Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan neft bitumu ixracını 3,5 dəfə artırıb 

İqtisadiyyat 19 Oktyabr 2026, 13:17

569

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 14 min 948,33 ton neft bitumu ixrac edib.

Citypost.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 4 milyon 629,25 min ABŞ dolları təşkil edib.

Bu, 2025-ci ilin 9 ayı ilə müqayisədə müvafiq olaraq 3,5 dəfə və 4,1 dəfə çoxdur.

Ötən 9 ay ərzində neft bitumunun ölkənin ümumi ixracında payı 0,02 % olub.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın "Ai-92", dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan nefti 128 dollar civarında ticarət olunur 

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,75 dollar və ya 2,85% azalaraq 127,87 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 131,62 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

14 Oktyabr 2026, 09:47

Azərbaycan neftinin qiyməti 131 dolları ötüb 

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,81 dollar və ya 0,62 artaraq 131,62 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 130,81 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

13 Oktyabr 2026, 09:39

Azərbaycan qeyri-neft-qaz ixracını 20 %-dən çox artırıb 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 % artaraq 3,2 milyard ABŞ dolları təşkil edib.Citypost.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.Təkcə sentyabrda isə ölkənin qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 1 il əvvələ nisbətən 50,2 % çox - 372,8 milyon ABŞ dolları olub.Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri 17,2 % artaraq 78,8 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə (qeyri-monetar qızıl istisna olmaqla) 47,8 % artaraq 267,5 milyon ABŞ dolları olub.Məlumata görə, hesabat dövründə şəkər və şəkərdən...

12 Oktyabr 2026, 12:49

Azərbaycan neftinin qiyməti 125 dolları ötüb 

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,51 dollar və ya 3,74% artaraq 125,19 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 120,68 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

08 Oktyabr 2026, 09:35

"ChatGPT" Azərbaycandakı bazar payının 9 %-dən çoxunu itirib 

Sentyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 86,3 % təşkil edib."Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, avqust ayına nisbətən 2,69 faiz bəndi çox, 2025-ci ilin sentyabr ayının göstəricisi ilə müqayisədə isə 8,78 faiz bəndi və ya 9,2 % azdır.İkinci pillədəki "Google Gemini"nin bazar payı aylıq 1,17 faiz bəndi azalaraq, illik isə 9,27 faiz bəndi artaraq 10,28 % təşkil edib.Növbəti yerdə qərarlaşan "Perplexity"nin bazar payı aylıq 0,87 faiz bəndi, illik isə 0,72 faiz bəndi artaraq 2,34 % təşkil edib.Dördüncü yerdəki "Claude"un bazar payı aylıq 2,16 faiz...

07 Oktyabr 2026, 14:50

AQC: Bakıda köhnə tikili mənzillərin qiyməti ötən ay 11 %-ə yaxın artıb

Bu ilin sentyabr ayında Bakı şəhərində köhnə tikili mənzillərin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 10,6 % artıb.Citypost.az  bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) istinadən xəbər verir.Məlumata görə, ötən ay paytaxtın rayonları arasında ən yüksək qiymət artımı Səbaildə qeydə alınıb – 20,1 %, Yasamalda qiymətlər 19,5 %, Nəsimidə – 15,6 %, Nərimanovda isə 13,7 % yüksəlib.Xətai rayonunda bahalaşma 12,4 %, Suraxanıda 11,6 %, Sabunçuda isə 10,9 % olub.Nisbətən aşağı artım Binəqədidə (6,8 %), Xəzərdə (6,2 %), Qaradağda (5,2 %) və Pirallahıda (5,1 %) olub.Avqusta nisbətən isə Bakıda köhnə tikili mənzillər 0,9 % bahalaşıb. Bu artım seqmentdə qiymətlərin...

05 Oktyabr 2026, 18:10