Bizə yazın

Baku

-°C

USD

-

Əfqanıstan və İranın idarəçilik modeli və məzhəb əsasları - Tural İrfan yazır...

Siyasət 16 Aprel 2026, 08:05

491

Müsəlman ölkəsi olsalar da nə Əfqanıstan, nə də İran İslam dövləti deyil. Əfqanıstanda əhalinin 10 - 20%-i şiədir. Taliban qanunlarına görə şiə yaxud qeyri - Hənəfi məzhəbindən olan müsəlman vətəndaş dövlət rəhbəri ola bilməz. Ona görə də Əfqanıstan hazırda İslam Əmirliyi deyil, Hənəfi - sünni Əmirliyidir əslində. İranda 10-15% sünni var. Eyni zamanda İran konstitusiyasına görə nə prezident, nə ali dini lider, nə də ali dini lideri seçən ekspertlər şurasının üzvləri qeyri - şiə, daha doğrusu Cəfəri məzhəbindən başqa məzhəbə əqidə bəsləyən müsəlman, məsələn sünni ola bilməz. Hətta İsmaili, Zeydi, Nuseyri ənənəvi şiə məzhəblərinə etiqad edən şiələr də bu postlara seçilə bilməzlər. 1979-cu ildən bu yana heç vitse-prezident postuna da sünni müsəlman gələ bilməzdi. Yalnız Məsud Pezeşkiyan rejim tarixində ilk nümunə göstərib sünni Əbdülkərim Hüseynzadəni müavin təyin edib. Bu baxımdan İran de-yure, de-fakto İslam Respublikası yox, İran Cəfəri - şiə Respublikasıdır. Sadəcə dünyanı aldadıb adını İslam qoyublar. Təbii ki, Cəfəri məzhəbi də 2-ci Şah İsmayılın, Nadir şahın təqdim etdiyi əsl formasında deyil, təhrif olunmuş və siyasiləşdirilmiş formada təqdim olunur. Eynilə Əfqanıstanda Taliban da Hənəfi məzhəbini təhrif edib, sərtləşdirib, məzhəbin reformist özəlliyini sələfisayaq radikallıqla əvəzləyib.

Pakistan isə əsl İslam Respublikası adını və özəlliyini tam özündə ehtiva edir. Əhalinin böyük çoxluğu sünni - Hənəfi, 10-15 %-i şiədir. 7 İmamlı İsmaili məzhəbi mənsubları şiələr arasında çoxluq təşkil edir. Lakin Pakistan qanunlarına görə şiə prezidentin seçilməsinə heç bir əngəl yoxdur və indiyədək ölkənin aşağıdakı prezidentləri şiə məzhəbindən olub.

1. İskəndər Mirzə (1956–1958): Pakistanın ilk prezidenti. O, şiə müsəlman ailəsindən gəlirdi və onun ailəsi Bengalın şiə zadəgan ailələrindən biri hesab olunurdu.

2. Yəhya Xan (1969–1971): Pakistanın 3-cü prezidenti. Tarixi mənbələrdə onun nominal olaraq şiə olduğu, lakin dini rituallara qarşı liberal yanaşdığı bildirilir.

3. Zülfüqar Əli Bhutto (1971–1973): Prezident (və daha sonra Baş nazir) olan Bhuttonun ailə kökləri ilə bağlı müxtəlif fikirlər olsa da, bir çox mənbə onun şiə ailəsindən olduğunu və ya ən azından həyat yoldaşı Nüsrət Bhuttonun və anasının şiə olması səbəbiylə bu icma ilə sıx bağlılığını qeyd edir. Pakistanın nüvə silahı əldə etməsi məhz bu prezidentin qətiyyəti ilə bağlıdır. 

4. Asif Əli Zərdari (2008–2013): Pakistanın 14-cü prezidenti. O, Pakistan tarixində iki dəfə prezident seçilən ilk şəxsdir. Zərdari tanınmış şiə ailəsindən gəlir və özü də şiədir. 

5. Pakistanın qurucusu Məhəmməd Əli Cinnahın da şiə (İsmaili, sonra isə On iki imamı Cəfəri) ailəsindən olduğu məlumdur, lakin o, dövlət başçısı (prezident) deyil, Pakistanın general qubernatoru olmuşdur. 

Tarixdə mövcud olmuş teokratik əsaslı şiə və sünni dövlətlər özlərinə İslam adı götürmürdülər. Çünki bütöv müsəlmanları deyil, hüquq sisteminə və ideoloji xəttinə əsaslandıqları məzhəbi yaxud soyu təmsil edirdilər. Büveyhilər, İdrisilər, Qərmətilər, Fatimilər, Səfəvilər şiə dövləti idi. Rüstəmilər nə sünni, nə şiə, ibadiyyə məzhəbindəndi. Əməvilər sünni, Abbasilər əvvəldə şiə, sonra sünni, arada qısa müddət, 3 xəlifə dövründə Mötəzilə məzhəbinin ideologiyasına əsaslanırdı. Səlcuqlular, Əyyubilər, Ağqoyunlular, Osmanlılar, Şirvanşahlar sünni əqidəli idilər. Hər halda orta əsrlərdə müsəlman dövlətlərinin siyasi - ideoloji əsasları hansısa məzhəbə, hüquq sistemi də o məzhəbin fiqhinə söykənirdi. Lakin özlərini "İslam xilafəti", "İslam əmirliyi", "İslam dövləti" elan etmirdilər. Məsələn, "Abbasilər xilafəti", "Fatimilər xilafəti" kimi qəbul olunurdu.

