Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanın müdafiə xərcləri artıb  

İqtisadiyyat 27 May 2025, 11:30

9614

Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə 2024-cü ildə dövlət büdcəsi xərclərinin 17,7 faizi həcmində vəsait yönəldilib.

CityPost.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da qeyd edilib ki, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən və digər ehtiyat vəsaitlərdən ayrılmış 99,1 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla 2024-cü ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,7 faizi həcmində və ya 6661,3 milyon manat məbləğində vəsait yönəldilib.

2024-cü ilin dövlət büdcəsindən cari ödənişlər üzrə müdafiə və milli təhlükəsizlik xərclərinə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 6562,2 milyon manat məbləğində vəsait ayrılıb ki, bu da 2023-cü illə müqayisədə 707,4 milyon manat və ya 12,1 faiz çoxdur. Bu xərclər ÜDM-in 5,2 faizini (2023-cü illə müqayisədə 0,4 faiz-bənd çox), dövlət büdcəsi xərclərinin isə 17,4 faizini (2023-cü illə müqayisədə 1,3 faiz-bənd çox) təşkil edib.

Dövlət büdcəsində xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün 3492,9 milyon manat vəsait yönəldilib.

“Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına uyğun olaraq aparılan tədbirlər çərçivəsində hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35,0 milyon manat vəsait ayrılmış və həmin vəsait hesabına (Bakı şəhəri, Hövsan Yaşayış Kompleksi və Sumqayıt şəhəri, Sumqayıt Yaşayış Kompleksi) Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan cəmi 512 ədəd tam təmirli mənzil alınıb və həmin mənzillərin hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilib.

2024-cü ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan əlavə daxil olmuş vəsaitlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 21,7 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 5,0 milyon manat və ya 29,9 faiz çoxdur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan neftinin bir bareli 118,53 dollara yüksəlib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,27 dollar və ya 1,95% artaraq 118.53 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 116,26 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

20 Oktyabr 2026, 10:38

Azərbaycan neft bitumu ixracını 3,5 dəfə artırıb 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 14 min 948,33 ton neft bitumu ixrac edib.Citypost.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 4 milyon 629,25 min ABŞ dolları təşkil edib.Bu, 2025-ci ilin 9 ayı ilə müqayisədə müvafiq olaraq 3,5 dəfə və 4,1 dəfə çoxdur.Ötən 9 ay ərzində neft bitumunun ölkənin ümumi ixracında payı 0,02 % olub.Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın "Ai-92", dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi...

19 Oktyabr 2026, 13:17

Azərbaycan nefti 128 dollar civarında ticarət olunur 

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,75 dollar və ya 2,85% azalaraq 127,87 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 131,62 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

14 Oktyabr 2026, 09:47

Azərbaycan neftinin qiyməti 131 dolları ötüb 

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,81 dollar və ya 0,62 artaraq 131,62 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 130,81 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

13 Oktyabr 2026, 09:39

Azərbaycan qeyri-neft-qaz ixracını 20 %-dən çox artırıb 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 % artaraq 3,2 milyard ABŞ dolları təşkil edib.Citypost.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.Təkcə sentyabrda isə ölkənin qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 1 il əvvələ nisbətən 50,2 % çox - 372,8 milyon ABŞ dolları olub.Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri 17,2 % artaraq 78,8 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə (qeyri-monetar qızıl istisna olmaqla) 47,8 % artaraq 267,5 milyon ABŞ dolları olub.Məlumata görə, hesabat dövründə şəkər və şəkərdən...

12 Oktyabr 2026, 12:49

Azərbaycan neftinin qiyməti 125 dolları ötüb 

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,51 dollar və ya 3,74% artaraq 125,19 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 120,68 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

08 Oktyabr 2026, 09:35