Bizə yazın

Baku

-°C

USD

-

Mehman Məmmədovun şikayəti təmin olundu

Hadisə 03 Fevral 2025, 15:42

13013

 

İbadət Məhərrəmovun barəsində aparılan araşdırma Baş İstintaq İdarəsinə həvalə olundu.

 

Ağstafa rayon Köçəsgər kənd sakini  Mehman  Məmmədovun  iddiasına  görə, tanışı şəmkirli iş adamı İbadət Məhərrəmov  ondan oğlu Sərxan Məmmədovun    yüngül  cəza veriləcəyi adı ilə   58 min manat və 4500 ABŞ dolları pulunu aldatma yolu ilə ələ keçirdiyinə dair dəfələrlə ətraflı məlumat vermişdik.

 

CityPost.az  xəbər verir  ki,Mehman Məmmədovun dediyinə görə, aldatma yolu ilə ələ keçirdiyi pulları İbadət Məhərrəmovdan dəfələrlə  geri tələb etsə də, O danışıqlar yolu ilə vaxt udmağa çalışmış və nəticədə aldığı pulları geri qaytarmaqdan imtina etmişdir.  Əlacsız qalan  zərərçəkən  Mehman  Məmmədov   məruz qaldığı dələduzluq əməli ilə bağlı  Baş  Prokurorluğa müraciət edib.

 

Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Azər Kazımov tərəfindən araşdırılan iş hadisənin baş verdiyi əraziyə -aiddiyatı üzrə Tovuz Rayon Polis Şöbəsinə göndərilmişdir.

 

Cinayət İşi Tovuz Rayon Polis Şöbəsinin  müstəntiqi baş polis leytenantı  Elnar Məmmədov tərəfindən yetərincə araşdırılmadığı  üçün Tovuz Rayon Prokuroru tərəfindən yenidən hərtərəfli araşdırma üçün istintaq mərhələsinə qaytarılmışdır.

 

Bu barədə zərəçəkmiş Mehman Məmmədova Tovuz Rayon Prokurorluğu tərəfindən məktub da göndərilib. Müstəntiq Elnar Məmmədovun ləğv edilmiş qərarından ruhlanan İbadət Məhərrəmov zərərçəkmiş Mehman Məmmədovu şərəf və ləyaqətini alçaltdığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə dair xüsusi ittiham qaydasında Ağstafa Rayon Məhkəməsinə müraciət edib. İbadət Məhərrəmov tərəfindən verilmiş  xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə iş  Ağstafa rayon məhkəməsinin hakimi Natiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında araşdırılıb.

Mehman Məmmədov məhkəməyə vəsatət verərək bildirmişdi ki, Tovuz Rayon Prokurorluğu  müstəntiq Elnar Məmmədov tərəfindən onun şikayətinə əsasən cinayət işinin başlanmasının rədd olunmasına dair çıxardığı qərar ləğv edildiyi üçün İbadət Məhərrəmovun onun barəsində məhkəməyə verdiyi şikayət ərizəsi baxılmamış  saxlanılmalıdır.Hakim Natiq Abbasov tərəfindən vəsatət  təmin edilərək və Tovuz Rayon Polis Şöbəsinə  müvafiq sorğu göndərilmişdi. Tovuz Rayon Polis Şöbəsindən bildirilib ki, şikayətçi M.Məmmədovun ərizəsi əsasında İbadət Məhərrəmov barədə materiallar toplanıb,araşdırma aparılır. 8 dekabr  2024-cü il tarixdə keçirilən məhkəmə iclasına İ.Məhərrəmovun  vəkili  Bəxtiyar Muradov elektron qaydada  ərizə ilə müraciət edərək müvəkkilinin M.Məmmədov barədə verdiyi xüsusi ittiham qaydasında şikayəti geri götürdüyünü bildirib.
 
Citypost.az xəbər verir  ki,şikayətçi  Mehman Məmmədov daxili işlər naziri general-polkovnik  Vilayət  Eyvazovla    İsmayıllı rayonunda vətəndaşlarla  keçirilən qəbul zamanı görüşüb.

 Görüş zamanı Mehman Məmmədov işin Tovuz Rayon Polis Şöbəsində düzgün aparılmadığını və araşdırmanın ləngidilməsindən narazı olduğunu bildirib.

Mehman Məmmədov Citypost.az-ın əməkdaşı ilə söhbət zamanı bildirib  ki, O, nazirə  çatdırıb ki, müstəntiq Elnar Məmmədov özünü daha çox İbadət Məhərrəmovun vəkili kimi aparır. Nazir vətəndaşı  dinlədikdən sonra məsələnin daha  obyektiv  və ətraflı araşdırılması üçün müvafiq göstərişlər  verib.

 

İbadət Məhərrəmov barəsində aparılan araşdırma Tovuz Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Elnar Məmmədovdan alınaraq DİN-in Baş Təhqiqat və İstintaq İdarəsinə həvalə edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qubada iki avtomobil toqquşub 

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.APA-nın Şimal bürosunun məlumatına görə, qəza rayonun Heydər Əliyev prospektində baş verib.Belə ki, iki “Mercedes” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində avtomobillərə ziyan dəyib.İlkin məlumata görə, qəza zamanı ciddi xəsarət alan olmayıb.

12 May 2026, 10:03

Lökbatandakı yanğında xəsarət qeydə alınmayıb

12.05.2026-cı il tarixində saat 01:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Qaradağ rayonu, Lökbatan qəsəbəsindən çağırış qeydə alınıb.Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Citypost.az-a verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.Saat 09:30 radələrinədək xəsarət qeydə alınmayıb.

12 May 2026, 09:52

Yanan anbardakı mallar təhlükəsiz əraziyə daşınır 

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.

12 May 2026, 09:20

Tramp İranla atəşkəsə münasibət bildirib 

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonun sülh təklifinə yeni cavabına şübhə ilə yanaşır.CityPost.az  xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.Onun sözlərinə görə, ABŞ və İran arasında atəşkəs hazırda tükdən asılıdır."O, inanılmaz dərəcədə zəifdir (Atəşkəs - Qeyd). Deyərdim ki, hazırda ən zəif nöqtəsindədir. Bu cəfəngiyatı oxuduqdan sonra. Deyərdim ki, İrandakı atəşkəs süni nəfəs aparatına bağlıdır",- deyə Tramp bildirib....

11 May 2026, 22:39

Kürdəmirdə avtomobil anidən yanıb 

Kürdəmirdə hərəkətdə olan avtomobil anidən yanıb."Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.Belə ki, yanğın hərəkətdə olan "Ford" markalı nəqliyyat vasitəsində qeydə alınıb.Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. Fakt araşdırılır.

11 May 2026, 18:57

İki gün ərzində polis əməkdaşları 25 kiloqram narkotiki dövriyyədən çıxarıb 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 9-da və 10-da ümumi çəkisi 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,1 kiloqramdan artıq heroin, 12,5 kiloqramdan çox marixuana, 7,2 kiloqrama yaxın metamfetamin, 1,2 kiloqrama yaxın həşiş, həmçinin 654 ədəd metadon həbi olub.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir....

11 May 2026, 18:01