Ekspert: İran–ABŞ qarşıdurması atəşkəs mərhələsinə keçir
Siyasət 16 Aprel 2026, 10:24
523
Hüquqşünas, vəkil Fərhad Mehdiyev İran–ABŞ münasibətlərində son vəziyyətlə bağlı qiymətləndirmə aparıb.
Citypost.az xəbər verir ki, vəkil bildirib ki, İran və ABŞ arasında aktiv müharibə fazasının başa çatdığını qeyd etmək olar. Onun sözlərinə görə, münaqişə artıq mümkün eskalasiya həddinə çatıb. Fərhad Mehdiyev vurğulayıb ki, İrana desant çıxarılması cəhdi uğursuz olub, eyni zamanda Hörmüz boğazı üzərindən blokada planı da nəticə verməyib. ABŞ-ın İrana qarşı geniş beynəlxalq koalisiya formalaşdıra bilmədiyini qeyd edən hüquqşünas əlavə edib ki, ABŞ-da seçki dövrünün yaxınlaşması və Donald Trump üçün müəyyən edilən 60 günlük müddətin tamamlanması da proseslərə təsir edir.
Ekspert hesab edir ki, tərəflər arasında qalıcı sülh razılaşması deyil, daha çox atəşkəs variantı real görünür. Onun fikrincə, bunun əsas səbəblərindən biri İranın İsraillə bir masa arxasında əyləşmək istəməməsi və İsrailin də sülh razılaşmasına meylli olmamasıdır. Bununla belə, Fərhad Mehdiyev İran və İsrailin dialoqdan imtina etməsinin strateji baxımdan düzgün olmadığını düşünür, çünki bu yanaşma İsrail üzərinə hər hansı öhdəlik qoyulmasını çətinləşdirir.
Həmçinin oxuyun
O, əsas məsələlərdən birinin Hörmüz boğazı üzərindən nəqliyyatın bərpası olduğunu bildirib və böyük ehtimalla bu marşrutun açılacağını qeyd edib. Hüquqşünasın sözlərinə görə, İran bu məsələni danışıqlar prosesində əsas bazarlıq aləti kimi saxlayır.
Fərhad Mehdiyev diqqət çəkən digər məqam kimi Suriyanın cənubunda druzların müstəqillik hərəkatına başlamasını göstərib. O qeyd edib ki, silahlı qrupların aktivləşməsi və İsrail bayraqlarının qaldırılması regionda yeni gərginlik ocağı yarada bilər. Ekspert hesab edir ki, Suriyada parçalanma və yeni daxili müharibə ehtimalı artır və bu prosesə həm İsrail, həm də Türkiyə müdaxilə edə bilər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azər Ayxan Macarıstanın yeni geosiyasi xəttindən yazdı
Globalinfo.az saytının təsisçisi, jurnalist və politoloq Azər Ayxan Macarıstanın dünya siyasətindəki rolu ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki. jurnalist bildirib ki, Macarıstan son onilliklərdə beynəlxalq proseslərə ciddi təsir göstərən ölkələrdən biridir. Onun sözlərinə görə, 1989-cu ildə Macarıstanın Avstriya ilə sərhədləri açması “dəmir pərdə”nin zəifləməsində və sosialist blokun dağılmasında mühüm rol oynayıb.Azər Ayxan qeyd edib ki, həmin qərar ardınca Avropada geniş siyasi dəyişikliklərə yol açıb və nəticədə SSRİ-nin süqutu ilə yekunlaşan proseslər sürətlənib.Son illərdə isə Macarıstanın Avropa İttifaqının ümumi siyasətindən fərqli mövqe sərgilədiyini, xüsusilə Viktor Orban rəhbərliyində daha müstəqil xarici siyasət xətti izlədiyini vurğulayıb.Politoloqun sözlərinə görə, Macarıstanın Türk Dövlətləri Təşkilatınə...
16 Aprel 2026, 10:51
Aydın Quliyev: Türkiyədə ictimai gərginlik təhlükəli həddə çatır
“Bakı-Xəbər” qəzetinin baş redaktoru, jurnalist, politoloq və siyasətçi Aydın Quliyev Türkiyədə baş verən silahlı məktəb insidentləri ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, Şanlıurfa və Qəhrəmanmaraşda məktəblərə silahlı basqınların baş verməsi sıradan hadisə deyil və ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, hadisə ilə bağlı saxlanılanlar arasında valideyn-polis əməkdaşının olması məsələnin daha da diqqətçəkən tərəfidir.Aydın Quliyev qeyd edib ki, bu cür hadisələrdən sonra konkret qurumlarda istefalar və məsuliyyətin müəyyənləşdirilməsi gözlənilsə də, əvəzində yalnız “gurultulu bəyanatlar” səsləndirilir.Baş redaktor əlavə edib ki, Türkiyənin daxili ictimai və siyasi mühitində münasibətlərin sürətlə gərginləşdiyi müşahidə olunur. Onun fikrincə, ictimai qruplar və siyasi partiyalar...
