasında, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal rol oynayıb. Müasir dövrdə isə cəmiyyətin bütün sahələrində aparılan köklü islahatlar, qlobal informasiya məkanında sürətlə...
12 Yanvar 2026, 11:51
Nazirlər Kabineti Aparatının ən yüksək rütbəli xanım məmuru kimdir? — DOSYE
Azərbaycanda idarəçilikdə kişilərlə bərabər xanımlar da mühüm rol oynayır.CityPost.az vəzifə tutan xanımlarla bağlı silsilə araşdırmalarını təqdim edir.Bu dəfə təqdim edəcəyimiz şəxs Nazirlər Kabineti Aparatının ən yüksək rütbəli xanım əməkdaşı ilə bağlıdır.2024-cü ildə Baş Nazir Əli Əsədovun sərəncamı ilə Sevinc Həsənova Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilib. Sevinc Həsənova 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakultəsini bitirib.Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb.1993-2006-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb, Nazirliyin Makroiqtisadi Siyasət Qrupunun üzvü olub, beynəlxalq...
12 Yanvar 2026, 11:34
Baş həkim işdən çıxarıldı
Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi Mətləb Musayev tutduğu vəzifədən azad edilib.Bununla bağlı müvafiq əmr imzalanıb.Hazırda baş həkim vəzifəsinə yeni təyinat yoxdur.Qeyd edək ki, M.Musayev müğənni Mənzurə Musayevanın qardaşıdır.Report
12 Yanvar 2026, 10:44
Elmar Vəliyevin qaynına yüksək vəzifə verildi
Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə Yevlax Gömrük Postunun rəisi Nazim İsayev Gəncə Gömrük İdarəsinin rəisi təyin olunub.CityPost.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Nazim İsayev Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qaynıdır.O, həmçinin Bərdənin icra başçısı Vidadi İsayevin kürəkənidir.
12 Yanvar 2026, 10:36
Kamran Əliyev Şirvanda vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev cari il yanvarın 16-da, saat 10:00-da Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhər, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayon sakinlərinin qəbulunu keçirəcək.Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şirvan şəhərinə gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər....
12 Yanvar 2026, 10:29
Yas məclisləri ilə bağlı QƏRAR - Bütün ölkə üzrə...
Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan verilməsi uzun illərdir ənənə halını alıb. Bir neçə ildir yas mərasimlərində bol süfrələrin açılması ciddi şəkildə tənqid edilir. Lakin hələ də yas mərasimlərində dəbdəbəli ehsan süfrələrini tam yığışdırmaq mümkün olmayıb. Qeyd edək ki, ictimaiyyət tərəfindən ciddi şəkildə müzakirə edilən bu məsələ israfçılıq, özünü göstərmə və s. kimi də qiymətləndirilir. Doğrudur, bəzi rayon və kəndlərdə yas mərasimləri zamanı yemək verilməsi dayandırılıb və hamı bir qayda ilə süfrəyə çay, limon, halva və xurma verir. Ancaq bu nümunə bəzi bölgələrdə tətbiq olunur. Bu günlərdə Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsinin ləğv edilməsi haqqında məlumat...
12 Yanvar 2026, 10:19