Bizə yazın

Baku

-°C

USD

-

TANINMIŞ YAZIÇI, ƏSL ZİYALI - Yazıçı Vaqif Rüstəmovun 75 illik yubileyinə

Söz adamı 11 Mart 2026, 10:19

64192

                       

Bu günlərdə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, yazıçı Vaqif Rüstəmovun 75 illik yubileyi qeyd olunur. Onu cəmi üç ildir tanıyıram, lakin bəzən mənə elə gəlir ki, onu özümü dərk edəndən, dünyanı anlamağa başlayandan tanıyıram. Aramızda bir ruh yaxınlığı var. Onun əsərləri mənim üçün təkcə bədii mətn deyil, həm də həyat dərsi, daxili təcrübə və ilham mənbəyidir.

Vaqif müəllim əslən Cəbrayıl rayonunun Daşkəsən kəndindəndir. Lakin özü 14 mart 1951-ci ildə İmişli rayonunda doğulub, bu rayonda boya-başa çatıb. Hər iki bölgə onun üçün doğma və əzizdir. Cəbrayılda ata-babalarının ruhu dolaşır, İmişlidə isə uşaqlıq və gənclik illərinin unudulmaz xatirələri var.

Vaqif Rüstəmov Azərbaycan ədəbiyyatında həm bədii dəyəri olan əsərləri, həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilən yazıçılardandır. Onun yaradıcılığında Vətənə, ailəyə və milli-mənəvi dəyərlərə bağlılıq, insanın daxili aləminin zənginliyi ustalıqla əks olunur. Yazıçı həm fərdi, həm də milli yaddaşı qoruyaraq oxucularında vətənpərvərlik ruhu, mənəvi zənginlik və insani dəyərlərə hörmət hissi aşılayır.

Vaqif Rüstəmovun “Qaçaq Süleyman” romanında (Bakı, “Elm və zəka” nəşriyyatı, 2021, 272 səh.) ötən əsrin əvvəllərində Cəbrayıl rayonunun Daşkəsən kəndində baş verən hadisələrdən bəhs olunur. Əsərin süjet xətti kənddə yaşamış insanların həyatından götürülmüşdür. Qədim tarixi köklərə malik və Qarabağda bağlar diyarı kimi tanınan Daşkəsən kəndində yaşamış insanların torpağa, yurda olan sevgisi əsərin əsas qayəsidir. Vətənin ağır günündə quldur dəstələrinə, mənfur erməni silahlı qüvvələrinə qarşı döyüşlərdə birlik nümayiş etdirib çarpışan kənd camaatının hünəri əsər boyu oxucuya əhatəli şəkildə çatdırılır. Bu kitabda birinci bölmədə “Qaçaq Süleyman”, ikinci bölmədə isə “Səsverən qaya” romanları verilib. “Qaçaq Süleyman” romanı geniş oxucu kütləsinin dərin marağına səbəb olub və özündə milli qəhrəmanlıq və cəsarət nümunələrini əks etdirir.

Müəllifin qələmə aldığı “Səsin sorağında…” adlı bədii-publisistik əsəri (Bakı, “İmza” nəşrlər evi, 2023, 316 səh.) xalqımızın ustad xanəndəsi, muğam sənətinin əvəzolunmaz və mahir ifaçısı, Azərbaycan Respublikasının Əməkdar artisti Abdullayev Süleyman Cümşüd oğlunun (Dədə Süleymanın) keşməkeşli ömür yoluna, musiqi aləmində yorulmadan göstərdiyi xidmətlərinə, zəngin yaradıcılığına həsr edilmişdir. Əsər insanın mənəvi axtarışlarını və həyatın mürəkkəbliyini də özündə ehtiva edir.

Muğam bizim mədəniyyətimizin əsas sütunlarından biridir. Əlbəttə ki, muğam sənətini qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq missiyası da bu əsərin əsas qayəsini təşkil edir. Azərbaycan muğamının müstəqillik illərindəki inkişafı Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.

