"Bütövlük nəğməsi" - Sayman Aruzun ŞEİRİ
Söz adamı 19 Mart 2026, 10:56
438
Savalan dağından qopan çay kimi,
Axmışam Xəzərə Xəzərləşmişəm.
Arazın üstündən baxan ay kimi,
Sizlərin həsrətin, qəmin çəkmişəm.
Mənə yaxşı baxın, yaxşı tanıyın,
Nəbiyəm, Babəkəm, dinəm, imanam.
Öpüm qəlbinizdən, məni anlayın,
Mən də sizin kimi Azərbaycanam.
Dilim sizin dildir, dərdim sizinki,
Soyları kəsilsin, sizin soydanam.
Məni düşmən deyil, lap özümünki,
Qoymur vətən boyda uca boylanam.
Yüz ildir “iranlı” deyirlər bizə,
Biz isə bilmədik bu iran nədir!
Fars dili, Fars donu geyilir bizə,
Hansı ki, yüz ildir bizə dar gəlir.
Bu nədir ilahi, bu nədir axı,
Tanış insanlarda ögey kölgələr.
Dost kimi gəlirlər çıxırlar yağı,
Dilləri dilimdən, özü özgələr.
Sahildən sahilə uçan bir quşam,
Dostun yaxasına vurulan güləm.
“Mən gərək sahili sahilə qoşam”,
Qeyrətim götürmür sürünüb öləm.
Həmçinin oxuyun
Bir gün çıxacaqdır günəş Güneydən,
Bütöv Azərbaycan nurlanacaqdır.
Tanrı da enəcək torpağa göydən,
Babək qalasından boylanacaqdır.
Əminəm ki, bir gün haray qopacaq,
Millət yığışacaq bir bayraq altda.
Vətəni tapdayan özü qalacaq.
Onu tapdadığı bu torpağ altda.
Bakıdan Təbrizə ucalan bayraq,
Sənə Ərk qalası qucaq açıbdır.
Ey mənə “iranlı” ad qoyan alçaq,
Qəlbim Qarabaqla alovlanıbdır.
Mənəm Xudafərin, mənəm Xan Araz,
Altmış milyonun bütövlük səsi.
Bəli, bu mənəm, bu mənəm, bu mən,
Azadlıq, ədalət, şərəf nəğməsi.
Nə Təbriz, nə Urmu, nə də Ərdəbil,
Nə Zəncan, nə Qəzvin, nə də Həmədan.
Heç biri farsistan deyil, bunu bil.
Adlanır hamısı Azərbaycan.
Millətin qeyrətin daşıyanlara,
Həyat müharibə, həyat döyüşdür.
Amandır iranda yaşayanlara,
İranlı deməyin, o bir söyüşdür...
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Firuz Mustafa: Xəlil Köçərli dolğun və bərəkətli ömür sürmüş “xalq adamı” olub
Əməkdar incəsənət xadimi və yazıçı Firuz Mustafa tarixçi-alim, professor Xəlil Köçərlinin xatirəsinə sosial şəbəkədə paylaşım edib.Citypost.az xəbər verir ki, Firuz Mustafa bildirib ki, o, heç kəsə “sənə yüz yaş arzu edirəm” deməmişdir, əksinə, “Sənə ürəyin istəyən qədər, amma yüz faizli ömür arzulayıram” deyir. Onun sözlərinə görə, Xəlil Köçərli dolğun və bərəkətli ömür yaşamış, yüz il ömür sürərək gənc nəsillər üçün nümunə olmuşdur.Əməkdar incəsənət xadimi qeyd edib ki, bu gün Xəlil Köçərlinin “yeddi” mərasimi keçirilmişdir. Alim uşaqlıq və gənclik illərini çətinliklərlə keçirmiş, sözün əsl mənasında “xalq adamı” olmuşdur. Firuz Mustafa Xəlil Köçərlinin ailəsinin məşhur ədəbiyyatşünas Firudin bəy Köçərli ilə mənəvi bağlılığından...
19 Mart 2026, 11:03
Maskalar Düşəndə: Həmid Herisçi Fenomeni: Dil, Kimlik və Rejim Diskursu Arasında Bir Fiqur
Güney Azərbaycan mübarizəsində təhlükə təkcə açıq repressiya deyil — bəzən “bizdən danışan, amma bizə qarşı işləyən” diskurslardır.Bir Yazardan Daha ArtıqSon illərdə Güney Azərbaycan məsələsi yalnız siyasi müstəvidə deyil, həm də mədəni və ideoloji müstəvidə ciddi müzakirələrə səbəb olur. Bu müzakirələrin mərkəzində tez-tez çəkilən adlardan biri də Həmid Herisçidir.Lakin Herisçi ətrafında formalaşan polemika sadəcə bir yazıçının şəxsi ədəbi seçimi ilə izah edilə bilməz. İran mediasında sistemli şəkildə yayımlanan açıqlamaları, Azərbaycan türkcəsinə qarşı aşağılayıcı münasibəti və İran rejimini legitimləşdirən fikirləri onu fərdi fikir sahibi olmaqdan çox, müəyyən ideoloji diskursun daşıyıcısı kimi təqdim edir.Bu kontekstdə Herisçi fenomeni üç istiqamətdə qiymətləndirilir:İran mədəni–təhlükəsizlik diskursunun daşıyıcısıGüney...
