Ümumdünya Autizm Maarifləndirmə Gününə həsr olunmuş teatr tamaşası təqdim edilib
Sənət aləmi 02 Aprel 2026, 15:24
482
Cari ilin 1 aprel tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin səhnəsində 2 Aprel – Ümumdünya Autizm Maarifləndirmə Günü münasibətilə “Məni dinləyin...” sürrealizm üslubunda hazırlanmış mono dramanın nümayişi həyata keçirilmişdir. “Azərbaycan İncəsənət Məktəbi” MMC-nin təşəbbüsü və Sənaye və Texnologiya Kollecinin təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə millət vəkilləri, dövlət rəsmiləri, tanınmış incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Citypost.az xəbər verir ki, Tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardınca Dövlət Himni səsləndirilmişdir.
Tədbirin rəsmi hissəsini giriş sözü ilə açan Sənaye və Texnologiya Kollecinin direktoru Nasim Abışov qonaqları salamlayaraq, autizm spektrli fərdlərin cəmiyyətə inteqrasiyasının əhəmiyyətindən bəhs etmişdir. N.Abışov çıxışında bu qəbil tədbirlərin mənəvi-psixoloji inklüzivliyin təmin olunmasında, fərdlərin sosial-adaptasiya proseslərinin sürətləndirilməsində və cəmiyyətdə humanist-strateji baxışın formalaşmasında müstəsna rolunu xüsusi vurğulamışdır.
Daha sonra çıxış edən “Azərbaycan İncəsənət Məktəbi”nin təsisçisi və layihə rəhbəri Fərid Bağırov layihənin genişmiqyaslı mahiyyətindən danışmışdır. O, bu təşəbbüsün uşaqların daxili potensialının üzə çıxarılması üçün multidissiplinar bir platforma olduğunu qeyd edərək, sənətin reabilitasiyaedici funksiyasını və gənc istedadların özünüreallaşdırma imkanlarının genişləndirilməsinin vacibliyini təşviq etmişdir.
Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova çıxışında Ümummilli Lider Heydər Əliyevin vaxtilə bu sahəyə göstərdiyi xüsusi diqqəti xatırladaraq, hazırda bu ali diqqətin Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Həmçinin oxuyun
Xalq şairi Baba Vəziroğlu öz çıxışına Ali Baş Komandana həsr etdiyi ruhanidə poetik nümunə ilə başlayaraq, layihənin estetik və mənəvi dəyərlərindən söz açmışdır.
Səhnə əsəri bir insanın daxili aləmindəki "dinlənilməmə" sədası ilə başlayır. Qəhrəman, cəmiyyət tərəfindən "fərqli" olaraq etiketlənməyin ağrılarını, uşaqlıqdakı tənhalığını və ulduzlara sığınan xəyallarını tamaşaçıya çatdırır. Tamaşanın emosional təsir gücünü artıran əsas məqamlardan biri isə Heydər Əliyev Fondunun vitse-prezidenti hörmətli Leyla xanım Əliyevanın “Dünya yuxutək əriyir” şeirlər toplusundan seçilmiş dərin mənalı nümunələrin səhnə əsərinə daxil edilməsi olmuşdur. Bu poetik parçalar tamaşanın estetik ruhunu daha da zənginləşdirmişdir.
Qeyd olunmalıdır ki, ölkəmizdə həssas qrupa daxil olan uşaqlara qayğı dövlət siyasətinin prioritetidir. Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın bu sahədəki humanitar təşəbbüsləri və Leyla xanım Əliyevanın uşaqların yaradıcılıq potensialının üzə çıxarılmasındakı fəal rolu hər bir layihə üçün əsas stimul mənbəyidir.
Tədbirin sonunda Kollecin direktoru Nəsim Abışov tərəfindən səhnədə çıxış edən istedadlı uşaqlar sertifikatlar və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mingəçevir Dövlət Dram Teatrında yeni təyinat olub
Mingəçevir Dövlət Dram Teatrına quruluşçu rejissor təyin edilib."Report"un əldə etdiyi məlumata görə, bu vəzifəyə rejissor Aynur Eldəniz təyin olunub.Mədəniyyət Nazirliyi xəbəri "Report"a təsdiq edib.
02 Aprel 2026, 15:28
Nizami Kino Mərkəzinin binasına zərər vuruldu
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Nizami Kino Mərkəzinin binasına zərər vurulması ilə bağlı bəyanat yayıb.Citypost.az xəbər verir ki, məlumatına görə, bəyanatda bildirilib ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar. Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Hazırda hadisənin hansı şəraitdə baş verdiyi və əməli törədənlərin şəxsiyyəti müəyyənləşdirilir.“Tarix və mədəniyyət...
