Bizə yazın

Baku

-°C

USD

-

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi 

Hadisə 04 Sentyabr 2026, 14:22

3578

Bakıda məktəbli qıza qarşı əxlaqsızlıq hərəkətləri etmiş şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 2000-ci il təvəllüdlü V.Abbasova hökm oxunub.

O, Cinayət Məcəlləsinin 150.2-1.1-ci (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq əməlləri) maddəsi ilə təqsirli bilinib.

Məlum olub ki, V.Abbasov paytaxtın Qaradağ rayonunun Qızıldaş qəsəbə sakinidir və “Sədərək” ticarət mərkəzində satıcı kimi işləyib. O, Lökbatan qəsəbəsində olarkən avtobusdan düşən 17 yaşlı məktəbli qızı görüb və izləyib. Qızın ardınca binanın dəhlizinə daxil olan 26 yaşlı oğlan ona hücum edərək ağzını bağlayıb və seksual xarakterli zorakılıq hərəkətləri törədib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Abbasova 5 il həbs cəzası verilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb

Sumqayıt şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.Belə ki, idarəetmədən çıxan "Chevrolet" markalı minik avtomobili yoldan keçən piyadaları vurub, daha sonra səkiyə çırpılıb.Qəza nəticəsində üç nəfər xəsarət alıb. Onlar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.Toqquşmadan sonra avtomobildə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.Yanğın söndürülüb, alovun ətrafdakı digər avtomobillərə keçməsinin qarşısı alınıb.Hadisənin başvermə səbəbləri araşdırılır....

24 Oktyabr 2026, 16:10

Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə belə xilas edildi 

Tovuz şəhəri, Xəqani Şirvani küçəsində yerləşən yaşayış binasında körpə mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.Citypost.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə məlumat daxil olub.Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını açaraq 7 aylıq körpəni valideynlərinə təhvil veriblər....

24 Oktyabr 2026, 15:37

Gəncədə qadın əri tərəfindən bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 1966-cı il təvəllüdlü X.Məmmədli bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.Məlumata görə, X.Məmmədlini həyat yoldaşı 1965-ci il təvəllüdlü A.Məmmədov aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.Hazırda hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədovun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.Faktla bağlı araşdırma aparılır....

24 Oktyabr 2026, 13:10

Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb

Bakıda kütləvi dava olub.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb.Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.Qeyd edək ki, mediada yayılan məlumata görə, hadisə Xətai rayonu ərazisində baş verib. Bir nəfərin öldüyü bildirilir.

24 Oktyabr 2026, 11:38

Azərbaycanda ötən gün 50 şübhəli saxlanılıb

Oktyabrın 23-də Azərbaycanda polis tərəfindən cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin edilib.Axtarışda olduğuna görə ümumilikdə 127 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Bundan başqa, narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.Həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Dələduzluğa görə axtarışda olan...

24 Oktyabr 2026, 10:59

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb.Citypost.az , Zaqatala rayonunda yerləşən evdən pul oğurlanması barədə polisə məlumat daxil olub.Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R.Musayev müəyyən edilərək saxlanılıb.Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib.Faktla bağlı cinayət işi başlanılıb. R.Musayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

24 Oktyabr 2026, 09:43