MEDİA-nın yaradılmasından beş il ötür
Cəmiyyət 12 Yanvar 2026, 11:51
173
1990-cı illərdə Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi ilə ölkədə müasir medianın formalaşması üçün də geniş imkanlar ortaya çıxdı. Aparılan köklü islahatlar nəticəsində senzura və söz azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı. Eyni zamanda, redaksiyaların davamlı inkişafı və iqtisadi müstəqilliyinin artırılması, jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
CityPost.az xəbər verir ki, Azərbaycan mediası bu dövr ərzində özünəməxsus inkişaf yolu keçərək, ölkədə və dünyada baş verənlər haqqında cəmiyyətin məlumatlandırılmasında, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal rol oynayıb. Müasir dövrdə isə cəmiyyətin bütün sahələrində aparılan köklü islahatlar, qlobal informasiya məkanında sürətlə baş verən dəyişikliklər və kommunikasiya vasitələrinin inkişafı medianın fəaliyyətində keyfiyyət dəyişikliyini zəruri edir.
Qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatların aparılmasına zərurət yaranıb.
Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılıb.
Medianın İnkişafı Agentliyi medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Müvafiq sahənin inkişafının təmini, bu sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində fəaliyyət, aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin əsas fəaliyyət istiqamətləridir.
Həmçinin oxuyun
Son illər Azərbaycanın media qurumları ilə Avropa ölkələrinin aparıcı informasiya agentlikləri arasında əməkdaşlıq əlaqələri getdikcə genişlənir, birgə layihələr, jurnalist mübadiləsi proqramları və təlimlər həyata keçirilir ki, burada da Medianın İnkişafı Agentliyinin rolu danılmazdır.
MEDİA, həmçinin qlobal informasiya məkanında meydana çıxan yeni çağırışları müzakirə etmək və ortaq məqsədlərə çatmaq üçün səmərəli platformalar olan bir sıra beynəlxalq tədbirlərin ölkəmizdə təşkilində də xüsusi fəallıq göstərir.
Yaradılmasından qısa müddət, beş il keçməsinə baxmayaraq, qurum Azərbaycan mediasının modernləşməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və şəffaf fəaliyyətinin təmin olunmasında mühüm nəticələrə imza atıb. Görülən işlərin nəticəsidir ki, Azərbaycan mediası getdikcə həm yerli, həm də beynəlxalq aləmdə etibarlı və peşəkar informasiya mənbəyi kimi mövqeyini gücləndirir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabahın hava proqnozu açıqlanıb
Sabah Azərbaycanda hava necə olacaq?Yanvarın 13-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı gözlənilir. 13-dən 14-ə keçən gecəyə doğru ayrı-ayrı yerlərdə intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.Havanın temperaturu gecə 5-7, gündüz 7-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə...
12 Yanvar 2026, 13:13
Hakim özü-özünə ETİRAZ edib
Qusar Rayon Məhkəməsinin hakimi Əli Cəlilov məhkəmə prosesində özü-özünə etiraz edib.CityPost.az Teleqraf-a istinadən xəbər verir ki, bu, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunan təqsirləndirilən şəxsin hazırlıq iclasında baş verib.Belə ki, ittiham aktında qeyd olunub ki, təqsirləndirilən şəxs tamah niyyəti ilə Qusar sakininin etibarından sui-istifadə edib və ümumilikdə 8500 manat pulunu ələ keçirib. Təqsirləndirilən şəxs zərərçəkənə onun oğlunun Qusar rayon Məhkəməsində CM-nin 152.1-ci maddəsi ilə olan cinayət işi üzrə yüngül cəza verdirəcəyini yalandan vəd verib.Nəticədə hazırlıq iclasına sədrlik edən Əli Cəlilov özü-özünə etiraz edib. Məhkəmə hesab edib ki, hazırki cinayət işində Qusar Rayon Məhkəməsinin adı hallandığından həmin işə...