Vaqif Rüstəmov yaradıcılığında “Yurd həsrəti” (Bakı, “İmza” nəşrlər evi, 2025, 296 səh) əsəri  xüsusilə diqqəti cəlb edir. Əsərin girişində bu sətirləri oxuyuruq: Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi və rəşadətli Milli Ordumuzun şücaəti ilə Qarabağ diyarı işğaldan azad edildi. 10 noyabr 2020-ci ildə haqq savaşımız qələbə ilə başa çatdı”.  Bu sətirləri ona görə qeyd etdim ki, çox sayda soydaşlarımız yurd həsrəti ilə dünyalarını dəyişdilər. Onlardan biri də əslən Cəbrayıl rayonunun Daşkəsən kəndindən olan İsmayılov Səxavət Abı oğludur. O, II Dünya müharibəsi zamanı faşistlər tərəfindən əsir götürülür. Faşizm üzərində qələbədən sonra qardaş Türkiyəyə keçib, ömrünün sonuna qədər orada yaşamış, ictimai fəaliyyətlə və xeyriyyəçilik işi ilə məşğul olmuşdur. Kitabda müəllif xatirə qeydlərinə söykənərək onun taleyini qələmə almış, Səxavət bəyin hiss və düşüncələrini yazı ruhuna xələl gətirmədən, böyük həssaslıqla oxucuya çatdırmışdır. Bu əsərlərin hər biri oxucunu düşündürür, onun mənəvi dünyasını zənginləşdirir və həyatı daha dərindən anlamağa sövq edir.

Vaqif müəllim müxtəlif məsul vəzifələrdə çalışıb. O, uzun illər İmişli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru olub, həmçinin Mədəniyyət Nazirliyində və İcra Hakimiyyəti strukturlarında fəaliyyət göstərib. Bununla belə, məktəbdən və pedaqoji fəaliyyətdən heç vaxt ayrılmayıb. Gənc nəslin tərbiyəsi və yetişdirilməsi onun üçün həmişə prioritet məsələlərdən biri olub. Bu da onun təlim- tərbiyəyə verdiyi dəyəri göstərir.

Vaqif müəllim yalnız istedadlı yazıçı deyil, həm də yüksək insani keyfiyyətlərə malik nümunəvi bir şəxsiyyətdir. Nikbin, sədaqətli, dostcanlı və mərhəmətli insan kimi həm oxucularının, həm də həmkarlarının dərin hörmətini qazanıb. O, hər zaman haqqın qələbəsinə inanır və çətin anlarda ətrafındakılara dəstək olur. Onun mətanətli və ədalətli xarakteri həm ədəbi fəaliyyətində, həm də şəxsi həyatında aydın şəkildə özünü göstərir. Vaqif müəllim üçün dostluq, ailə, Vətən və ədəbiyyat hər zaman ön planda olub.

Ötən ilin yayında Vaqif müəllimlə birlikdə Cəbrayıl rayonuna – onun ata-baba yurdu olan Daşkəsən kəndinə səfərimizi yaxşı xatırlayıram. İşğaldan azad olunmuş kəndin xarabalıqlarını görərkən Vaqif müəllimin keçirdiyi duyğulu anlar hələ də gözlərim önündədir. Bu, insanın öz kökünə və tarixə bağlılığının canlı təzahürü idi. Onun tarixçi yaddaşı belə məqamlarda özünü daha qabarıq göstərir. Kənd qəbiristanlığında olarkən Vaqif müəllimin iti yaddaşına bir daha heyran qaldım.

Vaqif müəllimlə hər görüş bir könül ziyarəti kimidir. Əziz eloğlum Rəhman Kərimoğlu ilə birlikdə hər dəfə Günəşliyə üz tutanda bilirik ki, bizi sözlü-söhbətli, açıqürəkli və gülərüz bir insan – Vaqif müəllim qarşılayacaq. Onun xatirələrindən, bitib-tükənməyən söhbətlərindən doymaq olmur. İnsan onunla həmsöhbət olduqca həyata daha möhkəm bağlanır, mənən zənginləşir və dünyanın yaxşı insanlardan xali olmadığını bir daha anlayır.

