Bizə yazın

Baku

-°C

USD

-

“Şərq” qəzeti və Mətbuat Muzeyi harda yerləşəcək? Baş redaktor AÇIQLADI

Müsahibələr 28 Yanvar 2026, 13:56

665

Fevralın 1-də “Azərbaycan Nəşriyyatı" təmirə bağlandığı üçün “Şərq” qəzetinin kollektivi Beynəlxalq Mətbuat Mərkəzində bir otağa köçəcək. BBM-də otaq sayı artıq məhdud olması səbəbindən qəzet yalnız bir otaqda fəaliyyətini davam etmək məcburiyyətində qalır. Qəzetin tərkibində fəaliyyət göstərən mətbuat muzeyinin gələcək taleyi ilə bağlı isə iki variant irəli sürülüb.

Bu barədə “Şərq” qəzetinin baş redaktoru, əməkdar jurnalist Akif Aşırlı Citypost.az saytına müsahibəsində danışıb:“Muzeyimizin gələcəyi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Səadət Yusifova muzeyi ziyarət etdi və eksponatlarla tanış oldu. Bizə iki variant təqdim olundu: eksponatlar ya Muzey Mərkəzində hələlik saxlanılacaq, ya da Beynəlxalq Mətbuat Mərkəzində muzey üçün uyğun şəraitdə olsa orda sərgilənəcək.”

“Növbəti ay biz Beynəlxalq Mətbuat Mərkəzində bir otaqda fəaliyyətimizi davam etdirirəcəyik. Otaq sayı məhdud olsa da, muzeyin və qəzetin fəaliyyətini qorumaq üçün əlimizdən gələni edəcəyik” – deyə Akif Aşırlı əlavə edib

Söhbətləşdi- Turan Etibaroğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Süni intellektlə “dirilən” ölülər: Din xadimi ilə MÜSAHİBƏ 

Son dövrlər sosial şəbəkələrdə narahatedici və eyni zamanda geniş müzakirələrə səbəb olan bir tendensiya sürətlə yayılmaqdadır. Vəfat etmiş insanların süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış videoları paylaşılır. Bəzi istifadəçilər dünyasını dəyişmiş yaxınlarını guya məzardan çıxırmış kimi, bəziləri isə danışan, hərəkət edən formada təqdim edir. Bu videolar bir tərəfdən texnologiyanın imkanlarını nümayiş etdirsə də, digər tərəfdən ciddi mənəvi, etik və dini suallar doğurur.Mövzu ilə bağlı dini baxımdan mövqeni öyrənmək üçün Abşeron,Sumqayıt Xızı bölgə qazisi Hacı Rauf Sərdarovdan açıqlama aldıq. O, süni intellektlə vəfat etmiş insanların “canlandırılması”nın İslam dini baxımından qətiyyən qəbul olunmadığını bildirdi. Hacı Rauf Sərdarovun sözlərinə görə, İslam dinində bu cür yanaşmalar bəyənilmir...

27 Yanvar 2026, 12:00

Arzu İsayeva: “Süni intellekt media üçün rəqib deyil, sadəcə alətdir”

Son dövrlər süni intellekt texnologiyalarının media sahəsində tətbiqi sürətlə genişlənir. Artıq dünyanın bir sıra ölkələrində, eləcə də bəzi yerli platformalarda süni intellektlə yaradılan xəbər aparıcıları efirə çıxır, gündəlik xəbərləri oxuyur, məlumatları təqdim edir. Bu yenilik bəziləri üçün media sahəsində inqilabi addım, digərləri üçün isə etik və peşəkar risklər doğuran proses kimi dəyərləndirilir.Bəs süni intellekt jurnalistikanın klassik dəyərlərini dəyişə bilərmi? İnsan jurnalistin yerini tutmaq ehtimalı varmı? Etika və ictimai etimad baxımından hansı təhlükələr mövcuddur?Bakı Dövlət Universitetinin Multimedia ve elektron kommunikasiya kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Arzu İsayeva bu və digər suallara Citypost.az-a müsahibəsində aydınlıq gətirib.– Süni intellektlə xəbər aparıcılarının yayılması...