12 Yanvar 2026, 12:49
Azərbaycanda keçən il övladlığa uşaq götürən subay şəxslərin sayı açıqlanıb
2025-ci ildə Azərbaycanda 13 subay şəxs övladlığa uşaq götürüb.CityPost.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun Dost tv-də çıxışı zamanı məlumat verilib.Sədr xatırladıb ki, Azərbaycanda subay şəxslər də övladlıq götürə bilər:"Bunun üçün müəyyən prosesdurlar var. Həm himayədar ailə, həm də övladlığa uşaq götürmə ilə bağlı elektron sistem var. Vətəndaş bu sistemə müraciət edir, daha sonra qiymətləndirmə başlayır. Onlar təlimlərə cəlb olunur və imtahan verirlər. Bütün tələblərə cavab verən şəxs bu hüquqa sahib olur"....
12 Yanvar 2026, 12:25
ARDNF-nin neft və qaz tranzitindən gəlirlərinin azalmasının əsas səbəbləri açıqlanıb
2025-ci il üzrə ARDNF-nun faktiki tranzit gəlirlərinin proqnozlaşdırılan xeyli aşağı olması və Rusiya–Ukrayna münaqişəsi səbəbindən tranzit marşrutlarının dayandırılması nəzərə alınaraq, tranzit gəlirləri 2026-cı il üçün faktiki daxilolmalar səviyyəsində proqnozlaşdırılıb.CityPost.az xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2026-cı il büdcəsinə verdiyi rəydə bildirilib.Qeyd edilib ki, nəticə etibarı ilə bu yanaşma proqnozların reallığa uyğunluğunu təmin edib. Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər istiqaməti üzrə 2025-ci ildə 25,4 mln. manat məbləğində daxilolma proqnozlaşdırılsa da, hesabat tarixinə cəmi 0,004 mln. manat vəsait qeydə alınmışdır. Palatanın əvvəlki illər üzrə rəylərində də bu istiqamət üzrə proqnozlaşdırmanın faktiki icra göstəricilərinə əsaslanmasının...
12 Yanvar 2026, 12:14
Əraqçi: İranda vəziyyət tamamilə nəzarətə götürülüb
İranda vəziyyət nəzarətə götürülüb.CityPost.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi xarici ölkə səfirləri ilə görüşündə deyib.O bildirib ki, etirazlar başlayandan - dekabrın 28-dən 30-na qədər etirazlar tamamilə dinc olub və etirazçıların əksəriyyəti ticarətlə məşğul olanlar olub."Bu müddət ərzində etirazlarçılar dinc yolla öz haqlı tələblərini bəyan edirdilər və etirazlarını ifadə edirdilər. İlk mərhələdə, bu üç gündə etirazçılarla hökumət arasında dialoq baş tutdu və etirazlar demək olar sona çatmaq nöqtəsində idi”, - Əraqçi bildirib.Nazir "sonradan etirazlara silahlanmış terrorçuların qoşulduğunu və beləliklə, dinc aksiyaların etiraz formasından çıxaraq iğtişaşa çevrildiyini" qeyd edib....
12 Yanvar 2026, 12:09
Nazirlər Kabineti Aparatının ən yüksək rütbəli xanım məmuru kimdir? — DOSYE
Azərbaycanda idarəçilikdə kişilərlə bərabər xanımlar da mühüm rol oynayır.CityPost.az vəzifə tutan xanımlarla bağlı silsilə araşdırmalarını təqdim edir.Bu dəfə təqdim edəcəyimiz şəxs Nazirlər Kabineti Aparatının ən yüksək rütbəli xanım əməkdaşı ilə bağlıdır.2024-cü ildə Baş Nazir Əli Əsədovun sərəncamı ilə Sevinc Həsənova Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilib. Sevinc Həsənova 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakultəsini bitirib.Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb.1993-2006-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb, Nazirliyin Makroiqtisadi Siyasət Qrupunun üzvü olub, beynəlxalq...
12 Yanvar 2026, 11:34