Mənim üçün Vaqif müəllim həm müəllim kimi örnək, həmkar kimi etibarlı dəstəkçi, həm də vətənpərvər bir ziyalıdır. Onu tanıdıqca, onun düşüncələrində və yaradıcılığında sanki öz həyat yolumun da izlərini görürəm. Vaqif Rüstəmovun əsərləri yalnız oxumaq üçün deyil, həm də düşünmək, yaddaşımızı qorumaq və gələcək nəsillərə ötürmək üçün bir xəzinədir.

Vaqif müəllimi, əziz eloğlumu 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Onun əsərləri və nümunəvi həyatı, inanıram ki, gələcək nəsillərə ilham mənbəyi və yol göstəricisi olacaqdır. Bu yubiley həm yazıçını daha yaxından tanımaq, həm də onun yaradıcılığını oxuculara çatdırmaq üçün gözəl fürsətdir.

Ad gününüz, yubiley yaşınız mübarək, Vaqif müəllim!

                           

                          Hidayət Səfərli

               Şair-publisist, AJB-nin üzvü, 

                       Qabaqcıl Təhsil işçisi

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Seyid Rəsul Ağa — Sabirabadın yaddaşında hörmət, el müdrikliyi və tarixi izə çevrilmiş görkəmli şəxsiyyət

Seyid Rəsul Ağa — Sabirabadın yaddaşında hörmət, el müdrikliyi və tarixi izə çevrilmiş görkəmli şəxsiyyətSeyid Rəsul Ağa Sabirabad rayonunun ictimai yaddaşında el ağsaqqalı, yüksək mənəvi keyfiyyətlərə malik görkəmli tarixi şəxsiyyət və mədəni irs siması kimi xüsusi yer tutur. Onun adı ilə bağlı formalaşmış ictimai hörmət və nüfuz yalnız yaşadığı dövrü deyil, sonrakı nəsillərin də sosial-mənəvi dəyərlər sistemini əks etdirir.Həyatı və mənəvi keyfiyyətləriMənbələrə əsasən, Seyid Rəsul Ağa 1871-ci ildə Sabirabad rayonunun Balvar kəndində anadan olmuş, 06 noyabr 1965-ci il tarixində Qalaqayın kəndində vəfat etmişdir. Onun məzarı həmin kəndin qəbiristanlığında yerləşir və üzərində günbəz tipli abidə inşa olunmuşdur.Seyid Rəsul Ağa yaşadığı dövrdə...

17 Aprel 2026, 09:31

Sevgi səhnələrində nəyi yazmaq olmaz  - Şahbaz Xuduoğlu yazır...

Sevgi səhnələrində nəyi yazmaq olmazBəzi müəlliflərin kitablarını oxuyarkən qarşıma çox qəribə sevgi səhnələri çıxır və qərara gəldim ki, bununla bağlı fikirlərimi paylaşım. Bəlkə yazdıqalrım yeni və gənc müəlliflərə faydalı olar.Əvvəla, çalışın yazdığınız sevgi, sevişmək səhnələrində hansısa tərəfi aşağılamayasınız. Cinsi fərqə görə, məsələn, sevgi səhnələrində qadını aşağılamaq kimi yanaşmalar düzgün deyil. Hər iki tərəfə eyni dərəcədə empati ilə yanaşmaq lazımdır. Belə məqamlarda müəllifin cinsi bilinməli deyil. Yazarkən bir şeyi unutmayın: siz reallığı yazmırsınız, siz reallığın estetikasını yaradırsınız. Bu isə çox həssas və incə yanaşma tələb edir.Sevgidən yazmaq, hisslərinin dilini anlamaq və onu sözə çevirə bilmək məharətidir.Erotika ilə pornoqrafiyanı bir-birindən ayırmaq lazımdır. Bəzən...

16 Aprel 2026, 10:07

Parlamentin rəqəmsal memarı - Osman Gündüz yazır...