26 Yanvar 2026, 15:41

Mehman Cavadoğlu: "Heç vaxt ağlıma gəlməzdi ki, 70 yaşa çatacağam" - Müsahibə 

CityPost.az  tanınmış jurnalist, publisist Mehman Cavadoğlunun APA-ya müsahibəsini təqdim edir.Votsapda göndərilən məkan bizi asanlıqla Badamdardakı ünvana çatdırır. Bloku, mənzili axtarıb tapmaq lazımdır. Hardasa 27-28 il öncəni xatırlamağa çalışıram, o zaman olduğum məhəllə çox dəyişib, nə qədər yeni bina var. Zəng edirəm. “Bir az qabağa gəlin, çıxıram”, deyir. Az keçmir blokun qarşısından səsləyir. 20 ilə yaxındır görmədiyim tanınmış qəzetçi, jurnalist, publisist, tərcüməçi Mehman Cavadoğlu qarşımızda dayanıb. Dillənməsə, tanımazdım. Bircə səsi, bir də təbəssümü dəyişməyib.Mənzilin qapısını açıb içəri dəvət edir. Xəyalən 90-cı illərin sonlarına boylanıram - xəstələnib yatağa düşəndə kollektiv halda ona evində baş çəkməyimiz, mərhum həyat yoldaşı Lətifə xanımın bizi qarşılamağı,...

25 Yanvar 2026, 11:24

Yaradıcılıq süni intellektə təslim olmayacaq – Rejissor Elşən Zeynallı  

Dünya sürətlə dəyişir və texnologiya həyatımızın hər sahəsinə təsir edir. Son illərdə süni intellektin film və klip istehsalına daxil olması kino sənətində ciddi müzakirələr doğurub. Bəs süni intellekt kino yaradıcılığının inkişafına kömək edəcək, yoxsa sənətin ruhuna təhlükə yaradır?Bu mövzuda kinorejissor Elşən Zeynallı  Citypost.az saytına öz fikirlərini bölüşüb.Onun sözlərinə görə, dünya getdikcə dəyişir və bu dəyişiklikdə əsas rol insanlara məxsusdur. “Biz insanlar süni intellekt yaradırıq, lakin eyni zamanda süni intellekt də bizi məhv edə bilər. Özümüzün yaratdığı vasitə özümüzü təhlükəyə ata bilər” – deyə rejissor vurğulayıb.Elşən Zeynallı əlavə edib ki, süni intellekt həm kimya-biologiya elmini, həm də incəsənəti əvəz edə bilməyəcək. “Kinematoqrafiya,...

19 Yanvar 2026, 13:09

İranda etiraz dalğası: ABŞ və İsrailin rolu nədir? – Konfliktoloq Elman Vəliyev danışır  

İran bir həftədən çoxdur ki, etiraz dalğalarının mərkəzindədir. Aksiyalar sosial rifahdan qadın hüquqlarına qədər müxtəlif səbəblərlə bağlı olsa da, ekspertlər beynəlxalq təsirləri önəmli hesab edirlər. Konfliktoloq Elman Vəliyev hadisələrin arxasında duran əsas qüvvələr  barədə CityPost.az-a danışıb. Hal-hazırda İranda baş verən kütləvi aksiyaların səbəblərini necə qiymətləndirirsiniz?"Bir ölkə daxilində ixtişaşlar təhrik olmadan baş verməz. Mütləq xarici müdaxilə mövcuddur. İran tarixində qadınlara görə etirazlar olub, sonra sosial məsələlərlə bağlı dalğalar baş verib. Hazırkı aksiyalar isə əsasən sosial rifaha görədir. Amerika və İsrail bu işdə bir nömrəli təhrikedici qüvvələrdir",-deyə  ekspert qeyd edib.Sizcə, İranın siyasi və sosial sistemində yaxın perspektivdə hansı dəyişikliklər baş verə bilər?"İran Amerika üçün...

17 Yanvar 2026, 13:33

İranı xaricdən qızıdıranlar var? - Millət vəkili ilə MÜZAKİRƏ

İran bir həftədən çoxdur ki,bütün dünyanın müzakirə etdiyi dövlət olaraq qalır.Ölkədə baş verən etirazların sayı böyüküdükcə,ölü sayı artır və nəticədə gərginlik daha da alovlanır.Mövzu ilə bağlı CityPost.az-ın  sualını  Milli Məclisin deputatı, Azərbaycan–İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Babaoğlu cavablandırıb.Sözsüz ki, İranda gedən proseslərdə xarici təsirlərin də rolu var. Bu təsirin miqyası nə qədərdir?Deputatın sözlərinə görə, İranda baş verən proseslər, hər şeydən əvvəl, ölkə iqtisadiyyatında mövcud olan dərin böhranla bağlıdır."Lakin baş verənləri yalnız iqtisadi amillərlə izah etmək də düzgün olmaz. Xarici təsirlərə gəldikdə isə, burada təəccüblü heç nə yoxdur. Çünki beynəlxalq münasibətlər sistemi mahiyyət etibarilə maraqlar və xalqların mübarizə tarixidir....

16 Yanvar 2026, 13:09