Həmin ənənənin günümüzə daşınmış formaları bu gün "İslam dövləti" adı altında meydana çıxır, lakin tamamilə yanlış, Qurana zidd və siyasətə qurban verilmiş formada.

Məzhəbçilik, ayrı-seçkilik bu gün müsəlmanları mövcud zəlil vəziyyətə saldı və xarici düşmənlərin əlinə fürsət verdi. Bütün müsəlmanlara bərabər yanaşan, fərq qoymadan obyektiv münasibət sərgiləyən İslam dövləti hazırda yeganə olaraq Pakistan İslam Respublikasıdır. Omanda da teokratik sistem olmasa belə, Sultanlıq qanunlarına görə istənilən İslam məzhəbinə əqidə bəsləyən Oman əsilli müsəlman vətəndaş ölkənin lideri ola bilər. Baxmayaraq ki, Omanın əksəriyyəti nə sünni, nə də şiədir. İbadiyyə məzhəbinə etiqad edirlər. Lakin müsəlman aləmində baş verən hadisələrlə bağlı Türkiyə ilə yanaşı ən ciddi şəkildə danışıqlara, sülhə təşviq edən, səy göstərən Oman və Pakistandır. Bu xarakterə görə İran - ABŞ danışıqları müharibədən əvvəl Omanda, indi isə Pakistanda keçirilir. 

Xülasə, Əfqanıstan hənəfi - sünni əmirliyi, İran isə cəfəri - şiə dövlətidir. Əfqanıstanda qeyri - hənəfi rəhbər vəzifə tuta bilməz, İranda isə qeyri - cəfəri yüksək post tuta bilməz. Demək bu dövlətlər ümumi müsəlmanları, İslamı deyil, sadəcə bir məzhəbi təmsil edirlər. Lakin Pakistanda isə qeyd etdiyimiz kimi tamamilə fərqli, Qurana, İslama və ümumi müsəlmanların mənafeyinə uyğun dövlət sistemi fəaliyyət göstərir.

Ancaq bütün hallarda ən doğru olan, bütün hüquqların bərabər şəkildə qorunmasına imkanın olduğu sistemlər dünyəvi, sekulyar, hüquqi, demokratik idarə üsullarıdır. Teokratik sistemin bir nümunəsi bu günkü İran, digər nümunəsi isə bu günkü Əfqanıstandadır. Hər oxuyan Molla Pənah olmadığı kimi hər İslam dövləti də Pakistan ola bilmir.

Tural İRFAN

Dinşünas - yazar

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azər Ayxan Macarıstanın yeni geosiyasi xəttindən yazdı

Globalinfo.az saytının təsisçisi, jurnalist və politoloq Azər Ayxan Macarıstanın dünya siyasətindəki rolu ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki. jurnalist bildirib ki, Macarıstan son onilliklərdə beynəlxalq proseslərə ciddi təsir göstərən ölkələrdən biridir. Onun sözlərinə görə, 1989-cu ildə Macarıstanın Avstriya ilə sərhədləri açması “dəmir pərdə”nin zəifləməsində və sosialist blokun dağılmasında mühüm rol oynayıb.Azər Ayxan qeyd edib ki, həmin qərar ardınca Avropada geniş siyasi dəyişikliklərə yol açıb və nəticədə SSRİ-nin süqutu ilə yekunlaşan proseslər sürətlənib.Son illərdə isə Macarıstanın Avropa İttifaqının ümumi siyasətindən fərqli mövqe sərgilədiyini, xüsusilə Viktor Orban rəhbərliyində daha müstəqil xarici siyasət xətti izlədiyini vurğulayıb.Politoloqun sözlərinə görə, Macarıstanın Türk Dövlətləri Təşkilatınə...

16 Aprel 2026, 10:51

Aydın Quliyev: Türkiyədə ictimai gərginlik təhlükəli həddə çatır

“Bakı-Xəbər” qəzetinin baş redaktoru, jurnalist, politoloq və siyasətçi Aydın Quliyev Türkiyədə baş verən silahlı məktəb insidentləri ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, Şanlıurfa və Qəhrəmanmaraşda məktəblərə silahlı basqınların baş verməsi sıradan hadisə deyil və ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, hadisə ilə bağlı saxlanılanlar arasında valideyn-polis əməkdaşının olması məsələnin daha da diqqətçəkən tərəfidir.Aydın Quliyev qeyd edib ki, bu cür hadisələrdən sonra konkret qurumlarda istefalar və məsuliyyətin müəyyənləşdirilməsi gözlənilsə də, əvəzində yalnız “gurultulu bəyanatlar” səsləndirilir.Baş redaktor əlavə edib ki, Türkiyənin daxili ictimai və siyasi mühitində münasibətlərin sürətlə gərginləşdiyi müşahidə olunur. Onun fikrincə, ictimai qruplar və siyasi partiyalar...

