Bizə yazın

Baku

-°C

USD

-

Şəmkirdə kişini tok vuraraq öldürüb 

Hadisə 16 Aprel 2026, 09:38

506

Şəmkirdə kişini elektrik cərəyanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

Kənd sakini Rəhimov Səhman Rəhim oğlu elektrik cərəyanın təsirindən ölüb.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Naxçıvanda qaya uçqunu olub 

Naxçıvan Muxtar Respublikası Ordubad rayonunda qaya uçqunu qeydə alınıb.APA-nın yerli bürosu xəbər verir ki, intensiv yağışlar nəticəsində Pəzməri kənd avtomobil yolunun 24-cü kilometrliyində qaya parçaları yolun mərkəzi hissəsinə tökülüb.Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb, nəticədə yolun müəyyən hissəsində gediş-gəliş məhdudlaşdırılıb. İlkin məlumata görə, qaya parçaları qaz xəttini də sıradan çıxarıb.Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub. Hazırda qaya parçaları dağıdılaraq ərazidən yığışdırılır....

16 Aprel 2026, 10:38

Şamaxıda kişi dəm qazından həyatını itirdi

Şamaxıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.İlkin məlumata əsasən, kənd sakini 1987-ci il təvəllüdlü Əmirov Xanbaba Həmid oğlu dəm qazından zəhərlənərək dünyasını dəyişib.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

16 Aprel 2026, 09:00

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə hökm oxunub 

Dövlətə xəyanət etməkdə təqsirləndirilən Zamanlı İsmayıl Rafail oğlu barəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən başlanmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baxılıb.Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd olunub ki, İsmayıl Zamanlı Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunub. O, DTX tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb edilib.Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb....

15 Aprel 2026, 20:59

Bakıda azyaşlı boğazında qida qalması nəticəsində həyatını itirdi

Bakıda azyaşlı boğazında qida qalması nəticəsində ölüb.APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.Məlumata görə, 2024-cü il təvəllüdlü B.Əliyev yaşadığı M.Ə.Sabir küçəsindəki evdə boğazında qida qalması nəticəsində ölüb.Faktla bağlı araşdırma aparılır.

15 Aprel 2026, 13:34

İranın Qərbi Azərbaycan vilayətində 4,2 maqnitudalı zəlzələ olub 

İranın Qərbi Azərbaycan vilayətinin Piranşəhr rayonunda 4,2 maqnitudalı zəlzələ olub."Report" xəbər verir ki, bu barədə AFAD (Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi) məlumat yayıb.Qeyd olunub ki, zəlzələnin qeydə alındığı yer Şəmdinli (Hakkari) bölgəsindən 89.85 km məsafədədir.Məlumata görə, yeraltı təkanın dərinliyi 10,23 km olub.

15 Aprel 2026, 13:15

Azərbaycanda üç ayda 13 əcnəbi narkotiklə tutulub

Bu ilin yanvar-mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 44 fakt aşkar edilib.Citypost.az xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.Bildirilib ki, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 759 kq 474,815 qr narkotik vasitə çıxarılıb.Ümumilikdə, aşkar edilmiş cinayətlərin 54-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 625 kq 285,9 qr narkotik vasitə və psixotrop maddə və 1,2 qr güclü təsir edən maddə müsadirə...

15 Aprel 2026, 12:32