Əminə Ağazadə: “Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və qələbə iradəsini göstərdi”
Siyasət 02 Aprel 2026, 10:21
207
Aprel döyüşlərinin başlanmasının 10-cu ildönümü ilə əlaqədar Milli Məclisin deputatı Əminə Ağazadə açıqlama ilə çıxış edib.
Citypost.az xəbər verir ki, deputat bildirib ki, Aprel döyüşləri Azərbaycan dövlətinin və dövlətçiliyinin dönməzliyini, Azərbaycan Ordusunun güc və qüdrətini nümayiş etdirən tarixi hadisə kimi yadda qalıb.
Onun sözlərinə görə, bu döyüşlər Azərbaycan Ordusunun düşmənin istənilən miqyaslı təxribatlarının və hərbi əməliyyatlarının qarşısını almağa qadir olduğunu bir daha sübut edib.
Ə. Ağazadə qeyd edib ki, Aprel döyüşləri xalqın və dövlətin işğalla heç vaxt barışmayacağını və ərazi bütövlüyünün bərpasının əsas hədəf olduğunu nümayiş etdirib.
Həmçinin oxuyun
Deputat həmçinin Kürdəmir rayonunun həmin döyüşlərdə iki şəhid verdiyini xatırladıb. Onun sözlərinə görə, baş leytenant Əbubəkr İsmayılov və gizir Tural Qurbanov Vətən uğrunda canlarını fəda edərək adlarını tarixə həkk ediblər.
Açıqlamada bildirilib ki, Ə. İsmayılov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, T. Qurbanov isə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif olunub.
Sonda deputat şəhidlərin xatirəsini ehtiramla yad edərək onlara Allahdan rəhmət diləyib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qulu Məhərrəmli : “Ermənistanda seçkilər ərəfəsində Rusiya-Ermənistan gərginliyi artır”
Ermənistanda parlament seçkilərinin yaxınlaşması fonunda Rusiya ilə münasibətlərdə gərginlik müşahidə olunur. Citypost.az xəbər verir ki, bu barədə professor Qulu Məhərrəmli açıqlama yayıb.O bildirib ki, Moskva ilə İrəvan arasında son dövrlərdə müşahidə edilən siyasi dinamika Rusiyanın Ermənistan daxilində təsir imkanlarını qorumaq cəhdləri ilə izah olunur.Professorun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Moskvada baş tutan görüşdə tərəflər arasında müəyyən fikir ayrılıqları özünü göstərib.Q. Məhərrəmli qeyd edib ki, dialoq zamanı Rusiya tərəfi Ermənistan daxilində Rusiya pasportu olan şəxslərin seçkilərdə iştirakı ilə bağlı məsələ qaldırsa da, Paşinyan bunu ölkə konstitusiyası ilə əsaslandıraraq rədd edib.“Görüş tərəflər arasında açıq...
02 Aprel 2026, 11:36
Ekspert: “İran psixoloji üstünlüyü qoruyarsa, özünü qalib kimi təqdim edə bilər”
İran psixoloji üstünlüyü qoruyarsa, özünü qalib kimi təqdim edə bilər”Citypost.az xəbər verir ki,təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, hazırkı mərhələdə İran ciddi itkilərə baxmayaraq psixoloji üstünlüyünü qoruyub saxlamağa nail ola bilər.Ekspertin sözlərinə görə, İranın hücumlara tab gətirməsi, ballistik raketlərlə İsrailə və Fars körfəzi ölkələrinə zərbələr endirməsi, eləcə də Hörmüz boğazı kimi strateji əhəmiyyətli bölgələr üzərində nəzarət iddiaları ölkənin “güclü dövlət” obrazını formalaşdırır.İ. İsmayıl qeyd edib ki, əgər İran mövcud psixoloji üstünlüyü müharibənin sonuna qədər qoruyarsa, bu, rəsmi Tehranın özünü “qalib” kimi təqdim etməsinə və daxildə siyasi mövqelərini daha da gücləndirməsinə imkan verə bilər.Onun sözlərinə görə, bu halda İran...
