Azərbaycanda keçən il övladlığa uşaq götürən subay şəxslərin sayı açıqlanıb
Cəmiyyət 12 Yanvar 2026, 12:25
211
2025-ci ildə Azərbaycanda 13 subay şəxs övladlığa uşaq götürüb.
CityPost.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun Dost tv-də çıxışı zamanı məlumat verilib.
Sədr xatırladıb ki, Azərbaycanda subay şəxslər də övladlıq götürə bilər:
Həmçinin oxuyun
"Bunun üçün müəyyən prosesdurlar var. Həm himayədar ailə, həm də övladlığa uşaq götürmə ilə bağlı elektron sistem var. Vətəndaş bu sistemə müraciət edir, daha sonra qiymətləndirmə başlayır. Onlar təlimlərə cəlb olunur və imtahan verirlər. Bütün tələblərə cavab verən şəxs bu hüquqa sahib olur".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşüb
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüşüb.CityPost.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.K.Heydərov Azərbaycan ilə Fələstin arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan münasibətlərin yüksələn xətlə inkişaf etdiyini xatırladıb.Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlər, o cümlədən Fövqəladə Hallar Nazirliyinin strukturu və fəaliyyəti barədə səfirə ətraflı məlumat verən K.Heydərov, ötən il Bakıda keçirilmiş Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 58-ci və Baş Assambleyasının 3-cü növbədənkənar sessiyaları çərçivəsində Fələstin Dövlətinin mülki müdafiə üzrə baş direktoru Əkrəm Tavabta ilə görüşünün uyğun qurumlar arasında əməkdaşlığın...
12 Yanvar 2026, 14:19
İlham Əliyev Qanun imzaladı
Azərbaycanda hərbi xidmətin təşkili ilə bağlı qanunvericiliyə dəyişikliklər edilib. CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanun imzalayıb. Dəyişikliklərə əsasən, qanunvericilikdə “Hərbi xidmət haqqında” anlayışı “Hərbi vəzifə və hərbi xidmət haqqında” anlayışı ilə əvəz olunub. Bununla yanaşı, həqiqi hərbi xidmətin növləri dəqiqləşdirilib. Belə ki, müddətli həqiqi hərbi xidmət, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti və müddətdən artıq həqiqi hərbi xidmət əsas xidmət növləri kimi müəyyən edilib. Zabitlərlə bağlı müddəalarda da yeniliklər edilib. Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında könüllü hərbi xidmətə daxil olan zabitlər üçün xidmət müddəti 1 il müəyyən edilib....
12 Yanvar 2026, 14:05
İranı nə gözləyir? - Politoloq
Politoloq: ""SEPAH dəfələrlə İranı "qan içində boğub", Rusiya kimi xarici oyunçular isə..." Hazırda dünya mediasının diqqəti İran İslam Respublikasında baş verən etiraz aksiyalarına yönəlib. Müxtəlif siyasi və ictimai simalar, eyni zamanda, dövlət başçıları hadisələrlə bağlı subyektiv fikirlərini səsləndirməkdədirlər. Rusiyalı politoloq Qriqori Qolosov açıqlaması isə birmənalı qarşılanmayıb.Qolosov iddia edib ki, SEPAH hərəkətə keçsə, İran qan içində boğulacaq:”SEPAH İran hadisələrinin əsas oyunçusuna çevrilir. Onun İranı qana boyamaq üçün kifayət qədər gücü və motivasiyası var”.CityPost.az xəbər verir ki, mövzu ilə bağlı suallarını Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov cavablandırıb.-Tural müəllim, doğrudanmı, rusiyalı politoloq Qriqori Qolosovun dediyi kimi SEPAH "İranı qan içərisində...
12 Yanvar 2026, 13:53
“Tarqovu”da məşhur restoranın tavanı uçdu - Yaralanan var
Dünən axşam saatlarında Bakının Nizami küçəsində yerləşən “Bonte” restoranının tavanı uçub.CityPost.az Gununsesi.info-ya istinadən xəbər verir ki, hadisə nəticəsində işçilər xəsarət alıb.Restorana çağırılmış Təcili Tibbi Yardım başından xəsarət alan əməkdaşları xəstəxanaya çatdırıb, onların başlarına tikiş qoyulub.Sayt hadisə ilə bağlı “Bonte”nin sahibi ilə əlaqə saxlaya bilməyib, lakin restoranın administratoru Sani Quliyev faktı təsdiq edib. O bildirib ki, tavanın çökməsi nəticəsində 1 nəfər yaralanıb.Faktla bağlı araşdırma aparılır....
12 Yanvar 2026, 13:48
Sabahın hava proqnozu açıqlanıb
Sabah Azərbaycanda hava necə olacaq?Yanvarın 13-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı gözlənilir. 13-dən 14-ə keçən gecəyə doğru ayrı-ayrı yerlərdə intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.Havanın temperaturu gecə 5-7, gündüz 7-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə...
12 Yanvar 2026, 13:13
Hakim özü-özünə ETİRAZ edib
Qusar Rayon Məhkəməsinin hakimi Əli Cəlilov məhkəmə prosesində özü-özünə etiraz edib.CityPost.az Teleqraf-a istinadən xəbər verir ki, bu, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunan təqsirləndirilən şəxsin hazırlıq iclasında baş verib.Belə ki, ittiham aktında qeyd olunub ki, təqsirləndirilən şəxs tamah niyyəti ilə Qusar sakininin etibarından sui-istifadə edib və ümumilikdə 8500 manat pulunu ələ keçirib. Təqsirləndirilən şəxs zərərçəkənə onun oğlunun Qusar rayon Məhkəməsində CM-nin 152.1-ci maddəsi ilə olan cinayət işi üzrə yüngül cəza verdirəcəyini yalandan vəd verib.Nəticədə hazırlıq iclasına sədrlik edən Əli Cəlilov özü-özünə etiraz edib. Məhkəmə hesab edib ki, hazırki cinayət işində Qusar Rayon Məhkəməsinin adı hallandığından həmin işə...
12 Yanvar 2026, 12:49