Şahin Qurbanov vəzifəsini itirdi
Cəmiyyət 12 Mart 2026, 13:38
18062
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sabiq icraçı direktoru Vüqar Qurbanovun yaxın adamı kimi tanınan İmişli rayon Mərkəzi Xəstəxanasının baş həkimi və direktoru vəzifəsini icra edən Şahin Qurbanovun barəsində yerli mətbuatda mütəmadi olaraq qalmaqallı xəbərlər yayımlanmaqdadır.
Citypost.az-ın məlumatına görə, Vüqar Qurbanov vəzifəsindən uzaqlaşdırıldıqdan bir neçə gün sonra onların dostluq əlaqələrinə dair jurnalistin suallarını cavablandırarkən Şahin Qurbanov keçmiş rəhbərini içki düşkünü adlandırmış və hətta dostluq əlaqələrini qəti şəkildə inkar etmişdir. Daha sonra isə Citypost.azın apardığı jurnalist təhqiqatı nəticəsində bəlli olmuşdur ki, Vüqar Qurbanov Səhiyyə Nazirliyini cəmiyyət arasında nüfuzdan salan yazıların mətbuatda yer almasında Şahin Qurbanovun köməyindən istifadə edib.
TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanovun dostu İmişli Mərkəzi Xəstəxanasının baş həkimi və direktoru vəzifəsini icra edən Şahin Qurbanov bu günlərdə vəzifələrindən birini itirib. Belə ki, İmişli Mərkəzi Xəstəxanasına Quliyev Rafiq Cəmil oğlu yeni baş həkim təyin edilib. Onu da bildirək ki, Şahin Qurbanov Azərbaycanda tibb müəssisələri arasında baş həkim və direktor vəzifəsini icra edən yeganə şəxs idi. Etibarlı qaynaqdan gələn xəbərə görə yaxın günlərdə Şahin Qurbanovun direktor vəzifəsindən də uzaqlaşdırılacağı gözlənilir.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Soyuq keçən havalar və yaxud təbiətin şıltaqlığı
Soyuq keçən havalar və yaxud təbiətin şıltaqlığı Dünyanı narahat edən problemlərdən biri də iqlim dəyişmələridir. Mütəxəssislərin gəldiyi qənaət ondan ibarətdir ki, əsas səbəblərdən biri XVIII əsrdən başlayan sənayeləşmənin XX əsrin ortalarından etibarən Yer kürəsinin iqlim sisteminə mənfi təsir göstərməsidir. Belə ki, atmosfer tullantıları, istixana effekti yaradan qazların qlobal miqyasda sürətli artımı bu problemin daha da dərinləşməsinə təkan verir. Qlobal iqlim dəyişmələri ölkəmizdən də yan keçməmiş və Azərbaycanda son 100 ildə orta illik temperatur 0,4-1,3 dərəcəyə qədər artmışdır. Bütün bunların nəticəsi olaraq ölkə ərazisində mütamadi olaraq daşqınlar, güclü küləklər, quraqlıqlar, torpağın şoranlaşması, səhralaşma, yağıntı və su ehtiyatlarının azalması kimi ekstremal iqlim...
30 Aprel 2026, 20:47
Sahibə Qafarova Britaniya səfiri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.Görüşdə dost və tərəfdaş ölkələr olan Azərbaycan və Birləşmiş Krallıq arasında münasibətlərin qarşılıqlı etimad və dəstəyə əsaslanaraq, siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.Yüksək səviyyəli səfərlərin və görüşlərin ölkələrimiz arasında əməkdaşlıq gündəliyinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti önə çəkilərək, Prezident İlham Əliyevin Birləşmiş Krallığa səfərləri, Birləşmiş Krallığın Baş naziri Kir Starmerin COP29-da iştirak üçün ölkəmizə səfəri, həmçinin qarşı tərəfdən reallaşdırılan bir sıra digər yüksək səviyyəli səfərlər qeyd olunub.Söhbət...
30 Aprel 2026, 17:50
Hikmət Hacıyev Bundestaqın nümayəndə heyəti ilə görüşdü
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə işçi qrupunun rəhbəri Mirze Edisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.Qeyd edilib ki, görüş zamanı regiondakı mövcud siyasi vəziyyət və Ermənistanla sülh prosesi barədə ətraflı fikir mübadiləsi aparılıb. (Teleqraf)
30 Aprel 2026, 17:00
AZAL-ın donanmasına daha bir “Airbus A320neo” əlavə olunub
"AZCON Holding" şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasını növbəti “Airbus A320neo” tipli müasir təyyarə ilə gücləndirib. Yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha komfortlu səyahət imkanlarının təqdim olunmasına xidmət edir.AZAL-dan Citypost.az-a bildirilib ki, “Airbus A320neo” 6300 km-dək uçuş məsafəsinə malik olmaqla yanaşı, yeni nəsil mühərrikləri sayəsində yüksək yanacaq səmərəliliyi ilə seçilir. Bu modeldə hər oturacaq üzrə yanacaq sərfiyyatı və karbon emissiyaları təxminən 20 faiz azaldılıb. Çevik və funksional “Airspace” kabini isə daha geniş şəxsi məkan, rahat oturacaqlar və böyüdülmüş əl yükü bölmələri (“XL bins”) sayəsində sərnişinlər üçün daha yüksəksəviyyəli uçuş təcrübəsi yaradır. Bununla yanaşı, təyyarə əyləncə sistemi, biznes sinfində...
30 Aprel 2026, 16:51
Görkəmli xalçaçı Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Azərbaycan təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun 120 illiyi qeyd olunacaq.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.Qeyd olunub ki, 2026-cı ilin noyabr ayında 120 illiyi tamam olur.Dünya mədəni irs xəzinəsində şərəfli mövqeyə malik Azərbaycan xalça mədəniyyətinin hazırkı inkişaf səviyyəsinə yüksəlməsində Lətif Kərimovun təqdirəlayiq xidmətləri var. Onun eskizləri əsasında toxunmuş xeyli sayda süjetli, portret xalçalar və monumental xalılar milli xalçaçılığın parlaq ənənələrini özündə yaşadan misilsiz sənət nümunələridir. Fitri istedadla yaradılan və naxışlarının ifadəliliyi, bitkin üslubu ilə seçilən dərin koloritli əsərləri sənətkara dövrün məşhur...
30 Aprel 2026, 16:38
Bu ərazidə 1800 abonentin qazı kəsiləcək
Sumqayıt şəhərində 1800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq."Azəriqaz" İB Sumqayıt QİS-dən Citypost.az-a verilən məlumata görə, Sumqayıt şəhəri, "Beton zavod" ərazisində diametri 76 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.Bu səbəbdən, ərazidəki 1800 abonentin qaz təchizatı aprelin 30-da saat 16:00-dan etibarən dayandırılacaq.Qazın verilişi təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacaq.
30 Aprel 2026, 16:37