Bizə yazın

Baku

-°C

USD

-

Məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib

Cəmiyyət 16 Aprel 2026, 10:00

535

Azərbaycan vətəndaşı Hüseynova Sevinc Əlisəfa qızının ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Suraxanı rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə məktəb direktoru vəzifəsində işləyən Hüseynova Sevinc Əlisəfa qızının qulluq mövqeyindən istifadə etməklə dələduzluq yolu ilə bir neçə şəxsin ümumilikdə 69 min manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən Sevinc Hüseynovanın qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla, təkrar törədilməklə dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sevinc Hüseynova Türkiyənin ərazisində saxlanılıb.

Sevinc Hüseynovanın ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.

Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən Interpol ilə sıx əməkdaşlığı davam etdirir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əlibaba Əliyevə yüksək vəzifə verilib 

“Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” MMC-nin (Teleradio) rəhbəri dəyişib.Citypost.az xəbər verir ki, qurumda baş direktorunun müavini və baş direktor vəzifələrini müvəqqəti icra edən Teymur Əsgərzadə vəzifəsindən azad edilib.Onun yerinə bu vəzifə Əlibaba Əliyevə həvalə olunub.Qeyd edək ki, Ə.Əliyev eyni zamanda, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) marketinq və ictimaiyyətlə əlaqələr departamentinin direktorudur.T.Əsgərzadə isə bu vəzifəyə ötən ilin yanvar ayında təyin edilmişdi. (APA)...

16 Aprel 2026, 11:45

DSMF-nin rüblük gəlirləri və xərcləri açıqlanıb 

Bu ilin I rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2 milyard 132 milyon manat təşkil edib.Citypost.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıbMəlumata görə, bu, proqnozla müqayisədə 9 % və yaxyd 183 milyon manat çoxdur.Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 3 % və yaxud 41 milyon manat çox - 1 milyard 559 milyon manat olub.Yanvar-mart aylarında DSMF-nin xərcləri isə 2 milyard 53 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 10 % və yaxud 189 milyon manat çoxdur....

16 Aprel 2026, 11:23

Bakıda şadlıq sarayının fəaliyyəti dayandırılıb

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 7 ünvanında fəaliyyət göstərən “Səbinə” şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Qeyd edilib ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri, daxili yanğın kranları, lülə və atıcı şlanqlarla təmin edilməyib, obyektdə yanğın su hovuzu mövcud deyil, təxliyə planı tərtib edilməyib.“Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək...

16 Aprel 2026, 10:13

Azərbaycan Ermənistandan mal idxal etməyə başlayıb 

Bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib.Citypost.az  bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.Bundan başqa, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bunun 1 milyon 537 min dollarlıq hissəsi mart ayının payına düşüb.Ermənistana ixracdan əldə olunan gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib....

16 Aprel 2026, 10:00

Beynəlxalq axtarışa verilən məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib 

Beynəlxalq axtarışa verilən məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib.Bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Hüseynova Sevinc Əlisəfa qızının ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.Bakı şəhərinin Suraxanı rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə məktəb direktoru vəzifəsində işləyən Hüseynova Sevinc Əlisəfa qızının qulluq mövqeyindən istifadə etməklə dələduzluq yolu ilə bir neçə şəxsin ümumilikdə 69 min manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.Bu səbəbdən Sevinc Hüseynovanın qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan...

16 Aprel 2026, 09:51

Zaur Əliyev: Məktəb hücumlarında sosial media asılılığı riski artır

Kahramanmaraş və Şanlıurfada baş verən məktəb hücumları, eləcə də Azərbaycanda məktəbdə baş verən və dünyada artan bu təhlükəli hadisə elə belə şəxsi motivlər əsasında icra edilmir. Siz şəkildəki qrup yazışmalarına baxın, görün bu yeniyetmə və şagirdlər nələr danışırlar öz aralarındaBu proses uzun zamandır müxtəlif illərdə özünü göstərir. Lakin son zamanlar isə artmasının arxasında güclü bir sistem olduğunu düşünürəm və bu gün sosial media,   kompyuter və telefon oyunları,  vatsap, telegram və digər vasitələr ilə aparılır. Bu sistem  yeniyetmə və şagirdləri psixoloji asılılığa salır və sonda ondan özünə və ya başqalarına qarşı zorakılıq etməsini, yaxud mülkiyyətə zərər vurmasını tələb edirBunu serialar, kriminal dünya və...

16 Aprel 2026, 09:37