30 ildir bu sektordayam. Bu qədər stajı olanları da yaxşı tanıyıram. Çünki zamanında sayımız elə də çox olmayıb.Azərbaycanda İT sektorunda uzun illər sistemli fəaliyyət göstərən nadir mütəxəssislərdən biri də Şahin müəllimdir. Maraqlıdır ki, o, təxminən 30 ilə yaxın müddətdə Milli Məclisdə İT sahəsinə rəhbərlik edərək, faktiki olaraq bu qurumun rəqəmsal infrastrukturunun memarı olub.Bir insan təsəvvür edin ki, həyatının az qala yarısını böyük bir dövlət qurumunun rəqəmsal mühitinin qurulmasına həsr edib. Onun rəhbərlik etdiyi struktur təkcə texniki dəstək funksiyası daşımayıb. Bildiyim qədər bu illər ərzində parlament iclaslarının elektron idarə olunması, elektron səsvermə sistemləri, bütün iclas və tədbirlərin video-audio qeydiyyatı, stenoqramların hazırlanması və arxivləşdirilməsi, qanunvericilik sənədlərinin...

15 Aprel 2026, 10:41

Zirvənin Sakit Sahibi  

Bu gün bir insanın yoxluğunu deyil, bir ömrün işığını xatırlayırıq…Bu gün sadəcə bir anım günü deyil, bu, bir xalqın yaddaşına həkk olunmuş zərifliyin, zəkanın və mərhəmətin səssizcə boy göstərdiyi gündür. Bu gün Zərifə Əliyeva-nın anım günüdür.O, yalnız bir alim deyildi. O, insan gözünə işıq verən həkim olmaqla yanaşı, qəlblərə də nur salan bir şəxsiyyət idi. Onun toxunduğu həyatlarda yalnız müalicə yox, ümid də vardı. O ümid ki, bəzən dərmandan daha güclü olur.Zərifə xanımın böyüklüyü onun sadəliyində gizlənirdi. O, zirvədə dayanıb aşağıdan baxanlardan deyildi , o, zirvəni özü ilə birlikdə hamı üçün əlçatan edənlərdən idi. Elmi nailiyyətləri, pedaqoji fəaliyyəti, insanlara yanaşma...

15 Aprel 2026, 10:29

Həqiqətin və intuisiya­nın nuru - Etibar Əliyev yazır...

15 APREL ZƏRİFƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR“Elmin cövhəri qızıl kimidir, köhnəldikcə təzələnir”. Əvhədi MarağayiHər bir elm sahəsinin əsasını qoyanların adı və soyadı elm tarixinə qızıl hərflərlə yazılır. Akademik Zərifə Əliyevanın Azərbaycanda Oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir. Oftalmologiya (qədim yunanca “göz”+ “elm”) gözün anatomiyası, fiziologiyası, patologiyasını öyrənən - müalicə və profilaktikasının metodunu işləyən tibbin sahəsidir. Zərifə Əliyeva görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu, ömrü boyu Qərbi Azərbaycan torpağının xiffətini çəkən, professor Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının ömür yolu onun üçün əsl həyat məktəbi olmuşdur. Zərifə xanım Əliyeva  müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin...

15 Aprel 2026, 08:12

Tural İrfan: “Rüşvət alan da, verən də eyni dərəcədə günahkardır”

Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas Tural İrfan rüşvət və bəndə haqqı ilə bağlı sərt açıqlama verib.Citypost.az xəbər verir ki, dinşünas bildirib ki, cəmiyyətdə bəzi insanlar rüşvət almağın günah olduğunu qəbul etsə də, verməyin günah olmadığını düşünür:“Əslində isə rüşvət verən də, alan qədər günaha batır. Hətta bu prosesdə vasitəçilik edən şəxslər də lənətlənmiş sayılır.”Dinşünas qeyd edib ki, haram yolla əldə olunan qazanc insanın ibadətlərinin qəbuluna ciddi maneə yaradır:“Kim rüşvət alıbsa və ya başqasının haqqını tapdalayıbsa, sadəcə ibadət etməklə, ziyarətlərə getməklə bunu ört-basdır edə bilməz. Əvvəlcə zərər vurduğu şəxsləri tapmalı, onların haqqını ödəməli və halallıq almalıdır.”Onun sözlərinə görə, bəndə haqqı İslamda...

10 Aprel 2026, 08:08