16 Aprel 2026, 10:36
Xəqani Cəfərli: Siyasətdə ifrat emosiyalar cəmiyyət üçün təhlükə yaradır
Politoloq Xəqani Cəfərli sosial şəbəkədə paylaşdığı açıqlamada siyasətdə ifrat emosiyaların təhlükələrinə diqqət çəkib.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, siyasətdə həddindən artıq sevgi və ya nifrət cəmiyyət üçün ciddi risklər yaradır. Onun sözlərinə görə, bu cür ifrat hisslər müəyyən qüvvələr tərəfindən kütlələri yönləndirmək və öz məqsədlərini həyata keçirmək üçün əlverişli şərait yaradır. Politoloq qeyd edib ki, belə tendensiyalar Azərbaycan cəmiyyətinin uzun illər ərzində formalaşmış mədəni inkişafına ciddi zərbə vura bilər.Xəqani Cəfərli İran nümunəsinə istinad edərək vurğulayıb ki, İran İslam İnqilabı qısa müddətdə baş verməyib, bu proses uzun illər ərzində formalaşan ideoloji zəmin üzərində qurulub. Onun fikrincə, teokratik düşüncə əvvəlcə cəmiyyətin...
16 Aprel 2026, 10:13
Deputat: Rusiya Azərbaycanın tələblərini qəbul etməyə məcbur oldu
Azərbaycanın prinsipial siyasəti nəticəsində mühüm diplomatik nəticə əldə olunub. Rusiya tərəfinin AZAL təyyarəsinin vurulması ilə bağlı kompensasiya ödəməyə razılaşması ölkənin qətiyyətli mövqeyinin göstəricisi kimi qiymətləndirilir.Citypost.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.Deputat əlavə edib ki, rəsmi Moskva uzun müddət bu məsuliyyətdən yayınmağa çalışsa da, nəticədə Azərbaycanın tələblərini qəbul etməyə məcbur olub. Onun sözlərinə görə, bu prosesdə Prezident İlham Əliyev prinsipial və ardıcıl mövqe nümayiş etdirib.Deputat qeyd edib ki, əldə olunan nəticə Azərbaycanın regionda artan gücünün və beynəlxalq nüfuzunun göstəricisidir. Onun fikrincə, bu hadisə bir daha sübut edir ki, Azərbaycan öz milli maraqlarını qətiyyətlə müdafiə edir və...
16 Aprel 2026, 10:09
Natiq Cəfərli: AZAL qəzası üzrə Rusiya ilə razılaşma normallaşma üçün mühüm addımdır
Ötən gün Rusiya “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı kompensasiyanın ödənilməsi də daxil olmaqla, hadisədən irəli gələn məsələlərin həlli barədə Azərbaycanla razılığa gəlib.Məsələ ilə bağlı REAL Partiyasının sədri Natiq Cəfərli şərh verib.Citypost.az xəbər verir ki, siyasətçi bildirib ki, Rusiya nəhayət məntiqsiz inkardan və haqsız mövqedən geri çəkilərək üzrxahlıq edib və kompensasiya məsələsi həll olunub. Cəfərli bu addımı iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm inkişaf kimi qiymətləndirib.Onun sözlərinə görə, Azərbaycan balanslı xarici siyasət kursunu qoruyaraq nə “pro-Rusiya”, nə də “anti-Rusiya” mövqeyinə yuvarlanmayıb. O vurğulayıb ki, münasibətlər qarşılıqlı maraqlar və hörmət...
16 Aprel 2026, 09:55
Qulamhüseyn Əlibəyli: ABŞ–İran danışıqlarında pərdəarxası diplomatik razılaşma ehtimalı güclənir
Siyasi şərhçi, keçmiş deputat Qulamhüseyn Əlibəyli ABŞ–İran danışıqları və regionda baş verən son proseslərlə bağlı geniş açıqlama verib.Citypost.az xəbər verir ki, şərhçi bildirib ki, Pakistanın vasitəçiliyi ilə keçirilən ilk ABŞ–İran danışıqlarının konkret nəticə olmadan yekunlaşması gözlənilən idi. Onun sözlərinə görə, tərəflər danışıqlara başlamazdan əvvəl artıq maksimalist tələblər irəli sürmüş, həm Vaşinqton, həm də Tehran öz mövqelərini “qalib” ritorikası üzərindən formalaşdırmışdı. Bu isə ilkin mərhələdə real kompromisin əldə olunmasını çətinləşdirirdi.Qulamhüseyn Əlibəyli qeyd edib ki, belə formatlı danışıqlarda ilk raund adətən nəticə deyil, mövqelərin test edilməsi mərhələsi olur. Tərəflər bu mərhələdə bir-birinin “qırmızı xətlərini” yoxlayır, qarşı tərəfin reaksiyasını ölçür və öz tələblərini...
16 Aprel 2026, 09:26