02 Aprel 2026, 13:46
Sofi Ternerin zədələnməsindən sonra "Tomb Raider" filminin istehsalı dayandırılıb
Sofi Ternerin zədələnməsindən sonra yeni "Tomb Raider" serialının istehsalı dayandırılıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Taxt Oyunları" aktyorunun xəsarətləri "yüngül" kimi təsvir edilib və "Amazon MGM Studios" şirkətinin sözçüsü bildirib: "İstehsalın mümkün qədər tez bərpa olunmasını səbirsizliklə gözləyirik", - "Independent" yazır.Turnerin çəkiliş zamanı xəsarət alıb-almadığı hazırda məlum deyil.Turner, Fibi Uoller-Bricin yeni canlı serialında arxeoloq-macəraçı Lara Kroftu canlandırır, lakin keçən il bu rol üçün məşq edərkən belində problem aşkar edib.Turan...
02 Aprel 2026, 12:09
Yusif Məmmədoğlu: “Rasim Balayev kimi sənətkarlar üçün bir az səbir göstərilməlidir”
Jurnalist Yusif Məmmədoğlu yazıb ki, mərhum sənətkar Rasim Balayevin vəfatından dərhal sonra onun yerinə təyinat və müzakirələrin başlaması cəmiyyətdə narahatlıq doğurur.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, belə bir itkidən sonra ən azı bir neçə gün keçməsinə imkan verilməlidir və emosional müzakirələrdən uzaq durulmalıdır. Cəmiyyətdə müvafiq vəzifə və postların boş qalmayacağı aydın olsa da, Rasim Balayev kimi sənətkarların alternativinin olmadığını düşünmək lazımdır.Y.Məmmədoğlu vurğulayıb ki, hazırkı vəziyyətdə əsas məsələ post və vəzifə müzakirələri deyil, sənətkarın xatirəsinə hörmət göstərilməsidir.Əli...
01 Aprel 2026, 10:53
Azər Cabbarov “Xalq artisti” adının yenidən yaradılmasını təklif etdi
Televiziya eksperti Azər Cabbarov Azərbaycanda “Xalq artisti” fəxri adının yenidən qurulmasını təklif edib.Citypost.az xəbər verir ki, eskpert deyib ki, bu fəxri ad yalnız sənətin elmi ilə ömrünü həsr edən, yaradıcılığı tarixə düşən sənətkarlara verilməlidir. Ekspertin rəyinə görə, seçim prosesi çox dəqiq aparılır və bu ad kommersiyaya uyğun deyil, yalnız sənətə xidmət edən şəxslərə şamil edilir.Azər Cabbarov qeyd edib ki, dövlət bu sənətkarları həm, həm də mənəvi cəhətdən maddi olmalıdır. Onun rəhbərliyi, sovet dövründən qalan bəzi fəxri adlar artıq öz dəyərini itirib və bu sistemin yenilənməsinə ehtiyac var.O, hazırkı vəziyyətdə “Xalq artisti” adı ilə bağlı məlumatı bölüşdürərək, bu ada layiq olmayan...
31 Mart 2026, 12:14
Firuz Mustafa: Dərbənd Teatrının açılışı Azərbaycan və Rusiya mədəniyyəti üçün mühüm hadisədir.
Əməkdar incəsənət xadimi, yazıçı Firuz Mustafa Dərbənddə fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılışını həm Rusiya, həm də Azərbaycan mədəniyyəti üçün mühüm hadisə kimi dəyərləndirib.Citypost.az xəbər verir ki, yazıçın sözlərinə görə, teatr binasının açılışı və yeni fəaliyyət mərhələsinə qədəm qoyması Azərbaycan və Rusiya prezidentlərinin kollektivə ünvanladıqları məktublarda da xüsusi vurğulanıb. Qeyd olunub ki, “Dərbənd Teatrı” qonşu ölkədə Azərbaycanın mədəniyyət bayrağı rolunu oynayır və bu bayrağın daim uca tutulması vacibdir.Yazıçı bildirib ki, Dərbəndin qədim Azərbaycan şəhəri olması və burada yaşayan əhalinin əksəriyyətinin azərbaycanlılardan ibarət olması Vladimir Putin və Sergey Melikovin çıxışlarında da xüsusi qeyd edilib.Teatrın əldə etdiyi uğurların...
31 Mart 2026, 10:32