16 Aprel 2026, 10:36

Ekspert: İran–ABŞ qarşıdurması atəşkəs mərhələsinə keçir

Hüquqşünas, vəkil Fərhad Mehdiyev İran–ABŞ münasibətlərində son vəziyyətlə bağlı qiymətləndirmə aparıb.Citypost.az xəbər verir ki, vəkil bildirib ki, İran və ABŞ arasında aktiv müharibə fazasının başa çatdığını qeyd etmək olar. Onun sözlərinə görə, münaqişə artıq mümkün eskalasiya həddinə çatıb. Fərhad Mehdiyev vurğulayıb ki, İrana desant çıxarılması cəhdi uğursuz olub, eyni zamanda Hörmüz boğazı üzərindən blokada planı da nəticə verməyib. ABŞ-ın İrana qarşı geniş beynəlxalq koalisiya formalaşdıra bilmədiyini qeyd edən hüquqşünas əlavə edib ki, ABŞ-da seçki dövrünün yaxınlaşması və Donald Trump üçün müəyyən edilən 60 günlük müddətin tamamlanması da proseslərə təsir edir.Ekspert hesab edir ki, tərəflər arasında qalıcı sülh razılaşması deyil, daha...

16 Aprel 2026, 10:24

Xəqani Cəfərli: Siyasətdə ifrat emosiyalar cəmiyyət üçün təhlükə yaradır

Politoloq Xəqani Cəfərli sosial şəbəkədə paylaşdığı açıqlamada siyasətdə ifrat emosiyaların təhlükələrinə diqqət çəkib.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, siyasətdə həddindən artıq sevgi və ya nifrət cəmiyyət üçün ciddi risklər yaradır. Onun sözlərinə görə, bu cür ifrat hisslər müəyyən qüvvələr tərəfindən kütlələri yönləndirmək və öz məqsədlərini həyata keçirmək üçün əlverişli şərait yaradır. Politoloq qeyd edib ki, belə tendensiyalar Azərbaycan cəmiyyətinin uzun illər ərzində formalaşmış mədəni inkişafına ciddi zərbə vura bilər.Xəqani Cəfərli İran nümunəsinə istinad edərək vurğulayıb ki, İran İslam İnqilabı qısa müddətdə baş verməyib, bu proses uzun illər ərzində formalaşan ideoloji zəmin üzərində qurulub. Onun fikrincə, teokratik düşüncə əvvəlcə cəmiyyətin...

16 Aprel 2026, 10:13

Deputat: Rusiya Azərbaycanın tələblərini qəbul etməyə məcbur oldu

Azərbaycanın prinsipial siyasəti nəticəsində mühüm diplomatik nəticə əldə olunub. Rusiya tərəfinin AZAL təyyarəsinin vurulması ilə bağlı kompensasiya ödəməyə razılaşması ölkənin qətiyyətli mövqeyinin göstəricisi kimi qiymətləndirilir.Citypost.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.Deputat əlavə edib ki, rəsmi Moskva uzun müddət bu məsuliyyətdən yayınmağa çalışsa da, nəticədə Azərbaycanın tələblərini qəbul etməyə məcbur olub. Onun sözlərinə görə, bu prosesdə Prezident İlham Əliyev prinsipial və ardıcıl mövqe nümayiş etdirib.Deputat qeyd edib ki, əldə olunan nəticə Azərbaycanın regionda artan gücünün və beynəlxalq nüfuzunun göstəricisidir. Onun fikrincə, bu hadisə bir daha sübut edir ki, Azərbaycan öz milli maraqlarını qətiyyətlə müdafiə edir və...

16 Aprel 2026, 10:09

Natiq Cəfərli: AZAL qəzası üzrə Rusiya ilə razılaşma normallaşma üçün mühüm addımdır

Ötən gün Rusiya “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı kompensasiyanın ödənilməsi də daxil olmaqla, hadisədən irəli gələn məsələlərin həlli barədə Azərbaycanla razılığa gəlib.Məsələ ilə bağlı REAL Partiyasının sədri Natiq Cəfərli şərh verib.Citypost.az xəbər verir ki, siyasətçi bildirib ki, Rusiya nəhayət məntiqsiz inkardan və haqsız mövqedən geri çəkilərək üzrxahlıq edib və kompensasiya məsələsi həll olunub. Cəfərli bu addımı iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm inkişaf kimi qiymətləndirib.Onun sözlərinə görə, Azərbaycan balanslı xarici siyasət kursunu qoruyaraq nə “pro-Rusiya”, nə də “anti-Rusiya” mövqeyinə yuvarlanmayıb. O vurğulayıb ki, münasibətlər qarşılıqlı maraqlar və hörmət...

16 Aprel 2026, 09:55