17 Mart 2026, 16:05
DAHİ – Şəmsi Vəfadarın YAZISI
Mən ona nə müəllim deyirdim, nə də bəy. Elə ilk ünsiyyətimiz yaranan gündən ona belə müraciət edirdim... Dahi. Sonralar müştərək dostlarımız hamısı – Oqtay Rza, Qulu Məhərrəmov, Ənvər Əhməd, Ramiz Məmmədzadə, Fazil Rəhmanzadə, Sərvaz Hüseynoğlu, Dayandur Sevgin, Sabir Abdin, Yusif Nəğməkar, Ramiz Bahadıroğlu,Mübariz Süleymanlı və digərləri də onu öz adı ilə deyil, mənim dilimlə elə Dahi deyə çağırırdılar. Amma, sözün əsl mənasında kişi doğrudan da elə dahi idi. O, dahiliyini bütün tərəfləri ilə sübut etmişdi. Söhbət Dövlət Mükafatı Laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadədən gedir. Yaxşı xatırlayıram, Xalq şairi Zəlimxan Yaqubun 65 illik yubliyi idi. N.Şəmsizadə və mən də rəsmi...
16 Mart 2026, 15:17
Əlövsət Ağalarov mərhum İlbər Ortaylıdan YAZDI
Əməkdar jurnalist Əlövsət Ağalarov görkəmli türk tarixçisi İlbər Ortaylı ilə bağlı xatirəsini bölüşüb.Citypost.az xəbər verir ki, Onun sözlərinə görə, alimlə görüş Bakı Beynəlxalq Kitab Sərgisi zamanı baş tutub. Həmin vaxt İlbər Ortaylı sərgi çərçivəsində Elçin Əfəndiyev və Rəşad Məcid ilə birlikdə Azərnəşr nəşriyyatının pavilyonunu ziyarət edib.Əlövsət Ağalarov bildirib ki, görüş zamanı qonaqları Kəlbəcərdən gətirilmiş İstisu ilə qonaq edib. Onun sözlərinə görə, türk tarixçisi sudan çox məmnun qalıb və ayrılarkən xüsusi təşəkkürünü bildirib.Ə.Ağalarovun sözlərinə görə, İlbər Ortaylı həmin suyun müqəddəs Zəm-Zəm quyusu suyunun müqəddəsliyinə bərabər olduğunu deyərək Kəlbəcərə getmək arzusunu dilə gətirib. O, Kəlbəcəri “möcüzələr diyarı” adlandırıb və yollar normallaşdıqdan sonra...
16 Mart 2026, 10:16
Seyran Səxavət: Ədəbiyyat, sevgi və “paralel reallıqlar”ın səksəninci mərtəbəsi
Bahəddin HƏZİ yazır.. 80 yaşlı cavan oğlan, Sizi təbrik edirəm! "Daha bir 80 il də yaşayın" desəm... sözümü yerə salmazsınız, doğrudurmi?! Bu esse də Sizə yubiley hədiyyəmdir. Bizimləsiniz...Ədəbiyyat-adamdan niyə "şübhələndim"?!Albert Eynşteyn: "reallıq - illüziyadır" desə də, hər halda real dünya var. Biz bu real dünyada yaşayırıq. İosif Brodskinin dediyi kimi, bütün gözəllikləri ilə yanaşı, çətinlikləri ilə də sevilməyə layiqdir bu dünya. Və... biz onu sevməyə məhkumuq. Bəlkə buna "xoşbəxt məhkumluq" da deyə bilərik. Əslində bütün sevgilərin anlamı elə budur - xoşbəxtliyə məhkumluq. Sən sevdiyin qədər xoşbəxt edirsən, sevildiyin qədər xoşbəxt olursan və əksinə. Bir anlıq qırağa çıxıb demək istəyirəm: azadlıqdan məhrum olunmaq ağır cəzadır,...
13 Mart 2026, 11:38
Nəbi Xəzrinin oğlu iki şairin dostluğundan yazdı
Məşhur şair, xalq şairi Nəbi Xəzrinin oğlu Arzu Babayev sosial media hesabında atasının və xalq şairi Cabir Novruzun ömürlük dostluğundan danışıb.Citypost.az xəbər verir ki, Arzu Babayevin paylaşımına görə, dostluq 1952-ci ildə Bakı-Moskva qatarında eyni kupedə başlanan səyahətdən başlayıb. O zaman Cabir Novruz Moskvada M.Qorki adına Moskva Dünya Ədəbiyyatı İnstitutunun poeziya fakültəsinə qəbul olunmuşdu, Nəbi Babayev isə həmin fakültədən məzun olub diplomunu almağa gedirdi.Statusda qeyd olunur ki, uzun səyahət zamanı başlayan bu dostluq zamanla ailə dostluğuna çevrilib. Arzu Babayev xatırladıb ki, 1990-cı illərdə Nəbi Babayev Moskvada Cabir Novruzun atasına öz paltosunu verərək “Buralar çox soyuq olur, sən geyin” deyib.Arzu Babayev paylaşımını...
13 Mart 2026, 10:04