Bakıda 71 yaşlı qadın dəm qazından ölüb
Hadisə 12 Yanvar 2026, 11:02
175
Bakıda 71 yaşlı qadın dəm qazından zəhərlənib.
Citypost.az xəbər verir ki, 1955-ci il təvəllüdlü Gülxar Qurban qızı Əhədova yaşadığı Keşlə qəsəbəsi, Kəndçi küçəsi, ev 8-in hamam otağında dəm qazı səbəbindən ölüb.
Həmçinin oxuyun
Araşdırmalar aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanda Təhsil ocağında DƏHŞƏT- TƏLƏBƏ ÖLÜ TAPILDI
Gəncədə yeniyetmənin meyiti tapılıb.CityPost.az xəbər verir ki, hadisə şəhərdə yerləşən peşə məktəblərinin birinin həyətində qeydə alınıb. Bu gün səhər saatlarında peşə məktəbinin həyətində 2008-ci il təvəllüdlü R.Bayramovun meyiti aşkarlanıb. Onun peşə məktəbinin tələbəsi olduğu bildirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. İlkin məlumata görə, 18 yaşlı gənc ürək tutmasından vəfat edib.Faktla bağlı araşdırma aparılır. (Mənbə APA)
12 Yanvar 2026, 11:19
Bakıda mağazadan meyit tapılıb
Bakıda mağazadan meyit tapılıb.CityPost.az xəbər verir ki, Binəqədi rayonu, C.Xəndan küçəsi 34-də yerləşən mağazada 1964-cü il təvəllüdlü Zabit Niftəli oğlu Əhmədovun meyiti tapılıb.Binəqədi rayon Prokurorluğunda onun ölüm səbəbləri araşdırılır.
12 Yanvar 2026, 10:55
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 28 fakt müəyyən edilib.
10 Yanvar 2026, 13:57
Ötən gün polis əməkdaşları tərəfindən 31 kq narkotik vasitə aşkarlanıb
Ötən gün polis əməkdaşları tərəfindən 31 kq narkotik vasitə aşkarlanıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 1 kiloqramdan artıq heroin, 25,9 kiloqrama yaxın marixuana, 1,4 kiloqramdan artıq psixotrop maddə metamfetamin, 2,2 kiloqramdan artıq həşiş və yarım kiloqrama yaxın tiryək olub.
10 Yanvar 2026, 12:26
Ötən gün axtarışda olan 84 nəfər saxlanılıb
Ötən gün axtarışda olan 84 nəfər saxlanılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, yanvarın 9-da ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
10 Yanvar 2026, 11:30
Goranboy sakini dəm qazından boğularaq ölüb
Goranboyda 56 yaşlı kişi dəm qazından boğularaq ölüb.Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, Goranboy rayon sakini, 1970-ci il təvəllüdlü N. İsmayılzadə yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
10 Yanvar 2026, 10:51