02 Aprel 2026, 11:22
Jurnalist: “İranda hakimiyyət daxilində ziddiyyətlər güclənə bilər”
ABŞ Prezidenti Donald Trumpın İranla bağlı səsləndirdiyi açıqlamalar və rəsmi Tehran tərəfindən verilən təkziblər yeni müzakirələrə səbəb olub.Citypost.az xəbər verir ki, lurnalist Nigar Sabirqızı paylaşımında bildirib ki, proseslər fonunda “İranın mövqelərində ziddiyyətli görüntü” yaranıb və bu, ölkə daxilində siyasi parçalanma ehtimalını gündəmə gətirir.Onun sözlərinə görə, Donald Trump “İranın yeni Prezidenti atəşkəs istəyir” fikrini səsləndirsə də, İran Xarici İşlər Nazirliyi bu məlumatı təkzib edib.N. Sabirqızı qeyd edib ki, bu fərqli bəyanatlar iki ehtimalı gündəmə gətirir: ya tərəflər arasında kommunikasiya problemi var, ya da İranda daxili siyasi qərarvermə mexanizmlərində parçalanma müşahidə olunur.“Əgər bu iddialar təsdiqlənərsə, bu, İranın idarəetmə sistemində ciddi ziddiyyətlərin yarandığını...
02 Aprel 2026, 10:50
Politoloq: “Yaxın Şərqdə müharibə miqyası genişlənməkdədir”
İsrail ordusunun İrana qarşı həyata keçirdiyi əməliyyatlarla bağlı açıqlanan rəqəmlər bölgədə gərginliyin daha da artdığını göstərir.Citypost.az xəbər verir ki, politoloq Kənan Rövşənoğlu bildirib ki, İsrail tərəfi fevralın 28-dən bu yana İrana yüzlərlə hava hücumu həyata keçirdiyini, minlərlə hədəfə zərbələr endirdiyini açıqlayıb. Onun sözlərinə görə, bu göstəricilər Yaxın Şərqdə müharibənin miqyasının artıq regional çərçivəni aşdığını nümayiş etdirir.Ekspert qeyd edib ki, İsrail 2023-cü ilin oktyabrından etibarən çoxsaylı cəbhələrdə hərbi əməliyyatlar aparır: “Qəzza zolağı ilə yanaşı, Livan, Suriya, Yəmən, İraq və İran ərazisinə də zərbələr endirilib. Bu isə münaqişənin çoxşaxəli xarakter aldığını göstərir”.K. Rövşənoğlu vurğulayıb ki, bu miqyasda hərbi əməliyyatların davam etməsi ciddi...
02 Aprel 2026, 10:42
Politoloq: “Ermənistan seçkiləri Rusiya-Qərb qarşıdurmasının mərkəzinə çevrilə bilər”
Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri və Vladimir Putinlə görüşü regionda siyasi gündəmin əsas mövzularından birinə çevrilib.Citypost.az xəbər verir ki, politoloq Asif Nərimanlı bildirib ki, bu səfər seçki öncəsi iki əsas məqsədə xidmət edib: birincisi, Moskva ilə münasibətlərin normallaşdırıldığı görüntüsünü yaratmaq və daxili auditoriyaya, xüsusilə Rusiyaya yaxın müxalifət qüvvələrinə mesaj vermək; ikincisi isə Rusiyanın seçki prosesinə mümkün müdaxilə imkanlarını neytrallaşdırmaq.Ekspertin sözlərinə görə, Paşinyan hakimiyyəti seçki öncəsi yaranan gərginlik fonunda Rusiya ilə “dialoqun davam etdiyi” görüntüsünü saxlamağa çalışır: “İrəvanda Moskva ilə sıx əlaqələri olan siyasi fiqurlar və qruplar mövcuddur. Bu da seçki prosesində əlavə risklər yaradır”.A. Nərimanlı qeyd edib ki,...
02 Aprel 2026, 10:08
Politoloq: “SVR-in Varfolomey ittihamı ideoloji qarşıdurmadır”
Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (SVR) Konstantinopol Patriarxı Varfolomey I haqqında səsləndirdiyi sərt ittihamlar beynəlxalq müstəvidə diqqət çəkib. Citypost.az xəbər verir ki məsələ ilə bağlı politoloq Xəqani Cəfərli açıqlama yayıb.Ekspert bildirib ki, SVR-in Patriarx Varfolomeyi “anti-xrist” kimi təqdim etməsi təsadüfi deyil və bu, Rusiya ilə Konstantinopol Patriarxlığı arasında dərinləşən dini-ideoloji qarşıdurmanın təzahürüdür.Onun sözlərinə görə, Rusiyanın imperiya siyasətinə qarşı yalnız hərbi və siyasi deyil, eyni zamanda dini müstəvidə də ciddi müqavimət formalaşıb: “Ukraynada baş verən müharibə fonunda Konstantinopol Patriarxlığının fəallığı artıb və bu, Moskva Patriarxlığının təsir dairəsinin zəifləməsinə gətirib çıxarıb”.X. Cəfərli qeyd edib ki, SVR-in bu mövqeyi həm də Rusiyanın kilsə üzərindən...
02 Aprel 2026, 10:05